20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ
Tarix: 01-04-2020 03:14 | Bölmə: Müsahibə

Modern.az “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz Təhsil Nazirliyinin İctimiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehovdur. Onunla müsahibəni təqdim edirik:
- Cəsarət müəllim, #evdəqal çağırışına əməl edə bilirsinizmi?
- Əslində, xeyr. Biz işləyirik və özümüzü elə işləyərək qorumağa çalışırıq. #evdəqal indiki vaxtda çox vacib kampaniyadır. Təhsil Nazirliyinin müxtəlif strukturları, əməkdaşları da bu kampaniyaya qoşulublar. Bu kampaniya ilə bağlı yeni bir təşəbbüs də göstərmişik. Bakı da daxil olmaqla ayrı-ayrı bölgələrdə yaşayan aşağı siniflərdə təhsil alan şagirdlərimizin video formatında hazırladığı təşəbbüsü yayımlayacağıq.
Evdə qala bilməsək də koronavirusdan qorunmaq üçün vacib olan tədbirlərin hər birinə riayət etməyə çalışırıq. Gigiyena qaydaları, digər insanlarla məsafənin saxlanması, maska, əlcəkdən istifadə məsələsində bütün zəruri tədbirləri görürük.
- Azərbaycanda demək olaar ki, bütün sahədə onlayn təhsilə keçilib. Bu əyani təhsili əvəz edə bilməsə də, təhsilin davamlılığı üçün vacib addımdır. Qısa müddətdə buna necə hazırlaşa bildiniz?
- Daha çox hədəflədiyimiz budur ki, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin tədris prosesindən kənar qalmamasını təmin edək. Mart ayının ilk 10 günlüyündə koronavirusa görə dərslərə fasilə verildikdə Təhsil Nazirliyinin rəhbərliyi, ayrı-ayrı mütəxəssislər müzakirələr aparıb, çıxış yolu axtardıq.
İlk ağıla gələn şübhəsiz ki, onlayn dərslər oldu. Lakin internet rabitəsi sirr deyil ki, hər bölgədə, regionda sürətli və ardıcıl deyil. Həmçinin, elektron vasitələrin mövcudluğu hər bir şagirddə eyni səviyyədə deyil. Bu zaman biz daha çox teledərs formatına üstünlük verdik. Çünki ölkənin hər bir yerində televizor var, telekanallar fasiləsiz yayımlanır. Biz “Mədəniyyət” kanalı vasitəsilə bu yayıma başladıq.
Gün ərzində 4 saat yarımlıq, ayrı-ayrı günlərdə isə 5-6 saatlıq dərslər yayımlayırıq. Burada 11 sinif və 17 fənn əhatə olunur. Bizə gələn müraciətlər buu deməyə əsas verir ki, valideynlər və şagirdlər teledərslərə diqqətlə yanaşırlar. Ola bilər, bir qədər laqeyd olan şagirdlərimiz var. Amma nəzərə almalıyıq ki, dərsə gedəndə də şagirdlərin heç də hamısı eyni səviyyədə oxumurlar. Əsas hədəf, məqsəd bu idi ki, Təhsil Nazirliyi olaraq, cəmiyyətə mesaj ötürək ki, hər hansı fors-major halda təhsilin fasiləsiz çatdırılması üçün resurslarımızı təqdim edə bilirik.
Biz artıq “Virtual məktəb” layihəsinə start veririk. Aprel ayının 2-dən etibarən şagirdlərimiz “Virtual məktəb” portalında qeydiyyata düşəcəklər. Onların dərslərini, ev tapşırıqlarını etmək imkanları da olacaq. Şagirdlər həmçinin, bu portal vasitəsilə öz sinif yoldaşları ilə görüntülü, səsli danışa biləcəklər. Bu “Microsoft teams” resursu üzərindən yayımlanan, kifayət qədər əhəmiyyətli bir formatdır.
- Çox zaman belə məqamlarda dünya təcrübəsindən istifadə etməyə üstünlük veririk. Amma koronavirus göstərdi ki, Azərbaycan özü heç də inkişaf etmiş ölkələrdən geridə deyil. Qabaqcıl inkişaf etmiş ölkələrdə bu məsələdə vəziyyət necədir?
- Koronavirus bütün dünya ölkələrində, həyatın bütün sahələrində problem yaradır. Bu günlərdə UNESCO-nun baş direktoru müraciət ünvanladı ki, Dünya Təhsil Koalisiyası yaradılsın. Dünyada 1 milyard 400 milyon şagird və tələbə klassik təhsildən kənar qalıb. Demək olar ki, bütün dünya ölkələrində təhsilin dayandırılması, məktəb və universitetlərin bağlanması prosesi baş verib. Belə olduqda isə bizə və bütün dünya ölkələrinə yeni axtarışlar etmək zərurəti yaranır. Məsələn, bir neçə ay bundan öncə ABŞ-da tədqiqat səfərində idim. Mənim qızım da orada orta məktəbdə oxuyurdu. Həmin məktəblə əlaqələrimiz var və orada da onlayn təhsilə keçilib. ABŞ-da da insanların ortaq bir fikri var ki, onlayn təhsil klassik təhsilin yerini vermir. Bu problemlər bütün dünyada mövcuddur. Amma Azərbaycanda mövcud durum imkan yaratdı ki, təhsilin rəqəmsallaşdırılması ilə bağlı yeni ideyalar düşünək, səfərbər olaq. Ona görə də deyə bilərik ki, hər bir problem həm də yeni imkanlar yaradır, düşünməyə vadar edir.
Hazırda insanlar sosial izolyasiya şəraitindədir. Buna baxmayaraq, təhsilin rəqəmsallaşdırılması, onlayn müstəvinin ortaya gəlməsi baxımından fürsətdir. Bizim bu sahədə tətbiq etməyə başladığımız resurslar, Təhsil Nazirliyinin tövsiyyəsi ilə ali təhsil müəssisələrində başlayan onlayn tədris bu işin daha təkmil formaya gəlməsinə şərait yaradacaq. Biz həm də onlayn təhsil formasına daha adətkar olmağa başlayacağıq.
- Onlayn təhsil müddəti bitəndən sonra şagirdlərin və tələbələrin təhsil müəssisələrinə adaptasiyasında çətinlik yarana bilərmi?
- Bu həmişə belə olub ki, şagirdlərimiz tətilin ilk vaxtlarında sevinirlər. Amma bir müddət sonra darıxmaq mərhələsi, məktəbi istəmək dövrü başlayır. Ona görə, koronavirusun bitməsi ilə şagirdlərimizin məktəblərə, tələbələrin universitetlərə qaçacağını düşünürəm.
- Qeyd etdiniz ki, “Virtual məktəb” layihəsinə start verirsiniz. Azərbaycanın bütün məktəbləri “Virtual məktəb”ə hazırdırmı?
- Bütün məktəblərin bu sistemə hazır olduğunu indidən söyləmək doğru olmaz. Bu, bir başlanğıcdır, təşəbbüsdür və imkandır. “Virtual məktəb” layihəsinin bütün şəbəkəni əhatə etməsi üçün imkanlar axtarılır. Düşünürəm ki, biz yaxın müddət ərzində bu sahədə yaxşı nəticələr görəcəyik.
- Koronavirus dövründə qəhrəmanlar deyəndə həkimlərimiz, polislərimiz göz önünə gəlir. Amma təhsil işçilərinin, xüsusilə, müəllimlərimizin də adı bu siyahıda olmalıdır...
- Səmimi deyirəm, son 1 ay ərzində o qədər fədakar müəllimlərimizin zəhmətini gördük ki, bəzən onların addımına kövrəlməmək olmurdu. Çox çətin bir şəraitdə, uzaq məsafədə yaşamasına, nəqliyyatın məhdudlaşdırılmasına baxmayaraq, müəllimlərimiz səhər tezdən bizimlə birgə bura gəlib, dərslərə hazırlaşırlar. Bir var, dərsi sinif otağında keçəsən, bir də var ki, bir neçə kameranın önündə bir neçə dəqiqəlik o dərsi bütün ölkə üçün təqdim edəsən. 45 dəqiqəlik dərsi sıxışdırıb 10-12 dəqiqəyə yerləşdirmək yeni taktikalar, yanaşmalar tələb edir. Kameralarla işləmək, slaydlara uyğun formada fikirlərini qısa çatdıra bilmək kifayət qədər məsuliyyətli işdir. Mən sizin dediklərinizə qoşuluram, həkimlərimiz, polislərimizlə bərabər müəllimlərimizə də eşq olsun. Bütün bunlar müəllimlərimizin öz şagirdlərinə, təhsilə olan sevgisinin göstəricisidir. Belə müəllimlərimizə qurur duyruq. Bu çətin vaxtda müəllimləri böyük ruh yüksəkliyi və fədakarlıq təşəbbüsü ilə müşahidə edirik. Onu da qeyd edim ki, onlayn dərslərdə bir həftə ərzində 100-dən artıq müəllimin təqdimatı baş tutur.
- Koronavirusdan öncə millətimiz barəsində bir qədər fərqli düşünürdük. Özümüzü laqeyd hesab edirdik. Amma görünür ki, çətin durumda biz biri-birimizə dəstək ola bilirik. Deməli, əslində bizdən yaxşı millət yoxdur, sadəcə özümüzü təqdim edə bilmirik. Bu məsələdə təhsilin də üzərinə böyük yük düşür...
- Məşhur bu məqamda mütləq psixoloq və fəlsəfəçi Qustav le Bonun “Xalqların və kütlələrin psixologiyası” əsərini xatırlatmaq istəyirəm. Bu əsərdə 1789-1794-cü illər Fransa inqilabı dövründə fransız xalqının davranışındakı dəyişikliklərdən bəhs edilir. Bütün hallarda belə anların xalqların və millətlərin psixologiyasında yeni səhifənin açılmasına səbəb olduğu təsdiqlənir. Bizim də cəmiyyətimizin, ailələrimizin davranışlarında yaxşı məqamlar ortaya çıxmağa başladı. Birgəlik, yardımsevərlik, hətta sosial izolyasiya baxımından həmrəy olmaq kimi keyfiyyətlər üzə çıxdı.
Baxın, mənim valideynlərim yaşlı insanlardır. Anamın 72, atamın 79 yaşı var və çox kommunikativ insanlardır. Həmişə qohumlarla, dostlarla ünsiyyətdə olmağı sevirlər. Mən güman etməzdim ki, bu günlərdə onlar qapını bağlayıb, ünsiyyətsiz qala bilərlər. Amma uzun müddətdir, heç kimlə canlı əlaqə saxlamırlar və mənə də tövsiyə edirlər ki, evdə qalım. İnsanlarımız çətin günlərdə biri-birinə dəstək olmağı, əl açmağı bacarırlar. Bu müsbət keyfiyyətdir.
- Evdə qalaraq vaxtı necə dəyərləndirmək olar?
- Mütaliə etmək, təsərrüfatla məşğul olmaq, uşaqlarla vaxt keçirmək, idman etmək və s. məşğuliyyətlər evdə qaldığımız vaxtı effektiv dəyərləndirməyimizə kömək edə bilər. İndiki dövrdə virtual ünsiyyət daha rahat olduğuna görə, insanların biri-biri ilə əlaqəsinin kəsilməməsi baxımından da əlverişli durum formalaşır. Bundan qabaq bir çox ailələrdə xanımlar ərlərinin evdə olmamasından şiakyətlənirdilər. Karantin rejiminin tətbiq olunması ilə kişilərin artıq mətbəxdə xanımlarla birgə olduğunu, onlara kömək etdiyini, uşaqlarla vaxt keçirdiyini görürük. Bu öz də çox yaxşı təcrübədir.
- Növbəti tədris ili üçün xarici universitetlərə qəbul olmuş azərbaycanlı abituriyentlərin dərsə qatıla bilməyəcəkləri iddia olunur. Bu məlumatların əsası varmı?
- Mən düşünmürəm ki,bu məlumatlar doğrudur. İndidən bir neçə ay sonra planlaşdırılan məsələlər haqqında fikir söyləmək tezdir. Sentyabr ayında xaricdə təhsil alan tələbələrimizin universitetlərə getməsi problemli ola bilərmi – indidən deyə bilmərik. Gözləməliyik, aprel ayında ümumi nəticələri götür-qoy etdikdən sonra bu məsələlər haqqında müzakirə aparmaq olar. Çətin günlər ötüb, keçəcək. Elə hazırkı onlayn müsahibəmizi də təbəssümlə xatırlayacağıq.
Qeyd etdiyim kimi hazırkı durum yeni imkanlar, yeni təşəbbüslər ortaya qoyur.Bu onu deməyə imkan verir ki, biz postpandemiya dövründən sonra daha peşəkar, operativ, təkmil və rəqəmsal alətlərdən istifadə imkanlarını artıracağıq. Yəqin fikir vermisiniz, koronavirusla paralel olaraq, “Zoom”, “Microsoft online”, “Mikrosoft teams” və digər sözlər işlək sözlərə çevrilib. Hətta mən yaşlı insanların da “Zoom” ifadəsini işlətdiklərini müşahidə etmişəm. Bu artıq göstərir ki, virtual imkanlardan istifadəni sürətləndirə bilirik.
Baxış sayı: 936
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə