21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
““Qara qızıl”ın insan kapitalına çevrilməsi inkişafın Azərbaycan modelinin təqdimatıdır”
Tarix: 21-09-2020 14:57 | Bölmə: Müsahibə
“Azərbaycanın bugünkü uğurları qətiyyətli siyasi iradənin, təkmil idarəçiliyin, düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyasının bəhrələridir. İllər keçdikcə bu uğurların miqyasının nə qədər geniş olduğu, qarşıdakı dövr üçün yeni-yeni hədəflərə stimul verdiyi daha aydın görünür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən onun rəhbərliyi ilə imzalanan, ölkəmizin hərtərəfli inkişafına yol açan, 26 illik yol qət edən “Əsrin müqaviləsi” göz önünə gəlir, əldə olunan uğurlar təhlil edilir. Bu saziş Ümummilli Liderin davamlı enerji strategiyasının zəfər yolunda başlanğıc nöqtəsi idi. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə bu sahənin təkmilləşdirilməsinə daim diqqət və qayğı ilə yanaşıb, perspektivli təsisatların, elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda fəaliyyətinə nail olub. Məhz o dövrdə yaradılan möhkəm təməl hazırda böyük fəxr hissi ilə bəhs etdiyimiz uğurların əsasıdır”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Azərbaycan müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq, iqtisadi və siyasi müstəqilliyini təmin etmək, dünya birliyinin fəal üzvünə çevrilmək əzmində olduğunu dünyaya nümayiş etdirdi: “Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bildirmişdir ki, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Ölkəmizdə aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə göstərilir: “Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik”.
Millət vəkili möhtərəm Prezidentimizin qeyd olunan müsahibəsində söylədiyi “Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır” fikirləri önə çəkərək bu gün Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edən “Əsrin müqviləsi”nin siyasi əhəmiyyətini də xüsusi qeyd edib: “Müstəqillik yollarında yenicə addımlarını atan hər bir ölkənin qarşısında dayanan əsas vəzifələrdən biri iki və çoxtərəfli çərçivədə əlaqələri qurmaq, özünü dünyaya tədim etməkdir. Ulu öndər Heydər Əliyev, eyni zamanda, dünya təcrübəsinə istinadən bildirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan öz iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. Ümummilli Liderin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. “Əsrin müqaviləsi” Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin il TANAP-ın istifadəyə verilməsi, 2020-ci ilin sonuna qədər TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması, bir sözlə, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır”.
M.Həsənov onu da qeyd edib ki, ötən dövrdə neft sektoru ilə bərabər qeyri-neft sektoru da inkişaf etmiş, ümumi daxili məhsulda onun xüsusi çəkisi artmışdır: “Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını önə çəkərək son 17 ildə bu istiqamətdə mühüm addımlar atır. Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir” tezisi bugünkü reallıqlarımızda öz əksini tapıb. “Qara qızıl”ın insan kapitalına çevrilməsi uğurlarımızın davamlılığını şərtləndirir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan təkmil islahatlar, iqtisadiyyatın elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi nəticəsində paytaxt və bölgələrdə, kənd və qəsəbələrdə aparılan genişmiqyaslı quruculuq işləri, qarşıdakı dövrlər üçün müəyyənləşdirilən hədəflər bir daha təsdiqləyir ki, inkişafın Azərbaycan modelinin mövcudluğu inkaredilməzdir, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir və hələ bundan sonra uzun illər həm dövlətimizin daha da güclənməsinə, həm də insanların yüksək rifahının təmin olunmasına xidmət edəcək.
Baxış sayı: 659
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə