21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
Təyyibə Hüseynova:"O uşaqlar, o sinif otaqları üçün çox darıxırıq!"
Tarix: 05-09-2020 13:14 | Bölmə: Müsahibə

Sabaha-inamla.az Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar müəllim, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyibə Hüseynova ilə müsahibəni təqdim edir.
Qısa arayış: Təyyibə Yəhya qızı Hüseynova 1959-cu ildə Zəngilan rayonunda anadan olub. 1963-cü ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Sumqayıt şəhər 22 nömrəli orta məktəbi bitirib.
O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub, 1983-cü ildə isə həmin universiteti fərqlənmə ilə bitirib.
Müəllim, təhsil inspektoru, məktəb direktoru vəzifələrində işləyib. Hal-hazırda Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı Qadınlar Şurasının sədridir.
2019-cu ildə "Mənim ömür nəğmələrim", 2020-ci ildə isə "Azərbaycan qadını" adlı kitabları işıq üzü görüb.
Ailəlidir. 2 övladı, 5 nəvəsi var.
"Mehriban xanım cəmiyyətimizə bu gün çox lazımdır"
-Təyyibə xanım, sizinlə Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günü ərəfəsində görüşdük, sizin də təbrikinizi eşitmək maraqlı olardı.
-Bu gün dünyamız bir qədər qarışıqdı, sanki dünyanın yuxusu ərşə çəkilmişdi. Siyasi mübarizələr, radikallaşma, torpaq üzərində siyasi davalar, dünyanı ağzına alıb.Digər tərəfdən də dünyanı lərzəyə salan COVİD-19 pandemiyası dünyamızda nə qədər narahatçılıq yaşandığını bir daha göstərir. Belə bir narahat vaxtda deyirlər ki, dünyada ən şəfqətli, ən mərhəmətli olan qadınlar xilas yolu ola bilirlər. Bu baxımdan da bizim müstəqil Azərbaycanın bəxti gətirib ki, dünyaya şəfqət, mərhəmət mələyi simvolu kimi təqdim etdiyimiz birinci xanımımız, vitse-prezidentimiz var.Bu Mehriban xanım Əliyevadır.Onun xəmri sanki böyük sevgidən, məhəbbətdən, humanizmdən, şəfqətdən, mərhəmətdən yoğrulmuşdur. Bu gün də mən deyərdim ki, dünyamızın şəfqətə, mərhəmətə böyük ehtiyacı var. Bu gün bizim şəfqət, mərhəmət mələyi kimi tanıdığımız Mehriban xanımın doğum günüdür. Mən fürsətdən istifadə edib onu doğum günü münasibətilə səmimi qəlbdən, bir azərbaycanlı qadını kimi , Azərbaycan anası, Respublikanın əməkdar müəllimi kimi təbrik etmək istəyirəm. Mehriban xanım cəmiyyətimizə bu gün çox lazımdır. O nəinki dövlət xadimi kimi fəaliyyət göstərir, Azərbaycan xalqının mədəniyyətini dünyaya tanıdır, eyni zamanda bizim dövlətimizin, dövlətçiliyimizin keşiyində durur. O bizim Prezidentimizin ən yaxın silahdaşı, arxadaşıdır. Mehriban xanım ən gözəl ailə nümunəsidir. Və bu gün Azərbaycan qadınlarına nümunə ola biləcək Mehriban xanımaböyük hörmətimi, sevgilərimi çatdırmaq istəyirəm.
Mehriban xanım, sizə gələcək fəaliyyətinizdə sağlıqla, müvəffəqiyyətlə dolu bir ömür payı arzu edirəm. Ulu Tanrı sizi qorusun!
"Olanları gənc nəslə vaxtında, yerində çatdırmaq lazımdı"
-Siz müəllimliklə bərabər yaradıcılıqla da məşğul olursunuz...
-Müəllimlik mənim həyatımın mənasıdı.Birdə dünyaya gəlsəm yenə müəllim olardım. Çünki bu sənəti çox sevirəm. Anadan müəllim doğulmuşam desəydim bu ifadə yalan olmazdı. Müəllim iki böyük missiyanı yerinə yetirir:həm təlim, həmdə tərbiyə.Ona görədə hər bir təlimin sonu tərbiyə olmalıdı. Bu yöndə də iş aparmaq üçün bir qədər sosiallaşmaq lazımdır.Olanları gənc nəslə vaxtında, yerində çatdırmaq lazımdı. Bu məqsədlə hər vasitədən istifadə edirəm ki, xalqımıızn zəfərlərlə dolu şanlı tarixini, xalqımızın bu yüksək mənəvi keyfiyyətlərini gənc nəslə aşılaya bilim. Bu məqsədlə mən nəinki dərs prosesində, məktəbdə apardığım tərbiyə prosesində, eyni zamanda çalışıram ki, bu haqda sosial şəbəkələrdə də paylaşımlar edim. Bu mövzuda mənim bir neçə kitablarımda nəşr edilib. Gücüm çatdığım qədər kitabları gənc nəslə çatdırıram. İstəyirəm bir vətəndaş, insan, bir ana, bir qadın olaraq öhdəmə düşən vəzifəni yerinə yetirmiş olum. Çox gözəl misralar yadıma düşdü: mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa? Bu yolda tarixəndə analarımız belə olubdu.Onlar gözləri ilə od götürüblər, ayaqları ilə od tapdayıbır, düşmənə yaman olublar. Amma səbirləri ümman olub, itə atıb, yada satmayıblar. Bu keyfiyyətləri bugünkü qızlarımızda, gəlinlərimizdə, analarımızda görmək üçün əlimdən gələni, bacardığımı əsirgəmirəm ki, onlarıda tərbiyə etməyi bacaraq. Milli mənəvi dəyərlərimizi itirməyək, onu zənginləşdirək. Düzdür indi dünya qloballaşır. hamı dünyaya, Avropaya intiqrasiyadan danışır. Ancaq yaxşı şeylərə intiqrasiya edək. Yəni özümüzün kamilliyini itirməyək. Deyirik Avropa təkmildir. Amma Şərqdə kamidir.Azərbaycan qadını kamilliyini itirməməlidi, həmişə kamil olaraq qalmalıdı. Bu kamilliyidə elə gələcək nəsillərə ötürmək bizim vəzifə, vətəndaşlıq borcumuzdu.
Mən şair deyiləm, sadəcə yaradıcılıqdı, qəlbimdə var. Bəzən olur, gəlir. Bəzən köçürməyə imkan tapıram, bəzən tapmıram. İlk şeirim oxuduğum məktəbin divar qəzetində çıxmışdı. Tarixçi olsamda ədəbiyyata həmişə meylim olubdu, ədəbiyyatı həmişə çox sevmişəm. Aldığım təhsil sistemində müəllimlərin güclü olması, bütün fənnləri eyni dərəcədə sevməyim -tarixçi olmağıma baxmayaraq ədəbiyyatı sevməyim, bəlkədə ondan irəli gəlib.
"Mən bir əqidəyə qulluq etməyi sevmişəm"
-Sizin siyasi fəaliyyətinizdə var...
-Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı Qadınlar Şurasının sədriyəm. Artıq 13 ildən yuxarıdır ki, bu vəzifəni aparıram. Bunu sevə-sevə edirəm. Çünki əqidəm həmişə yüksək olubdu. Mən bir əqidəyə qulluq etməyi sevmişəm. Və Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına sədaqətli olmuşam. Çünki bu partiya dövlətə və dövlətçiliyimizə, Azərbaycana xidmət edən bir partiyadı. Və bu partiyada olmağımlada həmişə qürur duymuşam.
"Ölkə Prezidentinə olan məhəbbətim, sevgim hədsizdi"
-Son hadisələr göstərdi ki, hamı qanun qarşısında bərabərdir. Qayda-qanuna əməl etməyənlər vəzifəsindən asılı olmayaraq sərt şəkildə cəzalandırıldılar .
-Doğrudan da ölkə Prezidentinə olan məhəbbətim, sevgim hədsizdi.Mən möhtərəm Prezidentlə 2014-cü ildə- Qurban bayramı ərəfəsində görüşüb söhbət etmişəm.O görüşə hazırlaşanda həyəcanlanırdım ki, Prezidentlə necə söhbət edə bilərəm. O söhbətdə bir daha Prezidentimizin nə qədər sadə, səmimi, onun necədə xalqını, millətini, torpağını sevən olduğunu gördüm...
Bu gün azından kor olmaq lazımdır ki, dövlət tərəfindən görülən işləri görməyəsən. Ölkəmizdə gedən bu qədər abadlaşdırma, regionların inkişafı, xalqın həyat səviyyəsinin inkişafı, bütün bunlar hamısı Prezidentim xalq üçün, millət üçün çalışmasındna xəbər verir. Prezident çox gözəl söyləyir: "Mən hər bir azərbaycanlının Prezidentiyəm"
Hər bir məmur millətə xidmət etməlidir. Sən bu millətin nümayəndəsisən, bu millətin içindən çıxmısan. Millət səni bu vəzifəyə layiq görübsəbu millətin xidmətində durmalısan. Öz sadəliyinlə, təvazökarlığınla, qayğıkeş, humanist olmağınla millətə xidmət etməlisən.
Bu gün Azərbaycanda gedən siyasi oyunlar heçdə mənim könlümü açmır. Bir ana, Azərbaycan qadını olaraq demək istəyirəm ki, bunlara son qoymaq lazımdır. Bu məsələlər uzandıqca özlərinin iç üzlərini açıb ortaya qoyurlar. Bu həyatda heç nə daimi deyil. Vəzifədə gəldi gedərdi. O vəzifədə o insanların adı qalır ki, onlar yaxşı xidmət edirlər, yaxşı xidmət göstərirlər, xalq tərəfindən sevilirlər, xalq tərəfindən adları əbədiləşdirilir. Yadıma bir şeir parçası düşdü. Üzeyir Hacıbəyli rəhmətə gedəndə Səməd Vurğun bu şeiri ona ithaf eləmişdi. Məndə məmurlara o şeirlə mesaj göndərmək istəyirəm !
Ölüm sevinməsin qoy, ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Ona görədə insanlığı sevmək lazımdır, sevərək yaşamaq lazımdır ki, sevilərək də bu dünyanı dəyişəsən. Adın tarixdə, yaddaşlarda qala, səni yaxşı analar. Bu siyasi oyunlar, qarşıdurmalar, yeddi sifətə düşmələr lazım deyil, bizim cəmiyyətimizə yaddı.
" Bizim yetişdirdiyimiz vətəndaş sağlam olmalıdı"
-Məktəbdə vəziyyət necədir, şagirdlər üçün darıxmamısınız ki?
-Təhsilimizin bu səviyyədə olması arzuolunan deyil. Bu pandemiya şəraiti təhsildə çox çətinliklər yaratdı. Düzdür məsafədən təhsil, onlayn dərslər, telekanallarda dərslər, bunlar əlbəttə ki, müəllimlə şagird arasındakı ünsiyyətin keyfiyyətini vermir. Ancaq birinci sağlamlığı düşünmək lazımdır. Bizim yetişdirdiyimiz vətəndaş sağlam olmalıdı. Və yaxudda müəllim sağlam olmalııdr ki, şagirdə dərs deyə bilsin, şagirddə sağlam olmalıdır ki, müəllimini dinləyə bilsin.
Ancaq son günlər Təhsil Nazirliyində kadr dəyişmələri baş verdi. Son günlər təhsilin yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirələr gedir. Dünya standartlarından, dünyanın təcrübəsindən istifadə edirlər ki, hansı şəkildə təhsilimizə başlayaq. Ümid edirəm ki, tam ənənəvi şəkildə başlamasaq da yarı ənənəvi, yarı məsafədən bir təhsillə pandemiya bitənə qədər təhsilimizi həyata keçirəcəyik.
Son günlər Təhsil nazirimizdən təhsilin hansı formada keçirilməsi üçün təlimatlı məktubları gözləyirik. Həmin təlimatlar daxil olan kimi biz fəaliyyətimizə başlayacağıq.
Bu gün də şagirdlərimizin məktəbə qəbulu, yerdəyişmələr onlayn şəkildə həyata keçirilir. Məktəb kitabxanalarında kitabların paylanması üçün işlər görülür. Müəllimlər məzuniyyətdən qayıdırlar. Yenədə hərə öz işini görməkdə davam edəcək. Böyük yaradanın köməyi ilə pandemiya bəlası tezliklə bizim millətin üzərindən götürülər,bizdə ənənəvi təhsilimizə qayıdarıq.Çünki biz o təhsil üçün çox darıxırıq. Biz o uşaqlar, o sinif otaqları, uşaqlarla qurduğumuz ünsiyyət üçün çox darıxırıq!
"Belə oğulları olan vətənin qələbəsi olmalıdı"
-Bu yaxınlarda itkilərə məruz qaldıq, şəhidlərimiz oldu. Bir şairqəlbli insan kimi bu xəbəri necə qarşıladınız?
-Bir şeirdə deyilir:
Soruşsalar Vətən nədir,
Nə boyda, nə biçimdədir?
Məni göstər,Vətən mənəm,
Vətən mənim içimdədir.
Bu misralar yada düşəndə hər gün mənim gözümün önündən polad kimi əyilməz oğlumuz, generalımız Polad Həşimov keçir. O günlər, 12 iyulda başlayan döyüşlərdə şəhid olan, generalımızdan tutmuş adi əsgərimizə kimi,bütün xalqımız kimi mənimdə yaddaşımda dərin izlər buraxdı. Bu günlərin acısnı hamı kimi məndə yaşadım. Söz vaxtına çəkər, dünən onların 40 mərasimləri idi. Doğrudan da belə oğulları olan Vətən məncə basılmamalıdı. Belə oğulları olan vətənin zəfəri, qələbəsi olmalıdı.
Bu gün bizim torpaqlarımız işğal altındadı. Köküm o tarpaqlara bağlı olsa da mən o torpaqları doyunca görməmişəm. Mənimdə içim həsrətlə göynəyir ki, nə vaxtsa o torpaqlara qayıdaq.Üzümüzü o torpağın üstünə qoya bilək, heçolmasa oqqay deyə bilək.
Bəzi insanlaröz bölgələrindən qaçqın düşəndəevlərinin açarlarını bura gətiriblər. Onların arasında mənimdə qohumlarım var. İndi o qıfıllar pas tutub.O qıfıllar, o açarlarla açılmamalıdı.Mənə elə gəlir ki, bir zəfər qılıncı olmalıdı. Zəfər çalıb ,o paslı qıfılların hamısını açıb torpaqları qaytarmaq lazımdır.
İnşallah ali baş komandanımızın rəhbərliyi, onun apardığı düzgün xarici siyasət nəticəsində , ordumuzun gücü ilə biz o torpaqlara qayıdacağıq, şəhidlərimiizn qanı yerdə qalmayacaq! Doğrudanda Tovuz şəhidlərinin qanı yerdə qalmadı. Ali baş kamandanın göstərişi ilə onların qanı bir günün içində alındı. Amma o qan tamamilə o vaxt alınacaq ki, biz öz torpaqlarımıza qayıdacağıq!
NAMİQ MƏMMƏDLİ
Sabaha-inamla.az

Baxış sayı: 2 566
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə