21:47 / 16-09-2025
"Reuters": Tramp Kiyevə Avropa tərəfindən ödənilən ilk hərbi yardım paketini təsdiqləyib
18:38 / 16-09-2025
Tramp Ukrayna sammitində iştirakına icazə verib
18:34 / 16-09-2025
Müxbir Bilibov: "Qəzza zolağının sakinləri qapalı vəziyyətdədir, onlar üçün təhlükəsiz yer yoxdur"
18:01 / 16-09-2025
"Əl Məsirə": İsrail Yəmənin Hodeydə limanını vurdu
17:58 / 16-09-2025
Qanuni oğru “Vasya Bandit” 8 il müddətinə xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək
17:52 / 16-09-2025
Miqrantlardan qanunsuz yolla çıxarılmış 17 kq qızıl götürüblər
17:49 / 16-09-2025
Taylandda 100-dən çox meymun uşaq bağçasından qaçıb
17:40 / 16-09-2025
"Rzeczpospolita": Polşada yaşayış binasını vuran pilotsuz uçan aparat deyil, "F-16" qırıcısının raketi olub
17:35 / 16-09-2025
İkiqat "Oskar" mükafatçısı Robert Redford vəfat edib
17:30 / 16-09-2025
Ruslar avtomobildə seks üçün dəmir barmaqlıqlar arxasına düşə bilər
17:26 / 16-09-2025
Ukrayna ordusunda 10 mindən çox məhkum xidmət edir
17:24 / 16-09-2025
19 yaşlı qızın əməliyyatdan sonra ölümü ilə bağlı cinayət işi açılıb
17:21 / 16-09-2025
RİA Novosti: Rusiyanın Bolqarıstandakı səfirliyində Qreçuşkinin saxlanması ilə bağlı məlumat yoxdur
17:18 / 16-09-2025
Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-in sənaye zonasını atəşə tutub
17:13 / 16-09-2025
"Politico": Navrocki səfər zamanı Almaniyadan təzminat tələb edəcək
17:02 / 16-09-2025
Vüqar Rəhimzadə: "2023-cü ilin sentyabrında Azərbaycan dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi"
16:57 / 16-09-2025
Dövlət Suverenliyi Günü – Azərbaycanın müstəqilliyinin rəmzi zəfəri- Zenfira Nurullayeva
16:52 / 16-09-2025
Könül Nurullayeva vətəndaşlarla görüşüb
10:25 / 16-09-2025
Rusiya səfiri Kelin: "London Polşadakı dron insidentləri ilə bağlı sübut təqdim etməyib"
10:22 / 16-09-2025
"Baijiahao": Putin Çinə səxavətli texnoloji yardım təklif etdi
10:13 / 16-09-2025
Qızıl medal qazanan gimnast Melnikova Fransada tribunaların dəstəyini təəccübləndirdi
10:10 / 16-09-2025
RİA Novosti: Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin müzakirəsini gündəmdən çıxarıb
21:23 / 15-09-2025
Sahibə Qafarova Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini ilə görüşüb - Fotolar
21:10 / 15-09-2025
Vüqar Rəhimzadə: "Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl bölgələrindən birinə çevrilir"
14:10 / 15-09-2025
Çin Rusiya ilə ticarətdə NATO-nun rüsumlarına qarşı cavab tədbirləri ilə hədələyib
14:07 / 15-09-2025
Tramp hakimiyyət orqanlarının miqrasiya ilə bağlı əməkdaşlıqdan imtinasına görə fövqəladə vəziyyət tətbiq etməklə hədələyib
14:04 / 15-09-2025
Elbrus teleferik ölüm hadisəsində şübhəlilər nəzarətə alındı
14:02 / 15-09-2025
İstintaq Komitəsi general Panovdan 21 milyon rubl müsadirə edib və onun üzərində 40 daşınmaz əmlak tapıb
12:12 / 15-09-2025
İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
12:08 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub
12:05 / 15-09-2025
Rusiyadan olan səkkiz yaşlı uşaq “Sülhməramlı” ekstremist məlumat bazasına daxil edilib
11:59 / 15-09-2025
Ekspert Vonq: "Çin Rusiyadan gələn turistləri və investorları məmnuniyyətlə qarşılayır"
11:56 / 15-09-2025
Professor Mearsheimer: "Tramp Rusiyaya qarşı yeni sanksiyaları gecikdirməklə Aİ-ni alçaltmaq istəyir"
11:45 / 15-09-2025
İki qız dərmandan zəhərlənərək reanimasiyaya aparılıb
10:04 / 15-09-2025
Rusiya Federasiyasının 16 regionunda keçirilən qubernator seçkilərinin qalibləri məlum olub
10:02 / 15-09-2025
Avtobus körpüdən aşıb, 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Biri var deyəsən anası ermənidir, biri də var deyəsən ki, dövləti talayıb... - Artur Rasizadəylə müsahibə
Tarix: 15-07-2020 18:57 | Bölmə: Müsahibə

Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləmiş Artur Rasizadə Modern.az saytının suallarını cavablandırıb.
Qeyd edək ki, bu, 2017-ci ildə Baş nazir vəzifəsindən təqaüdə göndərilmiş Artur Rasizadənin mətbuata ilk geniş müsahibəsidir. HİT.Az nunla maraqlı söhbəti təqdim edir:
- Artur müəllim, karantin günlərində əhvalınız necədir? Ümumiyyətlə, koronavirusla bağlı nə düşünürsüz?
- Vəziyyətin daha da çətin olduğunu deyə bilərəm. Havaya da çıxmaq olmur. Evdə oturmuşuq. Ancaq başqa yolumuz da yoxdur. Çünki virus qorxulu hal alıb. Etinasız yanaşsaq, axırımız yaxşı olmaz. Ona görə də hər birimiz qaydalara əməl etməliyik. Dünya mətbuatını izləyirəm və bir çox tibb sahəsində çalışan alimlərin fikirləri ilə tanış oluram. Bəzi alimlərin əsas tövsiyəsi budur. Əllərini yu, tibbi maskadan istifadə elə, sosial məsafəni saxla...
- Dediyimiz kimi, insanların heç də hamısı evə qapanmaqdan məmnun deyil. Təhlükə olsa da, kimi dənizə, kimi rayona, kimi ölkə xaricinə getmək istəyir. Siz də həmişə aktiv siyasətlə məşğul olmusuz. Bu situasiyada darıxmaq hissi varmı? Xüsusilə də keçmişə baxanda...
- Təbii darıxmaq var. Əgər kiminsə həyatının 60 ildən çoxu dövlət işində keçibsə, o mütləq darıxacaq. Bu təbiidir. Birmənalı olaraq darıxıram.
- Maşallah, bu arada səsiniz çox yaxşı gəlir. Gümrah insan təsiri bağışlayırsız.
- Elə bircə səsim gümrah qalıb. Qalan orqanlarım çürüyüb (gülür). Ümumiyyətlə, insan həyatının bir mərhələsi olur ki, yaş orada öz sözünü deyir. Həyatın elə qaydaları var ki, onu dəyişmək olmur.
- Yaşlı insanları təsəlli etmək üçün belə fikir səsləndirirlər: “Karantin dövründə nəvələrlə vaxt keçirin”. Hardadır, nəvələr?
- İndiki halda nəvələr belə yoxdur. Təbii, nəvələrim böyükdür artıq. Azyaşlı deyillər. Koronavirusa görə görüşlərə icazə verilmir. Çünki yoluxma ola bilər. O səbəbdən də karantin müddətində nəvələrimlə də görüşmürəm.
- Nəvələrlə də görüşə bilmirsiz. Bəs evəqapadılma vəziyyətində gününüzü necə keçirirsiz?
- Kitab oxuyuram, internetdə informasiyaları izləyirəm. Ancaq televiziyaya baxmıram. Bir az da istirahət edirəm, vaxt keçir.
- Artur müəllim, sizinlə bir qədər açıq danışmaq istəyirəm. Bu günə qədər haqqınızda dolaşan bəzi məsələlər var ki, cavabsız qalır. Məsələn, birmənalı olaraq ananızın erməni olduğu iddia olunur. Ancaq bu barədə heç vaxt danışmamısız. Əsl gerçəkləri sizin dilinizdən eşitmək istəyirik.
- Yazılanlardan məlumatım var. Rəhmətlik anamın pasportu hələ də məndədir. Sovet dövründə pasportda saxta nəsə etmək olmazdı. Ona görə də erməni məsələsi boş söhbətlərdir. Ümumiyyətlə, heç bir insan valideynlərini özü seçmir. Digər tərəfdən isə kiminsə anasının, ya da, atasının hansısa millətdən olması hardasa maraq kəsb edə bilər. Düşünürəm ki, əsas məsələ bu deyil. Əsas məsələ xalqına, dövlətinə qarşı millətçilik ruhunun güclü olmasıdır. Xalqın mənafeyi naminə çalışmaq, işğal olunmuş torpaqların necə azad edilməsi barədə düşünmək vacib məsələlərdir. Rəhmətlik anamın atası belçikalı olub. Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib. Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar.
Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!
Söhbət açılmışkən bir hadisəni danışım. Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq “bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”,-deyə soruşdular. Birmənalı olaraq “yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. “Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir.
- Ananızla bağlı yazılanlara susduqca, həyat yoldaşınız barədə də erməni söhbəti gündəmə gəlib. Hətta gəlininiz haqqında da yazılıb. Bu barədə nə deyə bilərsiz?
- Yoldaşımın taleyi mənim taleyimlə oxşar olub. Mən də “xalq düşməni” ailəsinin üzvü olmuşam, o da. Görkəmli ədib Hüseyn Cavid sürgün olunanda bizə “xalq düşməni”nin qohumları deyirdilər (Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəsidir-müəllif). Yoldaşımın atası İbrahim Zeynalov da 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunaraq güllələnib. İxtisasca mühəndis olub. Neft şirkətində müavin işləyirdi. Sizə sənədlərlə danışıram. Hamısı arxivdə durur.
Həyat yoldaşımın atası Moskvada oxuyanda rus mənşəli qızla tanış olub evləniblər. Yoldaşımın atası azərbaycanlı, anası isə rus olub. Atasını güllələyiblər, anasını isə Qazaxıstana sürgün ediblər. Həyat yoldaşım 9 yaşında ata-anasız qalıb. Bibisi onu böyüdüb.
Övladlarıma gəlincə, heç nəyə yox, gəlinimin erməni olmasına həmişə ürəkdən gülmüşəm. Arada zarafatla deyirdim: “Kaş gəlinim erməni olaydı, ona görə ki o zaman oğlum da olardı”. Tale elə gətirib ki, mənim yeganə övladım var, o da qızdır. Demək gəlinim heç vaxt ola bilməz.
- Yoldaşınız öz seçiminiz olub, yoxsa, ailələriniz sizi tanışdırıb?
- Yoldaşımla eşq yaşamışam. Dərin bir eşq! Bəli, eşq! Ailə qurmağımızda kimsənin müdaxiləsi olmayıb...
- Bir məsələdə də adınız çəkilir. 20 yanvar qətliamı baş verməzdən öncə Sovet qoşunlarını Azərbaycana dəvət etdiyiniz iddia olunur. Maraqlıdır ki, xalqın taleyinə bağlı olan məsələdə də susmusuz. Sizin iştirakınızla belə bir hadisə baş veribmi?
- Bu barədə də xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır...
- Ananızın erməni olması barədə yazılanlardan tutmuş, xalqın taleyində mühüm rol oynayan 20 Yanvar hadisələrinə qədər susmusuz. Susmağınıza nə səbəb olub?
- Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.
- Artur müəllim, bayaq oğul məsələsində fərqli danışdız. Deyəsən oğlunuzun olmasını çox arzulamısız?
- Bir qızım var. Oğlum olmayıbsa, bu da Allahın işidir. Mən nə deyə bilərəm ki!
- Ancaq qız övladı ataya daha yaxın olur. Razısız?
- Əlbəttə razıyam. Hətta qızım mənə daha çox oxşayır. Yoldaşım 2013-cü ildə dünyasını dəyişəndən sonra qızım baxır mənə.
- Taleyinizin keşməkeşli olduğunu dediniz. Bu tanınmış nəslin övladı olmağınızdan irəli gəlir, yoxsa, necə?
- Təvazökarlıq kimi çıxmasın. Bir dönəm olub ki, əziyyət çəkmişik. Orta məktəbi Lənkəranda bitirib Bakıya gəldik. İçərişəhərdə 6 kvadrat metrlik evdə yaşayırdıq. Evin pəncərəsi də yox idi. Müharibə zamanının övladlarıyıq. Atamı xatırlamıram. 6 yaşım olanda müharibəyə gedib və geri qayıtmayıb. Anam rus ola-ola bizi tək böyüdüb. Bir bacı, bir qardaş olmuşuq.
- Kiçik yaşlarınızda atanızı itirmisiz. Maraqlıdır, milliyyətcə rus olan ananız sizi Azərbaycan ruhunda necə tərbiyə edib?
- Anam həmişə mənə danışırdı ki, atan müharibəyə gedəndə bir xahişi olub. “Oğlum azərbaycanlılığını itirməsin”. Çünki biz Hüseyn Cavidin ailəsi ilə sıx əlaqədə idik. Qohum kimi gedib-gəlirdik. Mənim Azərbaycan ruhunda böyüməməyim qeyri-mümkün idi. Mən kiçik olanda valideynlərim tez-tez Bakıya gəlib-gedirlərmiş. Həmişə də Hüseyn Cavidin evində qalardıq. Xatırlayıram ki, anam Cavid həbs olunmazdan qabaq Bakıya gəldiyimizi danışıb. 2 ay Cavidin evində qalmışdıq. Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər “Cavid əfəndi, salam” deyib keçirdilər.
- Hüseyn Cavidin ailəsi ilə sıx təmasda olsanız da, sizin Azərbaycan dilinizdə yaxşı danışa bilməməyiniz həmişə müzakirə mövzusu olub. Haqqınızda “Ana dilini bilməyən vəzifəsini də icra edə bilməz” deyiblər.
- O qədər ata-anası azərbaycanlı olub yarıtmaz işlərlə məşğul olanlar var ki! Onda nə ilə məşğul olurdular, yaxud da indi nə ilə məşğul olurlar!... Düzdür, çox xoşbəxt olardım ki bəziləri kimi Azərbaycan dilində danışa bilim. Həyat elə gətirib ki, rus dilində oxumalı olmuşuq. Buna baxmayaraq, danışanda Azərbaycan dilində rahat danışıram, danışanı da 100 faiz başa düşürəm. Ancaq latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm. Baş nazir olanda nə qədər sənədlərə imza atmışam. Heç bir sənədi oxumamış imza atmamışam. Bu ola da bilməzdi.
Sizə bir sirr açım: mənim bir gözüm görmür. Bu, çoxdan belədir. O zaman çıxıb deməli idim ki, gözümün biri görmür?!
- Qayıdaq Hüseyn Cavidin evində keçirdiyiniz illərə. Cavidin bütün yaradıcılığı ilə tanış olduğunuzu söyləmək olarmı?
- Əlbəttə. Bir çox şeirlərini əzbər də bilirəm. Siz də Cavidin əsərlərini bəyənməmiş olmazsız.
“Turan qılıncından dar kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”
- Bəlkə sizin də gizli şairlik istedadınız var, biz bilmirik!
- Heç vaxt şeir yazmaq istedadım olmayıb. Mən mühəndisliyi sevib-seçdim. Ancaq atam şeirlər yazıb. Dəftərləri hələ də qalır. Cavidin bütün əsərlərini çox sevirəm.
- Artur müəllim, son vaxtlarda ölkədə prezident tərəfindən köklü kadr islahatları aparılır. Siz bu barədə nə deyə bilərsiniz?
- Cənab prezidentin apardığı islahatları yaxından izləyirəm. Birmənalı olaraq çox yüksək qiymətləndirirəm. Cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu cür işlər görür.
- Ard-arda işdən çıxarılıb həbs edilən icra başçıları arasında korrupsiya və rüşvətxor əməllər törədənlər, dövləti çapıb-talayanların kimliyini hər kəs bildi. Niyə icraedici orqanlarda çalışanlar bu cür hərəkətlər edirlər?
- Düzü, bilmirəm bu onların təbiətindən, yoxsa, savadsızlığından irəli gəlir?! Ağlıma gətirə bilmirəm ki, insanlar bu qədər rüşvəti nə edirlər?! Ancaq faktlar heç nəyi dəyişmir. Fakt faktdır.
- Uzun müddət eyni komandada təmsil olunduğunuz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də bir müddət öncə postundan kənarlaşdırıldı. Ramiz Mehdiyevin Administrasiyadakı fəaliyyəti haqda birmənalı fikirlər yoxdur. Elə vaxtilə hakimiyyətdə birlikdə çalışdığınız bəzi tanınmış şəxslər Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi "qara işlər"də ittiham ediblər. Siz bu barədə nə deyə bilərsiniz?
- Bunlardan məlumatım var. Bilmirəm, bunlar nəyə lazımdır?! Ancaq bunun iki yolu var. Ya gərək haqqında yazılanlarla bağlı məhkəməyə müraciət edəsən, ya da çıxıb birbaşa reaksiya verəsən. Başqa yolu yoxdur. Biri var deyəsən ki, filankəsin anası ermənidir, biri də var deyəsən ki, filankəs dövləti talayıb. Bunlar fərqli məsələlərdir.
- Ümumiyyətlə, ikiniz də eyni vaxtlarda hakimiyyətin əsas simaları olmusuz. Bu gün Ramiz müəllimlə zəngləşib dərdləşirsizmi?
- Əlaqə saxlamırıq. 2018-ci ilin aprelində istefaya göndərildim. Bir dəfə Ramiz müəllimlə telefon əlaqəmiz olub. O vaxtdan bu günə kimi əlaqəmiz olmayıb. Həm də mən vəzifədən gedəndə Ramiz müəllim hələ Administrasiyanın rəhbərliyində qalırdı, məndən çox sonralar getdi... Sonra görünür, daha mənimlə işləri olmayıb deyə axtarılmadım. Bu da normaldır.
- Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla münasibətləriniz necədir?
- Zamanında vəzifə icra etmişik deyə normal əlaqələrimiz olub. Bütün icra aparatlarında çalışanlarla aram normal olub.
- Bu gün nə Oqtay Əsədov, nə də siz yüksək vəzifə tutursuz. Ancaq Oqtay Əsədov sizdən fərqli olaraq incik təsiri bağışlayır. Sanki yenidən Milli Məclisin sədri olmamağını həzm edə bilmir, sıravi deputatlığa alışmır. Bu cür hallar nə dərəcədə doğrudur?
- Nəinki vəzifə, heç ömür belə əbədi deyil. Bu dünyada daimi heç nə yoxdur. Hesab edirəm ki, hər birimiz bu gün burda, sabah başqa yerdə olduğumuzu qəbul etməliyik. Eyni zamanda, dövr dəyişir axı! Yeni nəsil gəlməlidir, gənclər vəzifələrdə təmsil olunmalıdır. Artıq XXI əsrdir. Dünyada gedən prosesləri izləyirəm. İnternet üzərindən dünyanın o başından xəbər tuturuq...
- Bəs Allahşükür Paşazadə ilə münasibətləriniz necədir?
- Şeyx həzrətlərini soruşursuz?
- Bəli.
- Çox yaxşı münasibətlərimiz var. Arada zəngləşirik. O mənim xətrimi çox istəyir, mən də onun xətrini çox istəyirəm.
- Şeyx haqqında da çox şayiələr gəzir, ya da yazırlar. Nə dərəcədə doğrudur?
- Yazırlar da. Mən söhbətə başlasam, kitab yazmaq olar.
- Yeri gəlmişkən, nə əcəb, memuar yazmaq haqqında düşünmürsüz?
- Bunun 2 səbəbi var. Birinci səbəb Hüseyn Cavidin həyat yoldaşı Müşgünaz xanım və qızı Turan xanımla bir vaxtlar daimi sıx əlaqədə olmağımızla bağlıdır. Anam Cavidin yoldaşını və qızını bütün qohumlarından üstün tuturdu. Cavidə görə evi gəlib yoxlayırdılar. Əlyazmaları-filan götürüb aparırdılar. O zamandan beynimdə qalıb ki, sənədləri saxlamaq doğru deyil. Ələ keçən yazışmalardan hansısa mənalarda istifadə edə bilərlər. İkinci səbəb isə tarixlə bağlıdır. Gərək tarixə 50 ildən sonra qayıdasan. Çünki indi yaszam, kiminsə xoşuna gəlməyəcək, yazmasam da.... Bu da adamın özünə əziyyət olmayacaq.
- Haqqınızda neqativ xəbərlərlə yanaşı, müsbət fikirlər də səslənir. Bəziləri sizi xalq və dövlət üçün gərəkli şəxs adlandırır. Bu barədə də danışa bilərsiz?
- Özüm haqqında necə danışım?! Bu doğru deyil. Jurnalistlərə məsləhət görərdim ki, Arturun işlədiyi yerlərdə əgər kimlərsə qalıbsa, onlardan soruşsunlar. O zaman biləcəklər ki, Artur hansı işləri görüb. Ümumiyyətlə, ailəmiz həmişə təvazökar olub. Özümüz haqqında danışmağı sevməmişik.
Söhbət açılmışkən bir hadisəni danışım: Baş nazir ola-ola bir gün anam zəng etdi. Soruşdum ki, “ay ana hardasan?!”, cavab verdi ki, “qızımın yanındayam”. Necə getdiyini soruşanda “trolleybusla”dedi. Cavab verdim ki “ay arvad, burda otururamsa, deməli, səni harasa aparmağa, taksi göndərməyə imkanım var”. Ailəmiz belə olub.
- Bir övladınız olsa da, onu davamçınız kimi yetişdirmədiniz. Bu gün yeganə övladınız – qızınız hansısa vəzifəni tuta bilərdi.
- Mənim yaxın ailə üzvlərimin heç biri vəzifədə deyil. Bir hadisə olmuşdu, ad çəkmək istəmirəm. Xahiş etmişdilər ki, “filankəsi vəzifəyə qoyaq”. “Nə qədər ki mən Baş nazirəm, bu, baş tutmayacaq” demişdim. Xarakterim belə olub. Bu da ailəmdən gələn tərbiyədən asılıdır.
Dövlət Plan Komitəsinin müavini idim. İsmayıl Əliyev vardı. Allah rəhmət eləsin! Neft Akademiyasının rektoru olub. Bir dəfə kabinetdə oturmuşam. Katibə dedi ki, “İsmayıl müəllim sizinlə danışmaq istəyir”. O zamanlar gənc idim. İsmayıl müəllim yaşca məndən boyük idi. Heç demə o xəbər tutub ki, Nailə Rasizadə mənim qızımdır. Mənə dedi ki, “sənin qızına tələbə vəsiqəsini mən verirəm, ancaq sən bir dəfə də olsun mənə deməmisən ki, qızın burda oxuyur. Qızına nə köməklik lazımdırsa, edərəm”. Cavab olaraq “kömək məsələsi bizlik deyil” dedim.
- Bəziləri Artur adını eşidən kimi erməni məsələsini gündəmə gətirirlər. Hətta “buna bir Azərbaycan adı tapmadılar ki, gedib erməni adı qoydular?!” deyə söyləyənlər də var. Kim qoyub adınızı?
- Mən dünyaya gələndə anam ölüm-dirim savaşı aparıb. Məni güclə dünyaya gətirib. Voyniçin “Ovod” əsərini oxumusuz?
- Əlbəttə. Çox maraqlı əsərdi. Ata-oğul üzə-üzə gəlir...
- Hə, bax əsərdəki həmin oğul, yəni Artur adını da atam mənə qoyub. Ancaq anam adımın ya Teymur, ya da Tofiq olmasını çox istəyib. Atam isə əsərdən təsirlənib deyə, adımı Artur qoyub. Savadı olmayanlar da durub deyirlər ki, Artur erməni adıdır. Çünki kitab oxumayanlar belə şeyləri bilməz. Oxusaydılar, rast gəldikləri adları bilərdilər...
- Artur müəllim, dünyada, regionda gedən proseslər barədə nə deyə bilərsiniz?
- Arzu edirəm ki, dünya əhalisini təşvişdə saxlayan koronavirus pandemiyası tezliklə bitsin, nəhayət, insanlar da rahat nəfəs alsınlar...
İnşallah, Qarabağ münaqişəsinin də cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə sona çatacağına inanıram...
Baxış sayı: 731
Bölməyə aid digər xəbərlər

28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil