12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Deputat müğənniləri müdafiə etdi
Tarix: 14-11-2019 17:34 | Bölmə: Müsahibə

               Deputat müğənniləri müdafiə etdi

Deputat Novruzəli Aslanov müğənnilərin az vergiyə cəlb edilməsi məsələsində onları müdafiə edib.
"Qafqazinfo" xəbər verir ki, N. Aslanov bildirib ki, toylara hətta 17 - 18 minə də gedən müğənnilər də var:
"Ancaq nəzərə almalıyıq ki, bir mahnının təkcə studiyada yazılması, onun aranjemanı çox böyük bir qiymətə başa gəlir. Həm də nəzərə alınmalıdır ki, müğənnilərin həyat tərzi o qədər də asan deyil. Onların əsas gəlir mənbələri mərasimlərdən əldə etdiyi vəsaitdir. Ansamblda 10-15 nəfər əməkdaşları var, onların da maddi vəziyyəti nəzərə alınmalıdır.
Nəzərə almaq lazımdır ki, bu insanların gələcək həyatı sığortalanmayıb. Onların gələcək həyatı səslərindən asılıdır. Akif İslamzadə bizim üçün nümunədir. Onun həyatında səsi ilə bağlı fəlakət baş verdi, yaradıcılığına davam edə bilmədi".



Baxış sayı: 691


Bölməyə aid digər xəbərlər