Bütün xəbərlər
Vahid Əhmədov ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara səsləndi - BƏYANAT
Tarix: 28-09-2020 01:17 | Bölmə: Müsahibə
              

Millət vəkili Vahid Əhmədov cəbhədə baş verən erməni təxribatına cavab verən şanlı ordumuzun bütün cəbhə boyu əks hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurmasına münasibət bildirib.      Modern.az istiqlalçı millət vəkilinin açıqlamasınını təqdim  edir:     "Artıq cinayətkar Paşinyan rejiminin iç üzünü ifşa edən Ali Baş Komandanımızın son çıxışından sonra Erməınistanda daxili siyasi sabitlik pozulmaqda olduğundan növbəti təxribata əl atılacağı gözlənilən idi. Diqqəti daxili siyasi gərginlikdən yayındırmaq istəyən işğalçı rejim rəhbərləri yeganə çıxış yolunu yenidən cəbhədə təxribata əl atmaqda gördülər. Amma bu dəfə də ordumuzun düşmənin zərbələrini dəf etməklə kifayətlənməyib, əks həmlə ilə onlara haqq etdikləri cavabı veriblər.     Mən bütün xalqımızı Ali Baş Komandanın ətrafında sıx birləşməyə, düşmənə sarsıdıcı zərbə vuran Silahlı Qüvvələrimizэ ümummilli dəstək ifadə etməyə səsləyirəm. Mən ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara, vətəndaş cəmiyyəti institutlarına müraciət edərək bir əsgər kimi Ali baş Komandanın ətrafında birləşməyə çağırıram. Artıq işğala son qoyulacağı gün uzaqda deyil və işğal altındakı bütün torpaqlarımızın mənfur düşmən caynağından qurtulması üçün ordumuzun gərəkən addımları atacağına kimsənin şübhəsi yoxdur. Allah bütün əsgər və zabitlərimizin yar və yardımçısı olsun".



Baxış sayı: 473


Bölməyə aid digər xəbərlər