21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
“Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək”
Tarix: 07-07-2020 00:32 | Bölmə: Müsahibə
"Son aylar dünyanın baş ağrısına çevrilmiş koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib. Amma ümidverici məqam odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli dəstəyi və qərarları sayəsində ölkəmizdə preventiv tədbirlər görüldü".
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudova məxsusdur.
F.Umudov qeyd edib ki, ölkə başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanda pandemiya geniş vüsət ala bilməyib:
"Pandemiyanın təsir göstərə biləcəyi sahələr ciddi nəzarətə götürüldü. Məhz onun nəticəsidir ki, bu gün ölkəmizdə pandemiya geniş vüsət ala bilmədi. Ali Baş Komandan və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva dəfələrlə xalqımıza müraciət etdilər, nümunələr göstərdilər. Cənab Prezidentin göstərişlərinə əsasən ölkəmizdə modul tipli xəstəxanalar istifadəyə verildi. Sərt karantin rejimi tətbiq olundu. Bu müddət ərzində insanlara zəruri maddi və mənəvi yardımlar göstərildi. Heç kimə sirr deyil ki, bütün bunlar məhz xalqın sağlamlığının qorunması üçündür. Çünki əhalinin sağlamlığının qorunması prioritet məsələdir. Bundan başqa, Prezidentimiz və Birinci vitse-prezidentimiz qapalı məkanlarda maska taxaraq insanlara örnək, nümunə oldular. İnsanlar üçün bir etalona çevrildilər. Əhaliyə maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etməklə bağlı mühüm çağırışlar etdilər, tövsiyələr verdilər. İnsanlar üçün yeni bir həyat kredosunun cığırını açdılar. Yeni yaşam tərzinin qaydalarını izah etdilər. Sözsüz ki, bütün bu tövsiyə və çağırışlar öz müsbət effektini verdi, verir və verməkdədir.
Doğrudur, dünyanı cənginə alan bu gözəgörünməz düşmənlə mübarizə zamanı bəzi yarıtmaz qüvvələr sosial platforma üzərindən cəmiyyətdə ajiotaj yaradan dezinformasiyalar tirajlayıb, cəmiyyəti təşvişə salmaq istəyirdilər. Lakin bu baş tutmadı. Ona görə ki, ölkə başçısı və Birinci vitse-prezidentin daim xalqın yanında olması, daim xalqın səsinə səs verməsi, daim xalqa dəstək ifadə etməsi bütün bu təhdidlərin qarşısını aldı. Artıq insanlar üzərlərində ölkə rəhbərliyinin dəstəyini, qətiyyətini, polad iradəsini gördülər.
Xalq öz Liderinə inandı, güvəndi və etimad göstərdi. Axı “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” ifadəsi təsadüf seçilmiş epizodik bir ifadə deyil. Bu, reallıqla çulğalaşan bir deyimdir. Məhz bu inam və etimadın göstəricisidir ki, bu gün bütün rayonlarımızdan Prezidentə təşəkkür məktubları gəlir. Onu da unutmaq olmaz ki, pandemiya ölkəmizə yenicə ayaq açanda Ali Baş Komandan, möhtərəm Prezidentimiz “Biz birlikdə güclüyük” ifadəsini işlətdi və qısa bir zamanda bu ifadə ölkədə sloqana, trendə şüara çevrildi".
Federasiya Rəsmisi idmançıların birlik göstərərək virusa qarşı mübarizəyə dəstək göstərməsi məsələsinə də toxunub:
"Əlbəttə, Azərbaycan idman ictimaiyyəti də bu şüardan kənarda qala bilməzdi, qalmadı da... Bütün idmançılar “Biz birlikdə güclüyük” şüarını əsas tutaraq ölkədə virusa qarşı aparılan mübarizəyə dəstəyini ifadə etdi. Evdə qaldıq, amma idmandan qalmadıq. Çünki biz əminik ki, ölkə rəhbərliyinin gördüyü kompleks işlərin sayəsində bu qara buludlar ölkəmizin başı üzərindən çəkiləcək və həyat öz axarına dönəcək. Yenə də biz idmançılar beynəlxalq arenalarda müstəqil və qüdrətli Azərbaycanımızın şanlı bayrağını möhtəşəm himnimizin sədası altında ucaldacağıq. Heç kimə sirr deyil ki, bəşəriyyət belə fors-major hallarla çox üzləşib. İstər Dünya müharibələri illərində, istərsə də Dağlıq Qarabağ münaqişəsi dövründə idman ictimaiyyəti bu cür fövqəlvəziyyətlərdən üzüağ çıxıb.
1990-cı illərin əvvəlləri Azərbaycanın odlu-alovlu, məşəqqətli bir tarixi idi. Məhz həmin dönəmdə biz idmançılar yağış kimi yağan mərmilər altında məşqlərimizi davam etdirirdik. Məqsəd isə bir idi: “Azərbaycanımızı dünyada tanıtmaq, bayrağımızı zirvələrə yüksəltmək”.
Lakin bunun üçün şərait yox idi. Biz heç beynəlxalq yarışlara qatıla bilmirdik. Amma Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan öz müstəqilliyini əldə etdi, möhkəmləndirdi. Respublikamızın memarı olan Ümummili Liderin uzaqgörən və dəmir məntiqlə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, sarsılmaz bir xaraktrer aldı. Və bu sarsılmazlıq, dönməzlik və əbədilik bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada böyük nüfuz və imicə malik müstəqil, qüdrətli sabit və stabil bir ölkəmiz var. Azərbaycanın dünyada sabitlik adası kimi tanınması heç də təsadüfi deyil. Məhz bu sabitliyin, əmin-amanlığın nəticəsidir ki, Azərbaycan həm də bir idman ölkəsinə çevrilə bildi. Nəhəng idman turnirlərinə ev sahibliyi edə bildi. Və bunun da nəticəsində Avropa, dünyaya çıxış əldə etdi. İndi dünya idman arenalarını Azərbaycansız təsəvvür etmək mümkün deyil.
Məsələn, elə bu günlərdə Dünya Güləş Birliyi (UWW) ilin sonunadək keçirilməsi planlaşdırılan dünya və Avropa çempionatlarının yeni təqvimini açıqladı. Yeniyetmələr arasında Avropa çempionatının oktyabrın 5-dən 11-dək Polşada (şəhər bəlli deyil), gənclərin Avropa çempionatının oktyabrın 19-dan 25-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə, U-23 dünya çempionatının isə noyabrın 23-dən 29-dək Finlandiyanın Tampere şəhərində keçirilməsi planlaşdırılır. 23 yaşadək güləşçilərin dünya çempionatını təşkil etmək mümkün olmasa, həmin tarixlərdə bu yaş qrupu üzrə qitə birinciliyinin keçirilməsi nəzərdə tutulub".
Firdovsi Umudov təxirə salınan beynəlxalq yarışlar barəsində də məlumat verib:
"UWW mövcud şəraiti nəzərə alaraq gənclər və böyüklər arasında dünya çempionatının eyni məkanda baş tutmasını məqsədəuyğun sayır. Plana əsasən, gənclər arasında DÇ dekabrın 4-dən 10-dək, böyüklər arasında analoji yarış isə dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Əlbəttə, Azərbaycanın idman ictimaiyyəti böyük hünər və coşğu ilə bu yarışlara qatılıb, yüksək əyyarlı medallar uğurunda mübarizə aparacaq. Ölkəmizə, xalqımıza qələbə, zəfər sevinci yaşadacaqlar. Əlbəttə, müstəqil Azərbaycanımıza, dövlətimizə, xalqımıza yalnız qələbə yaraşır. İnanıram ki, bir gün dünyanın ən nəhəng idman turnirləri Azərbaycanın ev sahibliyi ilə Dağlıq Qarabağda keçiriləcək ! Tanrı müstəqil Azərbaycanımızı, uca xalqımızı və bu dövlətin, millətin qarantı olan Ali Baş Komandanımızı qorusun!".
Baxış sayı: 1 165
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə