Bütün xəbərlər
“Əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirməkdir”
Tarix: 24-04-2020 22:43 | Bölmə: Müsahibə

                    “Əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirməkdir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı zamanı  Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı Sumqayıtda inşa olunan sənaye müəssisələrinin əhəmiyyətindən danışıb:
“Hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik.
Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır”.



Baxış sayı: 561


Bölməyə aid digər xəbərlər