21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
20:05 / 18-06-2026
ABŞ-ın Polşada daimi hərbi baza yaratmaq planı yoxdur
20:01 / 18-06-2026
London Kiyevə 150.000 dron və 350 raket vəd edib
19:57 / 18-06-2026
Türkiyə Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib
20:48 / 17-06-2026
Tramp Rusiyaya qarşı yeni sanksiyaların neft qiymətlərindən asılı olduğunu bildirdi
20:45 / 17-06-2026
19 yaşlı gəncin qətlində şübhəli şəxs həbs edilib
20:42 / 17-06-2026
İki yeniyetmə yoldan keçənlərə hücum etdiklərinə görə həbs edilib
20:38 / 17-06-2026
Professor Fenenko ABŞ və AB-nin yenidən birlikdə hərəkət etdiyini bildirdi
20:36 / 17-06-2026
11 yaşlı ögey oğluna işgəncə verdiyinə görə məhkum edilib
20:33 / 17-06-2026
Rusiya Futbol İttifaqı (RFU) Rusiya Kuboku qaydalarına dəyişiklik edib
20:30 / 17-06-2026
Meloni hesab edir ki, böyük AB gücünün danışıq aparan şəxsi Rusiya ilə dialoqu çətinləşdirəcək
20:25 / 17-06-2026
Putin Bruney Sultanına yanacaq-enerji sektorunu birgə inkişaf etdirməyi təklif etdi
20:21 / 17-06-2026
Bir qadın mübahisə zamanı ərini bıçaqlayaraq öldürüb
20:19 / 17-06-2026
Kiyevin 10 milyon dron hədisi reallaşa bilər
20:14 / 17-06-2026
Bir neçə G7 ölkəsi Ukraynada uzaqmənzilli raketlər yığmaq istəyir
20:11 / 17-06-2026
Çuvaşiya sakini 1,7 milyon rubl dəyərində ağac kəsib; cinayət işi açılıb
12:13 / 17-06-2026
ABŞ-ın Rusiyadan neft daşımaq üçün lisenziyasının müddəti bitib
12:11 / 17-06-2026
Zərgərlik mağazasına qarşı cəsarətli soyğunçuluqda müəyyənli bilinən ikinci şəxs saxlanılıb
12:05 / 17-06-2026
10 yaşlı oğlanı qaçıran şəxsi azadlığa buraxıb
12:02 / 17-06-2026
Nağd pul çıxaran bir dəstə mühakimə olunacaq
12:00 / 17-06-2026
Keçmiş qubernator korrupsiyada şübhəli bilinir
11:57 / 17-06-2026
Ammonyak sızmasında bir işçi öldü
Elnur Allahverdiyev: Namizədliyimin bu dairədən irəli sürülməsi mənim üçün fəxrdir - MÜSAHİBƏ
Tarix: 22-01-2020 01:05 | Bölmə: Müsahibə
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev də deputatlıq mandatı uğrunda mübarizə aparacaq. Allahverdiyev Elnur Marat oğlu 21 aprel 1978-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub.
Atası Allahverdiyev Marat Allahverdi oğlu Tarixi Abidələrin Bərpası və Qorunması Komitəsində sədrin birinci müavini vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub. 2015-ci ildə vəfat edib.
Anası Allahverdiyeva Xuraman Süleyman qızı Rabitə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb, hazırda təqaüddədir.
E.Allahverdiyev 1985-1995-ci illərdə Bakı şəhər 47 saylı orta məktəbdə oxuyub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində ali təhsil alıb. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsində oxuyub. 1999-cu ilin iyul ayından 2000-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qazax rayonunda N saylı hərbi hissədə hərbi xidmət keçib.
Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2001-ci ildən bu günədək “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 13 noyabr 2014-cü ildən bu günədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsuludur. 1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub. 26 mart 2018-ci ildən “Azercell Telekom” MMC-nin İdarə Heyətinin sədridir.
YAP-ın üzvüdür.
Ailəlidir, üç övladı var.
Oxu.Az deputatlığa namizəd E.Allahverdiyevlə müsahibəni təqdim edir:
- Elnur müəllim, Siz YAP-ın 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədisiniz. Partiyadan namizədlik Sizin üçün xoş sürpriz oldu, yoxsa bunu gözləyirdiniz?
- Bilirsiniz, biz bu gün hamımız şahidiyik ki, Azərbaycanda köklü kadr islahatları həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə icra hakimiyyətinin bütün təbəqələrində yeni, gənc kadrlar yaşlı nəsli əvəz edir.
Bu, həm Nazirlər Kabinetinə aiddir, həm Prezident Administrasiyasına. Cənab Prezident parlament seçkilərinin vaxtının əvvələ çəkilməsinə münasibətini bildirərkən bəyan edib ki, belə miqyaslı kadr islahatlarının reallaşdırıldığı gerçəklikdə yenilənmə proseslərinin qanunverici orqandan yan keçməsi məntiqi olmazdı.
Bu nöqteyi-nəzərdən çıxış etsək, digər partiya və siyasi qüvvələrin öz daxili işidir, seçkilərə kimlərlə gedəcəklər, hansı namizədlərlə çıxış edəcəklər. Ancaq cənab prezidentin sədri, lideri olduğu partiya Milli Məclisə seçkilərdə xalqın etimadını, səsini qazanmaq üçün yeni, gənc, müasir dünyagörüşlü və idarəçilik fəlsəfəsi olan şəxsləri irəli sürməli idi. Axı bu genişmiqyaslı yenilənmə prosesinin təşəbbüskarı və müəllifi partiyanın lideridir.
Mənim namizədliyimin irəli sürülməsinə gəldikdə, deyə bilərəm ki, mən bu partiyanın üzvüyəm. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviriyəm. Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğulam, bir sıra uğurlu biznes-layihələrin önündə olmuşam və eyni zamanda, ictimai fəaliyyətdən də kənarda qalmamışam.
Bütün bunlar partiyamızın rəhbərliyinin diqqətindən kənarda qalmayıb və mən 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizəd olaraq irəli sürülmüşəm. Fürsətdən istifadə edib mənə göstərilən bu etimada görə partiyamızın sədrinə, liderimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Əminəm ki, seçicilərin rəğbətini qazana biləcəyəm və Yasamal sakinləri ilə qanunverici orqan arasında bir körpü rolunu oynayıb, dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin bəhrələrinin Bakının bu rayonunda məskunlaşan əhalinin də hiss etməsi üçün öz töhfəmi verə biləcəyəm.
- Siz iş adamısınız. Məlumdur ki, iş adamlarının vaxtı az olur. Yəni aktiv fəaliyyət üçün zamanınız kifayət qədər məhduddur...
- Sizinlə müsahibə barədə vədələşəndə nədənsə düşündüm ki, suallarınızdan biri təqribən belə olacaq (gülür). Həqiqətən də, niyə parlament seçkilərində iştirak edirəm? Bilirsiniz, mən ixtisasca hüquqşünasam. İkinci təhsilim isə iqtisadiyyatla, iqtisadiyyatın hüquqi tənzimlənməsi ilə bağlıdır. Yəni hər iki sahə mənim üçün yad deyil.
Siz artıq qeyd etdiniz ki, mən xeyli müddətdir bizneslə məşğulam və bu sahədə müəyyən uğurlara imza atmışam. Hərbi xidməti başa vurandan bugünədək özəl şirkətin həmtəsisçisi və baş direktoru vəzifəsində çalışmışam.
Onu da bildirim ki, biz fəaliyyətə başlayarkən səkkiz nəfər işçimiz var idi. Bu gün isə şirkətimizdə çalışan işçilərin sayı 1900 nəfərə çatıb. Bu, minlərlə vətəndaşın, yüzlərlə ailənin maddi təminatı deməkdir. Bu işçilərin orta aylıq əməkhaqqı 836 manat təşkil edir.
Bunları niyə qeyd edirəm? Məsələ burasındadır ki, hazırda Azərbaycanda genişmiqyaslı və effektiv iqtisadi və kadr islahatları həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar dünya maliyyə böhranından sonra, yəni enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ilə daha da sürətlənib.
Dövlət başçısı bütün dövlət strukturlarına, ölkədə özəl biznes nümayəndələrinə, sahibkarlara yardım edilməsini, dəstək verilməsini tapşırıb. Eyni zamanda, cənab prezident rəhbər vəzifələrə müasir təhsil almış, qloballaşan dünyanın qaydalarına yaxından bələd olan, yaradıcı, yeni, gənc nəslin nümayəndələrinin təyin olunması kursunu elan edib.
Prezident İlham Əliyev gənc nəslin siyasi cəhətdən aktiv hissəsini parlamentə keçirilən seçkilərdə iştirak etməyə çağırır. Təbii ki, bu çağırış mənim üçün də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyə stimuldur.
Hesab edirəm ki, qeyd edtiklərim həm hüquqi biliklərim, həm də sahibkarlıq və biznes sahəsində qazandığım uğur və təcrübə ilə bölüşmək, dövlətimizin inkişafına zərrə qədər olsa belə, kömək göstərmək məqsədilə parlamentə seçilmək üçün cəhd göstərməyimə əsas verir.
- Dediklərinizdən belə anlamaq olar ki, qanunverici orqanın yaxın beş ildə təcrübəli və savadlı iqtisadçılara ciddi ehtiyacı olacaq....
- Öncə onu deyim ki, Milli Məclisin ötən çağırışlarında da iqtisadi prosesləri dərindən anlayan, dünyada və ölkəmizdə baş verən iqtisadi dəyişikliklərin nəbzini bacarıqla tuta bilən millət vəkillərimiz olub.
Təbii ki, onlar qanunverici orqanın təmsliçiləri kimi iqtisadi sfera ilə bağlı qanun layihələrinin hazırlanmasında və qanunların qəbulunda aktiv fəaliyyət göstəriblər. Eyni zamanda, sualınızın bu hissəsi ilə tam razıyam və mənə də elə gəlir ki, qarşıdakı müddət Azərbaycanda iqtisadi islahatlar və iqtisadi artım şüarları ilə müşayət olunacaq.
Gəlin, fikirlərimi bir az da konkretləşdirim. İqtisadi artım üçün tələb olunan ilkin şərt siyasi sabitlikdir. Məncə, bu, heç kimdə şübhə doğurmayacaq reallıqdır. Bu sabitlik cənab Prezidentin səyləri və zəhməti nəticəsində mövcuddur. Deməli, iqtisadi yüksəliş üçün əlverişli zəmin var ki, biz, əslində, bunu illərdir müşahidə edirik. Ancaq indi Azərbaycan iqtisadiyyatı tam yeni bir formatda fərqli zəminə qədəm qoyub.
Söhbət qeyri-neft sektorunun faktiki olaraq yenidən qurulması və bərqərar olmasından gedir. Neçə-neçə istehsal sahələri açılır, kənd təsərrüfatı və turizm sferalarına dövlət yatırımları edilir, güzəştli kreditlər verilir və s. Mən məhz bu nöqteyi-nəzərdən hesab edirəm ki, qarşıdakı dövr Azərbaycan üçün iqtisadiyyat illəri olacaq.
- Siz Sloveniyanın Azərbaycandakı fəxri konsulusunuz. Parlament seçkilərindən cəmi bir neçə gün sonra Xocalı soyqırımının növbəti ildönümü olacaq. Sloveniya Xocalıda baş verən qətliamı soyqırımı olaraq tanıyıb. Geosiyasi proseslərdə o qədər fəal görünməyən bir Balkan dövlətinin Azərbaycan tarixinin ən acılı günlərindən biri kimi Xocalı soyqırımını tanıması necə baş verdi?
- Bilirsiniz, Sloveniyanın aktiv bir dövlət olmadığı təəssüratı ilkin yarana biləcək rəydir. Əslində,ə bu ölkə, onun şirkətləri kifayət qədər fəaldırlar, o cümlədən, Azərbaycanda. Sloveniyanın xarici siyasət idarəsi öz iş adamlarının xarici ölkələrdəki maraqlarını çox fəal şəkildə qoruyur və müdafiə edir.
Artıq qeyd etdiyim kimi, bu fəxri vəzifədə qarşımda duran ilk vəzifə də iki ölkənin biznes dairələrinin yaxınlaşması və işgüzar təmasda olmalarına çalışmaqdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb və deyə bilərəm ki, son bir neçə ildə iqtisadi münasibətlərimiz artan dinamika ilə inkişaf edir.
Dövlətlərimiz arasında çox sıx siyasi münasibətlər mövcuddur, cənab Prezident İlham Əliyev Sloveniyada dərin hörmət və ciddi nüfuza malik siyasətçi olaraq tanınır və qəbul edilir. Təbii ki, bütün bu amillər Sloveniya ictimaiyyətinin Azərbaycan reallıqları barədə ətraflı məlumat almasına da yol açır.
Xocalı soyqırımına gəldikdə, deyə bilərəm ki, tariximizin bu faciəvi gününün Sloveniyada soyqırımı olaraq qəbul edilməsinə dövlətimizin, o cümlədən, Heydər Əliyev Fondunun ümumi səyləri kontekstində baxmaq daha düzgün olardı. Mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əsasını qoyduğu “Xocalıya ədalət” kampaniyasını xüsusi qeyd etmək istəyirəm.
Yəni prosesə kompleks şəkildə baxmalıyıq və bu məntiqdən çıxış etsək, hesab edirəm və əminəm ki, ildən-ilə Xocalı qətliamını soyqırımı olaraq tanıyan dövlətlərin sayı artacaq və Ermənistanın Azərbaycana qarşı göstərdiyi aqressiya dünya tərəfindən obyektiv qiymətini alacaq.
- Qayıdaq yenidən seçkilərə. Sizin namizədliyinizin irəli sürüldüyü dairə hazırda Bakının ən dinamik hissələrindən birinin ərazisinə düşür. Köhnə məhəllələr, küçələr ləğv olunur, burada yaşayan əhali yaşayış yerlərini dəyişir. Aydındır ki, proses heç də həmişə hamar getmir, məsələn, narazılıqlar olur. Bu mənzərə sizi narahat etmir?
- Əgər fikir vermisinizsə, son illərdə Bakının siması ən çox paytaxtımızın bu hissəsində dəyişib və yenilənib. Məncə, az adam tapılar bizimlə razılaşmasın ki, şəhərimizin bu hissəsində həyata keçirilən abadlıq işləri göz oxşayır. Belə deyək: hazırda bura Bakının, bəlkə də, ən dinamik və hərəkətli, sürətlə dəyişən hissəsidir. Bu proses mənim həyat fəlsəfəmlə çox uyğundur, mən daima işləmək, bir yeniliyə səbəb olmaq, dövlətimizə, xalqımıza xidmət göstərib xeyir vermək istəyirəm. Ona görə də partiyamın namizədliyimi məhz bu dairədən irəli sürməsi mənim üçün həm fəxrdir, həm də yeni çağırış, vəzifə və məsuliyyət.
Sizinlə razıyam ki, bir tərəfdən abadlıq və şəhərsalma işləri gedir, digər tərəfdən isə əhalinin illər boyu məskunlaşdığı və artıq bir çox standartlara cavab verməyən evlərdən köçürülməsi prosesi.
Düşünürəm ki, partiyanın dəstəyi ilə seçicilərin rəğbətini qazandığım təqdirdə qollarımı çırmayıb, var gücümlə dövlətimizə bu işdə kömək göstərməyə, yerli əhalinin problemlərinin qanunverici orqanda səsləndirməklə həllinə nail olmağa çalışacam.
- Ancaq söylədiklərinizi reallaşdırmaq elə də asan deyil...
- Çətinliyə alışmışam. Dünyada asan nə var axı? Mürəkkəb problem ola bilər, ancaq həlli mümkün olmayan problem yoxdur. Təbii ki, seçicilərimin bir qisminin gələcəkdə köçürüləcək hissədə məskunlaşması və illərlə yaşadıqları evlərlə vidalaşması adi bir məsələ deyil. Ancaq dövlətimiz bu işi ən ağrısız şəkildə həll etməyə çalışır və edir.
Ölkə vətəndaşlarının hamısı Prezident İlham Əliyevin himayəsindədir, o cümlədən, namizədliyim irəli sürülən dairənin seçiciləri də. Məhz buna görə əminəm ki, bütün çətinliklərin öhdəsindən layiqincə gəlinəcək.
Həyatımın və aktiv fəaliyyətimin müxtəlif mərhələlərində çətinliklərlə üz-üzə qalıb, onları dəf etməyi bacarmışam. Mən işləməyi sevən adamam, harada olursa-olsun, çalışmaq, xeyir vermək istəyirəm. Niyyətim də budur ki, seçicilərin səsini qazansam, fəaliyyətim parlamentin divarlarının hüdudları ilə məhdudlaşmayacaq.
Maksimum şəkildə seçicilərimə yaxın olmağa, onların dərd-sərlərini dinləməyə və mümkün qədər həllinə nail olmağa çalışacam. Bunun üçün təcrübəm, istəyim, enerjim, ən əsası isə doğma partiyamın dəstəyi var.
Baxış sayı: 899
Bölməyə aid digər xəbərlər
Tarix: 22-01-2020 01:05 | Bölmə: Müsahibə
Atası Allahverdiyev Marat Allahverdi oğlu Tarixi Abidələrin Bərpası və Qorunması Komitəsində sədrin birinci müavini vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub. 2015-ci ildə vəfat edib.
Anası Allahverdiyeva Xuraman Süleyman qızı Rabitə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb, hazırda təqaüddədir.
E.Allahverdiyev 1985-1995-ci illərdə Bakı şəhər 47 saylı orta məktəbdə oxuyub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində ali təhsil alıb. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsində oxuyub. 1999-cu ilin iyul ayından 2000-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qazax rayonunda N saylı hərbi hissədə hərbi xidmət keçib.
Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2001-ci ildən bu günədək “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 13 noyabr 2014-cü ildən bu günədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsuludur. 1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub. 26 mart 2018-ci ildən “Azercell Telekom” MMC-nin İdarə Heyətinin sədridir.
YAP-ın üzvüdür.
Ailəlidir, üç övladı var.
Oxu.Az deputatlığa namizəd E.Allahverdiyevlə müsahibəni təqdim edir:
- Bilirsiniz, biz bu gün hamımız şahidiyik ki, Azərbaycanda köklü kadr islahatları həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə icra hakimiyyətinin bütün təbəqələrində yeni, gənc kadrlar yaşlı nəsli əvəz edir.
Bu, həm Nazirlər Kabinetinə aiddir, həm Prezident Administrasiyasına. Cənab Prezident parlament seçkilərinin vaxtının əvvələ çəkilməsinə münasibətini bildirərkən bəyan edib ki, belə miqyaslı kadr islahatlarının reallaşdırıldığı gerçəklikdə yenilənmə proseslərinin qanunverici orqandan yan keçməsi məntiqi olmazdı.
Bu nöqteyi-nəzərdən çıxış etsək, digər partiya və siyasi qüvvələrin öz daxili işidir, seçkilərə kimlərlə gedəcəklər, hansı namizədlərlə çıxış edəcəklər. Ancaq cənab prezidentin sədri, lideri olduğu partiya Milli Məclisə seçkilərdə xalqın etimadını, səsini qazanmaq üçün yeni, gənc, müasir dünyagörüşlü və idarəçilik fəlsəfəsi olan şəxsləri irəli sürməli idi. Axı bu genişmiqyaslı yenilənmə prosesinin təşəbbüskarı və müəllifi partiyanın lideridir.
Mənim namizədliyimin irəli sürülməsinə gəldikdə, deyə bilərəm ki, mən bu partiyanın üzvüyəm. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviriyəm. Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğulam, bir sıra uğurlu biznes-layihələrin önündə olmuşam və eyni zamanda, ictimai fəaliyyətdən də kənarda qalmamışam.
Bütün bunlar partiyamızın rəhbərliyinin diqqətindən kənarda qalmayıb və mən 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizəd olaraq irəli sürülmüşəm. Fürsətdən istifadə edib mənə göstərilən bu etimada görə partiyamızın sədrinə, liderimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Əminəm ki, seçicilərin rəğbətini qazana biləcəyəm və Yasamal sakinləri ilə qanunverici orqan arasında bir körpü rolunu oynayıb, dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin bəhrələrinin Bakının bu rayonunda məskunlaşan əhalinin də hiss etməsi üçün öz töhfəmi verə biləcəyəm.
- Sizinlə müsahibə barədə vədələşəndə nədənsə düşündüm ki, suallarınızdan biri təqribən belə olacaq (gülür). Həqiqətən də, niyə parlament seçkilərində iştirak edirəm? Bilirsiniz, mən ixtisasca hüquqşünasam. İkinci təhsilim isə iqtisadiyyatla, iqtisadiyyatın hüquqi tənzimlənməsi ilə bağlıdır. Yəni hər iki sahə mənim üçün yad deyil.
Siz artıq qeyd etdiniz ki, mən xeyli müddətdir bizneslə məşğulam və bu sahədə müəyyən uğurlara imza atmışam. Hərbi xidməti başa vurandan bugünədək özəl şirkətin həmtəsisçisi və baş direktoru vəzifəsində çalışmışam.
Onu da bildirim ki, biz fəaliyyətə başlayarkən səkkiz nəfər işçimiz var idi. Bu gün isə şirkətimizdə çalışan işçilərin sayı 1900 nəfərə çatıb. Bu, minlərlə vətəndaşın, yüzlərlə ailənin maddi təminatı deməkdir. Bu işçilərin orta aylıq əməkhaqqı 836 manat təşkil edir.
Bunları niyə qeyd edirəm? Məsələ burasındadır ki, hazırda Azərbaycanda genişmiqyaslı və effektiv iqtisadi və kadr islahatları həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar dünya maliyyə böhranından sonra, yəni enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ilə daha da sürətlənib.
Dövlət başçısı bütün dövlət strukturlarına, ölkədə özəl biznes nümayəndələrinə, sahibkarlara yardım edilməsini, dəstək verilməsini tapşırıb. Eyni zamanda, cənab prezident rəhbər vəzifələrə müasir təhsil almış, qloballaşan dünyanın qaydalarına yaxından bələd olan, yaradıcı, yeni, gənc nəslin nümayəndələrinin təyin olunması kursunu elan edib.
Prezident İlham Əliyev gənc nəslin siyasi cəhətdən aktiv hissəsini parlamentə keçirilən seçkilərdə iştirak etməyə çağırır. Təbii ki, bu çağırış mənim üçün də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyə stimuldur.
Hesab edirəm ki, qeyd edtiklərim həm hüquqi biliklərim, həm də sahibkarlıq və biznes sahəsində qazandığım uğur və təcrübə ilə bölüşmək, dövlətimizin inkişafına zərrə qədər olsa belə, kömək göstərmək məqsədilə parlamentə seçilmək üçün cəhd göstərməyimə əsas verir.
- Öncə onu deyim ki, Milli Məclisin ötən çağırışlarında da iqtisadi prosesləri dərindən anlayan, dünyada və ölkəmizdə baş verən iqtisadi dəyişikliklərin nəbzini bacarıqla tuta bilən millət vəkillərimiz olub.
Təbii ki, onlar qanunverici orqanın təmsliçiləri kimi iqtisadi sfera ilə bağlı qanun layihələrinin hazırlanmasında və qanunların qəbulunda aktiv fəaliyyət göstəriblər. Eyni zamanda, sualınızın bu hissəsi ilə tam razıyam və mənə də elə gəlir ki, qarşıdakı müddət Azərbaycanda iqtisadi islahatlar və iqtisadi artım şüarları ilə müşayət olunacaq.
Gəlin, fikirlərimi bir az da konkretləşdirim. İqtisadi artım üçün tələb olunan ilkin şərt siyasi sabitlikdir. Məncə, bu, heç kimdə şübhə doğurmayacaq reallıqdır. Bu sabitlik cənab Prezidentin səyləri və zəhməti nəticəsində mövcuddur. Deməli, iqtisadi yüksəliş üçün əlverişli zəmin var ki, biz, əslində, bunu illərdir müşahidə edirik. Ancaq indi Azərbaycan iqtisadiyyatı tam yeni bir formatda fərqli zəminə qədəm qoyub.
Söhbət qeyri-neft sektorunun faktiki olaraq yenidən qurulması və bərqərar olmasından gedir. Neçə-neçə istehsal sahələri açılır, kənd təsərrüfatı və turizm sferalarına dövlət yatırımları edilir, güzəştli kreditlər verilir və s. Mən məhz bu nöqteyi-nəzərdən hesab edirəm ki, qarşıdakı dövr Azərbaycan üçün iqtisadiyyat illəri olacaq.
- Bilirsiniz, Sloveniyanın aktiv bir dövlət olmadığı təəssüratı ilkin yarana biləcək rəydir. Əslində,ə bu ölkə, onun şirkətləri kifayət qədər fəaldırlar, o cümlədən, Azərbaycanda. Sloveniyanın xarici siyasət idarəsi öz iş adamlarının xarici ölkələrdəki maraqlarını çox fəal şəkildə qoruyur və müdafiə edir.
Artıq qeyd etdiyim kimi, bu fəxri vəzifədə qarşımda duran ilk vəzifə də iki ölkənin biznes dairələrinin yaxınlaşması və işgüzar təmasda olmalarına çalışmaqdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb və deyə bilərəm ki, son bir neçə ildə iqtisadi münasibətlərimiz artan dinamika ilə inkişaf edir.
Dövlətlərimiz arasında çox sıx siyasi münasibətlər mövcuddur, cənab Prezident İlham Əliyev Sloveniyada dərin hörmət və ciddi nüfuza malik siyasətçi olaraq tanınır və qəbul edilir. Təbii ki, bütün bu amillər Sloveniya ictimaiyyətinin Azərbaycan reallıqları barədə ətraflı məlumat almasına da yol açır.
Xocalı soyqırımına gəldikdə, deyə bilərəm ki, tariximizin bu faciəvi gününün Sloveniyada soyqırımı olaraq qəbul edilməsinə dövlətimizin, o cümlədən, Heydər Əliyev Fondunun ümumi səyləri kontekstində baxmaq daha düzgün olardı. Mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əsasını qoyduğu “Xocalıya ədalət” kampaniyasını xüsusi qeyd etmək istəyirəm.
Yəni prosesə kompleks şəkildə baxmalıyıq və bu məntiqdən çıxış etsək, hesab edirəm və əminəm ki, ildən-ilə Xocalı qətliamını soyqırımı olaraq tanıyan dövlətlərin sayı artacaq və Ermənistanın Azərbaycana qarşı göstərdiyi aqressiya dünya tərəfindən obyektiv qiymətini alacaq.
- Əgər fikir vermisinizsə, son illərdə Bakının siması ən çox paytaxtımızın bu hissəsində dəyişib və yenilənib. Məncə, az adam tapılar bizimlə razılaşmasın ki, şəhərimizin bu hissəsində həyata keçirilən abadlıq işləri göz oxşayır. Belə deyək: hazırda bura Bakının, bəlkə də, ən dinamik və hərəkətli, sürətlə dəyişən hissəsidir. Bu proses mənim həyat fəlsəfəmlə çox uyğundur, mən daima işləmək, bir yeniliyə səbəb olmaq, dövlətimizə, xalqımıza xidmət göstərib xeyir vermək istəyirəm. Ona görə də partiyamın namizədliyimi məhz bu dairədən irəli sürməsi mənim üçün həm fəxrdir, həm də yeni çağırış, vəzifə və məsuliyyət.
Sizinlə razıyam ki, bir tərəfdən abadlıq və şəhərsalma işləri gedir, digər tərəfdən isə əhalinin illər boyu məskunlaşdığı və artıq bir çox standartlara cavab verməyən evlərdən köçürülməsi prosesi.
Düşünürəm ki, partiyanın dəstəyi ilə seçicilərin rəğbətini qazandığım təqdirdə qollarımı çırmayıb, var gücümlə dövlətimizə bu işdə kömək göstərməyə, yerli əhalinin problemlərinin qanunverici orqanda səsləndirməklə həllinə nail olmağa çalışacam.
- Çətinliyə alışmışam. Dünyada asan nə var axı? Mürəkkəb problem ola bilər, ancaq həlli mümkün olmayan problem yoxdur. Təbii ki, seçicilərimin bir qisminin gələcəkdə köçürüləcək hissədə məskunlaşması və illərlə yaşadıqları evlərlə vidalaşması adi bir məsələ deyil. Ancaq dövlətimiz bu işi ən ağrısız şəkildə həll etməyə çalışır və edir.
Ölkə vətəndaşlarının hamısı Prezident İlham Əliyevin himayəsindədir, o cümlədən, namizədliyim irəli sürülən dairənin seçiciləri də. Məhz buna görə əminəm ki, bütün çətinliklərin öhdəsindən layiqincə gəlinəcək.
Həyatımın və aktiv fəaliyyətimin müxtəlif mərhələlərində çətinliklərlə üz-üzə qalıb, onları dəf etməyi bacarmışam. Mən işləməyi sevən adamam, harada olursa-olsun, çalışmaq, xeyir vermək istəyirəm. Niyyətim də budur ki, seçicilərin səsini qazansam, fəaliyyətim parlamentin divarlarının hüdudları ilə məhdudlaşmayacaq.
Maksimum şəkildə seçicilərimə yaxın olmağa, onların dərd-sərlərini dinləməyə və mümkün qədər həllinə nail olmağa çalışacam. Bunun üçün təcrübəm, istəyim, enerjim, ən əsası isə doğma partiyamın dəstəyi var.
Baxış sayı: 899
Bölməyə aid digər xəbərlər
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə














