00:15 / 22-05-2026
Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti
23:52 / 21-05-2026
İti qızı dişləyən qadın cərimələnib
23:43 / 21-05-2026
Saxlanılan yeniyetmələr xuliqanlıqda ittiham olunublar
18:42 / 21-05-2026
Lukaşenko "İsgəndər-M"i bir vaxtlar arzusunda olduğu yaxşı maşın adlandırdı
18:38 / 21-05-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə müşahidə edilib
18:35 / 21-05-2026
Lavrov Tayland xarici işlər naziri ilə telefonda danışdı
18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
18:29 / 21-05-2026
Dəmir yolunda terror aktı törətməyi planlaşdırırdı
18:26 / 21-05-2026
Magyar Avropanın Rusiya qazını almağa niyə qayıdacağını izah etdi
18:19 / 21-05-2026
Fiko: "AB siyasətçiləri onu Rusiyaya səfərlərinə görə tənqid edirlər, amma gizlicə bu barədə soruşurlar"
18:15 / 21-05-2026
Litvanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb
18:07 / 21-05-2026
Uşaqlarına işgəncə verdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib
18:04 / 21-05-2026
Putin və Lukaşenko nüvə qüvvələri təlimi zamanı video zəng etdilər
17:54 / 21-05-2026
Cəsədi kütləvi məzarlıqda tapılıb
17:51 / 21-05-2026
12 İllik temperatur rekordunu təkrarladı
17:48 / 21-05-2026
Bir vəkil böyük miqyaslı fırıldaqçılıqda şübhəli bilinir
17:37 / 21-05-2026
İlon Mask dünyanın ilk trilyoneri ola bilər
17:33 / 21-05-2026
3 yaşlı qızı vurması ilə bağlı cinayət işi açılıb
17:30 / 21-05-2026
Ukraynaya hava hücumundan sonra Polşaya kütləvi şəkildə təcili yardım təyyarələri göndərilir
17:27 / 21-05-2026
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək
17:21 / 21-05-2026
Rusiya, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə çatdığını bildirdi
22:43 / 20-05-2026
Rusiya Kuboku Superfinalının ən gənc hakimi olacaq
22:38 / 20-05-2026
Ermənistandan gül idxalını məhdudlaşdırır
22:34 / 20-05-2026
Lavrov Ukrayna və Tayvandakı vəziyyətləri müqayisə etdi
22:31 / 20-05-2026
Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini etiraf etdi
22:28 / 20-05-2026
Keçmiş sevgilisini qaçırmağa cəhd etdiyinə görə həbs edilib
22:25 / 20-05-2026
Rubio bildirib ki, Kuba rəhbərliyinin günahı üzündən çətin vəziyyətdədir
20:18 / 20-05-2026
Polis əməkdaşını bıçaqlayan şəxs həbs edilib
20:14 / 20-05-2026
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
20:09 / 20-05-2026
İrlandiya iddia edir ki, Avropa Rusiyadan yanacaq istəyir
20:07 / 20-05-2026
Polşa Ukraynadakı münaqişənin gərginləşməsini sərt reaksiya ilə hədələyir
20:04 / 20-05-2026
Putin və Si Cinpinin qeyri-rəsmi danışıqları bir saat yarım davam etdi
20:01 / 20-05-2026
NATO Baş Katibi Ukraynanın Amerika silah təchizatı olmadan yaşaya bilməyəcəyinə inanır
19:58 / 20-05-2026
Bir kişi gizli şəkildə bir qadını çəkdiyinə görə 15 gün həbs edilib
19:55 / 20-05-2026
Şoyqu Zelenskinin səfəri ilə bağlı Yerevanın erməni yaddaşını lağa qoyduğunu qeyd edib
19:50 / 20-05-2026
Beş turistin ölümündən sonra iki kişi saxlanılıb
19:47 / 20-05-2026
Şoyqu Rusiya ilə əməkdaşlığı Ermənistanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi adlandırdı
“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” - Ombudsmanla MÜSAHİBƏ
Tarix: 18-05-2020 16:43 | Bölmə: Müsahibə

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:
- Səbinə xanım, aprelin 24-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Ombudsmanın illik məruzəsi dinlənildi. Əvvəlcə illik məruzədə əksini tapmış mühüm məqamlar və rəhbərlik etdiyiniz institutun ötənilki fəaliyyəti barədə fikirlərinizi bilmək istərdik…
- İlk növbədə diqqətə çatdırmaq istərdim ki, 2019-cu il bütün digər sahələrdə olduğu kimi, insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Ombudsman təsisatı Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparıb, müxtəlif tədbirlər həyata keçirilib.
Bu dövr ərzində Ombudsmanın ünvanına 25 min 500 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur.
Müvəkkil və əməkdaşlar tərəfindən Ombudsman Aparatında və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər keçirlib. Həmçinin, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilib.
Milli Məclisin bəhs olunan iclasında diqqətə çatdırılan illik məruzədə də bu məsələlər və məqamlar əksini tapıb. Bununla yanaşı, tərəfimizdən müxtəlif məsələlərlə bağlı bir sıra təkliflər irəli sürülüb. Vətəndaşların əmək hüquqlarının səmərəli təmin edilməsi məqsədilə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsi, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə Əmək Məcəlləsinə əlavələr edilməsi, vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsi və digər məsələlərlə bağlı təkliflər bu qəbildən olan nümunələr sırasında yer alır.
Bütövlükdə, illik fəaliyyətin təhlili göstərir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli təmin edilməsi məqsədi ilə dövlət qurumları və bələdiyyələr tərəfindən Ombudsmanın müraciətlərinə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılması, şikayətlərdə əks etdirilmiş halların təxirə salınmadan yoxlanılması və cavablandırılması işinə diqqət artırılmalıdır. Başqa sözlə, müraciətlərin təhlili prosesində formalaşmış və Ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, həmçinin illik məruzələrdə öz əksini tapmış təklif və tövsiyələrə diqqətlə yanaşılması və həlli üzrə tədbirlər görülməsi vacibdir.
- Yeri gəlmişkən, Ombudsmanın müvafiq təklifi nəzərə alınaraq Azərbaycan Prezidentinin Fərmanına əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına “ən azı, 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs”lər əlavə edilib. Bu məsələ ilə bağlı nə söyləmək olar?
- Ümumiyyətlə, vətəndaşların mənzil hüququnun müdafiəsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzindədir. Ölkə Prezidentinin göstərişlərinə müvafiq olaraq, respublikamızda, xüsusilə Bakı şəhərində vətəndaşların mənzil hüququnun gerçəkləşdirilməsi sahəsində kompleks tədbirlər davam etdirilir. Yeni yaşayış binalarının, eləcə də mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun sosial mənzillərin tikintisi böyük vüsət alıb. Yaşayışın və məskunlaşmanın hüquqi təminatı, infrastruktur baxımından müyəssərlik, əlçatanlıq, yaşayış üçün yararlılıq, yerləşmə yeri, mədəni baxımdan uyğunluq bu hüququn təmin edilməsinin əsasını təşkil edir. Sosial mənzillərdən ibarət yaşayış komplekslərinin salınması zamanı məhz bu amillərə xüsusi diqqət yetirilir.
İnsan Hüquqları üzrə Müvəkkilin ünvanına daxil olan müraciətlərin təhlili əsasında müvafiq dövlət qurumlarına təqdim edilən, illik məruzələrdə öz əksini tapan təkliflər istər qanunvericilik aktlarının qəbulu zamanı, istərsə də dövlət qurumlarının gündəlik fəaliyyətində nəzərə alınmaqdadır. Ombudsman əhalinin mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə həm illik məruzələrdə, həm də səlahiyyətli dövlət qurumlarına ünvanladığı müraciətlərdə digər məsələlərlə yanaşı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin dairəsinin genişləndirilməsini də təklif edib. Ən azı, 15 il ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlərin tətbiq edilməsi ilə bağlı təklif də bu sırada yer alır. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda bəhs olunan Fərmanı ilə bu kateqoriyadan olanların güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına əlavə edilməsi təqdirəlayiqdir.
Bütövlükdə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ailələrin real gəlirləri nəzərə alınmaqla müvafiq addımların atılması mənzil hüququnun etibarlı müdafiəsinə xidmət edir.
- Azərbaycan Prezidenti İlham Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa qovuşmasını təmin edən əfv Sərəncamı imzaladı. İnsan hüquqları üzrə Müvəkkil olaraq sözügedən Sərəncamın icrası prosesində iştirak etdiniz. Bütövlükdə, bu humanist addımın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Əvvəlcə qeyd edim ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında profilaktik – preventiv və mübarizə xarakterli zəruri, təxirəsalınmaz tədbirlər uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, dövlət başçısının 6 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması da bu baxımdan xüsusi qeyd edilməlidir. Xatırladım ki, dünyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Qeyd olunmalıdır ki, bu əfv Sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib ki, bu da humanizm siyasətinin bariz nümunəsi - əyani ifadəsidir.
- Pandemiya şəraitində Ombudsman Aparatı ölkəmizdə həyata keçirilən tədbirlərə öz dəstəyini hansı formada ifadə edib?
- 2020-ci il üçün ölkəmizin qarşısında yeni çağırışlar durur. Azərbaycanın dayanıqlı inkişafının təmin olunması üçün hər bir funksional qurumun, o cümlədən Ombudsman təsisatının öz fəaliyyətini ictimai maraqlar və dövlətin strateji mənafeyi əsasında davam etdirməsi, bu kontekstdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müvafiq vəzifələrin layiqincə yerinə yetirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bu, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının əhalinin sağlamlığına və sosial rifahına təsirlərinin minimum endirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Konkret olaraq Ombudsman Aparatı yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. Təsisat əvvəlcə bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini, atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.
COVID-19 infeksiyasının yayılması ilə əlaqədar ölkədə karantin rejimi elan olunduğu dövrdən tərəfimizdən əhaliyə çağırış ünvanlanıb, monitorinqlər aparılıb, bu ərəfədə həyata keçirilən fəaliyyət çərçivəsində əlilliyi olan şəxslərin, miqrantların, uşaqların hüquqlarının, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə xüsusi karantin rejimi zamanı əhali qruplarının hüquqlarının təmini ilə bağlı təklif və tövsiyələr verilib, dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına, sahibkarlıq subyektlərinə müraciətlər edilib. Eləcə də əhalinin maarifləndirilməsi məqsədilə #evdəqal həştəqi ilə videoçarx hazırlanıb, aztəminatlı ailələrə dəstək göstərilib.
Bunlarla yanaşı, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə qaynar xətlər vasitəsi müraciət imkanları təmin edilib.
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin “İnsan Hüquqları Aylığı”nın elan olunması barədə müraciəti oldu. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Eyni zamanda, 18 iyun respublikamızda Milli İnsan Hüquqları Günüdür. Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur və bu ərəfədə müxtəlif qurumlar tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir. Bu il də müvafiq müraciət qəbul olunaraq bəyan edilib. Hesab edirik ki, pandemiya şəraitində əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri və digər istiqamətdə işlər canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə həyata keçirilə bilər...
- Səbinə xanım, yeri gəlmişkən, xüsusi karantin rejiminin yumşaldılması fonunda koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmaması üçün vacib amil olan vətəndaş məsuliyyəti ilə əlaqədar nə söyləmək olar?
- Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, o cümlədən əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır. Bununla yanaşı, mövcud vəziyyət və ümumi tendensiya nəzər alınaraq karantin rejiminin mərhələli şəkildə yumşaldılması istiqamətində müvafiq qərarlar qəbul edərək müəyyən addımlar atılır. Təbii ki, karantin rejiminin yumşaldılması pandemiyanın bitməsi, təhlükənin sovuşması demək deyil. Ona görə də hər bir şəxs müəyyən olunmuş qaydalara əməl və sosial izolyasiya tələblərinə riayət etməklə özünü, ətrafındakıları və bütövlükdə cəmiyyəti qorumalıdır. Yəni cəmiyyətin yenə də ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var. Cəmiyyət üzvlərinin sosial məsuliyyət nümayiş etdirərək, dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstək vermələri sayəsində pandemiya dövrünü minimum itkilərə geridə qoyaq bilərik.
Baxış sayı: 777
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev