21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ
Tarix: 21-04-2020 22:37 | Bölmə: Müsahibə

Çiyinlərdə tabutun al-qırmızı geyərmi?
Haqq divanı varsa da, sorğu-sual nə gərək?
Şirin can bu torpağın qarışına dəyərmi?!
Ölüm eşqi müqəddəs, ölümünüz mübarək!!!
Akif Əhmədgil
Bu gün, çətin şəraitdə göstərdiyi şücaətli əməlləriyə bəşəriyyətin fövqündə duran, qəhrəmanlıq, şəhidlik salnaməmizdə şərəfli səhifələr yaradan Allahverdi Bağırovun doğum günüdür. “Qarabağın aslanı”, “Qartal qamətli qəhrəman”, bacısı Almaz xanımın dili ilə desək, “oğulluq, kişilik rəmzi” Allahverdi Bağırov 1946-cı ilin məhz bu günündə - aprelin 22-də Ağdamda dünyaya gəlib. Beş qızdan sonra doğulduğuna görə adını Allahın payı mənasında Allahverdi qoyublar, bu, həm də onun babasının adı olub. Bacısı Sveta xanımın dediyinə görə, Allahverdi dünyaya gələn gün nənəsi evin qapısından, dizi üstə ta həyətin çıxışınadək torpağı öpüb. Nəvəsinin qədəmlərini öpən nənə hələ bilmirdi ki, gün gələcək o qədəmləri bir el öpəcək. Kim bilir bəlkə də ona əyan olmuşdu, bəlkə də elə dünyagörmüş nənənin ürəyinə dammışdı nəvəsinin qəhrəman taleyi ?..
Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alan Allahverdi hələ məktəb illərindən cəsarətli, qorxmaz, mərd, haqsızlığa etiraz edən xasiyyətiylə fərqlənib. İlk gənclik dövründə yüngül atletika və daha sonra isə futbola böyük maraq göstərib. 5 N-li formada Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyub. 1976-cı ildə, 20 yaşında ikən klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində rəhbərlik etdiyi doğma komandası 4-cü yerə layiq görülüb.
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda yeganə qola da məhz özü imza atıb. Həm komanda yoldaşı və eyni zamanda döyüş yoldaşı olmuş Zahid Qarayev deyirdi ki, -“Məşqçi olduğu dönəmdə çox həssas idi, oyunçuları bir-bir yoxlayardı, hamı ilə tək-tək maraqlanardı”.
Vaxt gələcək onun bu həssaslığı komandir xasiyyətinə də yansıyacaqdı. Futbol karyerasını kim bilir necə müvəffəqiyyətlə davam etdirəcəkdi, amma Qarabağda yaranan vəziyyət onun vətənpərvər ruhunu döyüş meydanından kənarda saxlaya bilmədi.
Döyüş yoldaşı olmuş Zahid Qarayev :
“Onun hər şeyi vardı, heç nəyə ehtiyacı yox idi, amma o hər şeyini atıb vətənini tutdu” .
Allahverdi Bağırov öncə ağdamlıların maddi dəstəyi və öz şəxsi vəsaiti ilə Qarabağın kəndlərində yaradılmış kiçik özünümüdafiə batalyonlarına yaxından köməklik göstərib. 1991-ci il 1 oktyabrda özünün və qardaşı Eldar Bağırovun komandirliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissəsi yaradılır. Bu həm də “Ağdam özünümüdafiə taboru” idi. 760 nəfərlik bu batalyon “Vətən oğulları” adlanırdı. Qardaşı Eldar öldürüldükdən sonra batalyona Allahverdi rəhbərlik edirdi.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Naxçıvanlı kəndini işğalçılardan tam təmizləyir və 150 nəfərlə Əsgərana daxil olur. Pircamal kəndindəki bütün yüksəkliklər tutulur. Erməni bayraqları Azərbaycan bayraqları ilə əvəz edilir. Bu əməliyyatı həyata keçirmək üçün Allahverdi Bağırov və silahdaşlarına cəmi 2 saat vaxt lazım olmuşdu. Bu döyüşdən sonra Allahverdi Bağırov “General Məhəmməd Əsədov Mükafatı”na layiq görüldü. Ən böyük hərbi uğurlarından biri də Aranzəmin kəndi üzərindəki döyüşlərdə olub. Hər nə qədər zəhmli, ciddi xasiyyətli komandir olsa da, əsgərlərinə qarşı uşaq kimi kövrək, ürəyiyumşaq olub.
Döyüş yoldaşı Zahid Qarayev:
“Komandir olsa da, özünü heç vaxt əsgərlərdən ayırmazdı, əsgər nə yesə, o da ondan yeyərdi. Bir dəfə də bizim xətrimizə dəymədi, döyüşə həmişə ən qabaqda oxuya- oxuya, gülə-gülə gedərdi. Hərbi hissədə olduğu vaxtlarda çox ciddi olardı, əsgər onun yanında danışa bilməzdi, amma digəl, əsgərdən ötrü canını verərdi, əsgərlərin dırnağna belə ziyan dəyməyə razı olmazdı. Biri vurulanda, yaralananda girib otaqda ağlayardı ki, əsgərlər görməsin”.
1992-ci il 14 iyununda təcili iş üçün Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlı (keçmiş Naxçıvanik) kəndindən geri qayıdarkən minaya düşür. Allahverdi Bağırov sürücüsü ilə birlikdə həlak olur. Ağdam rayon Şəhidlər Xiyabanında qardaşı Eldar Bağırovun yanında dəfn edilir. Döyüşlərdə göstərdiyi şücaətə və Ağdamın müdafiəsindəki misilsiz qəhrəmanlığına görə, ölümündən sonra - 1993-cü ildə ona “Azərbaycanın Milli Qəhərmanı” fəxri adı və 1998-ci ildə “Qızıl Ulduz” mükafatı verilib.

Allahverdi Bağırov sağ ikən deyirdi:
“Ermənilər ancaq, mənim meyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir getsin, mən Ağdamda qalacağam!”.
Doğrudan da Allahverdi Bağırov yaşadığı müddətcə ermənilər Ağdamı tuta bilmədilər. Şirin Mirzəyev, Yaqub Rzayev, Fred Asif (Asif Məhərrəmov) və Allahverdi Bağırov Ağdamın əyilməz sütunları idi. Çünki bu qəhərmanların Qarabağın müdafiəsində misilsiz xidmətləri olub.
Allahverdi Bağırovdan danışırıqsa, Xocalı faciəsidən bəhs etməyə bilmərik. Çünki Allahverdinin Xocalı faciəsi zamanı göstərdiyi xidmətlər ölçüyə gəlməzdir. Məhz onun səyi nəticəsində Seyidağa Mövsümlü Xocalıdakı dəhşətləri lentə ala bilmişdi.
“ Ermənilər çəklişə icazə verməyəndə o, bir kəlmə dedi: - Bu yoldaş işini görəcək!!!” - S.Mövsümlü.
Bu gün bütün mənbələrdə 1003 nəfər qeyd olunur, amma o, 3 gün ərzində 1526 nəfər Xocalı əsir-girovunu Azərbaycana qaytarmışdı. Əsir-girovların və meyitlərin dəyişdirilməsində, meyitlərin meşədən toplanıb Ağdama gətirilməsində bu gün dəyərini heç nəylə ölçə bilməyəcəyimiz qədər xidmətlər göstərib. Xocalı faciəsi onun təkcə kövrək qəlbini deyil, həm də əyilməz kişi vüqarını da incitmişdi.
Bacısı Almaz xanım:
“Xocalı faciəsindən sonra hər gün gecə yarıyadək hərbi hissədə olurdu, girovların dəyişdirilməsi üçün danışıqlar aparır, meyitləri toplamaq üçün əsgərlərlə meşədə axtarış aparırdı. Elə dəhşətli səhnələr görmüşdü ki, evə gələn kimi deyirdi, işığı keçirin. Gördüklərindən sonra bizim üzümüzə baxa bilmirdi”.
Qızı sonuncu dəfə atasının boynuna sarılıb ondan qalmağını istəyəndə qardaşının xatirəsinə saxladığı saqqalından bir tük qoparıb qızına uzadaraq demişdi ki, “nə vaxt darıxsan bu tükü yandır, mən gələcəm”.
Amma gəlmədi ...
Atasının bu şirin nağılına inanan balaca qızcığaz kim bilir o tükü yandırıb nə qədər gözləmişdi. Axı, onda hələ nağıllara inanan yaşdaydı, o, hələ bilmirdi nə boyda böyük qəhrəmanın qızıdır. Hələ bilmirdi ki, atası onun arzusuyla yandırdığı tükün çağırışına gəlmək üçün yox, imdad diləyən əsirlərin, düşmən əlində inləyən vətənin harayına yetişmək üçün doğulub. Çünki Allahverdi adi biri deyildi, sıradan oğul deyildi, o, vətən sevgisini şəxsi mənafeyindən, karyerasından, hətta ailəsindən də üstün tutmuş, bəlkə də bu dünyaya tayı-bərabəri gəlməyəcək Qəhrəman idi.
Yaşasaydı 72 yaşı tamam olacaqdı, yaşasaydı indi veteran futbolçu və məşqçi kimi tarix yazacaqdı, baxmayaraq ki, qəhrəman Allahverdi Bağırovun yazdığı tarix qat-qat dəyərlidir, yaşasaydı indi ətrafında nəvələri oynayan baba olacaqdı, yaşasaydı yeddi bacının qürur mənbəyi qardaşları olacaqdı, yaşasaydı qızlarının saçları ata sığalına həsrət qalmayacaqdı, yaşasaydı həyat yoldaşının ömrünü birgə yaşadıqları onillik həyatın xatirələri deyil, özü işıqlandıracaqdı. Yaşasaydı bacısı Sveta xanım da bu sözləri deməyəcəkdi:
“Bu gün də mən əsgər paltarı görəndə baxa bilmirəm.Əsgər mənim yanımdan keçəndə mən onun paltarına əlimi sürtməsəm, elə bilərəm ki, yanaram, tökülərəm. Əlimi əsgər paltarına sürtməliyəm, çünki mənim qardaşlarımın hər ikisinin də həlak olanda əynində əsgər paltarı vardı”.
Yaşasaydı... Əslində yaşayır, həmişə də yaşayacaq. Cismən aramızda olmasan da həmişə qəlbimizdəsən, ürəklərdə əbədi qalacaqsan əbədi qəhrəmanımız. Yaşatmaq üçün doğulanlar yaşamağa layiqdir. Ruhun şad olsun igid Komandir! Baxmayaraq, məzarını düşmən tapdağında qoymuşuq, qanınızın qisasını düşməndən almamışıq, üzünüzə baxacaq üzümüz də yoxdur. Amma sən ucaldığın məkanda rahat uyu...
Baxış sayı: 1 389
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə