12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İcma sədri: Los Ancelesə səfərimiz orada yaşayan ermənilər üçün gözlənilməz oldu
Tarix: 26-11-2019 13:26 | Bölmə: Müsahibə

Dağlıq Qarabağın azərbaycanlı icması olaraq ABŞ-ın Los Anceles şəhərinə səfərimiz çox əhəmiyyətlidir.
Trend-in məlumatına görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
T.Gəncəliyev bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los Ancelesdə xeyli sayda görüş keçirib: "Bu, icma olaraq ilk beynəlxalq səfərimiz idi. Ona görə də mən bu səfəri çox önəmli sayıram. Çünki bu şəhərdə erməni diasporu fəaliyyət göstərir. Bu şəhər ermənilər tərəfindən erməni diasporasının paytaxtı adlandırılır. Bizim səfərimiz orada yaşayan ermənilər üçün gözlənilməz oldu. Orada keçirdiyimiz görüşlərimizdən Azərbaycanı sevməyən qüvvələr narahat oldular. Xocalı faciəsinin iştirakçısı və erməni əsirliyində olan azərbaycanlılar da bizim nümayəndə heyətinə daxil idi. Biz başımıza gələnləri həmin şəxslər vasitəsilə oradakı görüş iştirakçılarına çatdırdıq".
İcma sədri deyib ki, səfər çərçivəsində Los Ancelesdə Türkiyə və Pakistan icmaları ilə görüşlər keçirilib: "Bu görüşlər daha əhəmiyyətli idi. Çünki Los Ancelesdə Türkiyə və Pakistan diasporaları daha güclüdür. Görüş zamanı həmin icmalar da bizə lazımi şərait yaratdılar".
T.Gəncəliyev bildirib ki, icma üzvləri həmçinin Türkiyə səfəri çərçivəsində də mühüm görüşlər keçirib.



Baxış sayı: 690


Bölməyə aid digər xəbərlər