21:56 / 26-07-2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
21:51 / 26-07-2025
Krım klubu Verka Serduçkanın mahnısına görə DJ-i işdən çıxarıb
21:49 / 26-07-2025
Tramp: "Tailand və Kamboca danışıqlardan sonra atəşi dayandırmaq istəyini ifadə ediblər"
21:44 / 26-07-2025
Müsəlmanları təhqir edərək, onlara şüşə atıb
21:35 / 26-07-2025
Orban fon der Leyeni Avropa Komissiyasından istefa verməyə çağırıb
18:18 / 26-07-2025
"Orban": Aİ-yə Ukrayna Avropa ilə Rusiya arasında bufer zona kimi lazımdır
18:15 / 26-07-2025
86,5 min istehlakçı işıqsız qalıb
18:10 / 26-07-2025
STV: Şotlandiyada Trampın səfərinə etirazlar başlayıb
15:54 / 26-07-2025
Velikaya qılıncoynatma üzrə dünya çempionatının ikinci turunda məğlub olub
15:50 / 26-07-2025
Litva Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin alınması üçün 30 milyon avroya qədər vəsait ayıracaq
12:45 / 26-07-2025
MAK: "An-24" sistemləri yerə zərbə endirənə qədər nasazlıq olmadan işləyirdi
12:42 / 26-07-2025
"Spartak"ın keçmiş futbolçusu Muxamadiev bir sıra insultlardan sonra huşunu itirib
12:39 / 26-07-2025
Rusiya hərbçiləri yaralı ukraynalı zabiti 8 km uzaqlığa aparıblar
12:36 / 26-07-2025
Növbəti zəlzələ
12:34 / 26-07-2025
Ən yeni hərbi zirehli texnikalar sınaqdan keçirilib
12:31 / 26-07-2025
4 nəfərin yanğında öldüyü daça bir həftə əvvəl alınıb
12:27 / 26-07-2025
Uşaqları soyan əcnəbi saxlanılıb
12:24 / 26-07-2025
Alaudinov çeçen Bersaevin dindirilməsinin görüntülərini nümayiş etdirdi
12:21 / 26-07-2025
Pişik yük konteynerində üzərək gedib
12:16 / 26-07-2025
"Mirror": ABŞ-da məktəbli göldə çimdikdən sonra beyin yeyən amöbdən ölüb
22:50 / 25-07-2025
Məhkəmə ömürlük həbs cəzası elan edib
22:42 / 25-07-2025
Qaz partlayışı qurbanlarının xatirəsinə matəm günü elan edilib
22:39 / 25-07-2025
BMT: 131 000-dən çox insan Taylandı, 4 000-dən çox insan Kambocanı tərk edib
22:35 / 25-07-2025
İş adamı FBK-nı maliyyələşdirdiyinə görə həbs edilib
22:32 / 25-07-2025
Çay axını ilə aparılmış iki turistin cəsədi tapılıb
17:49 / 25-07-2025
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
17:20 / 25-07-2025
Yaşayış binasında baş verən qaz partlayışından sonra fövqəladə vəziyyət elan edilib
17:18 / 25-07-2025
Ərdoğan Putin və Trampla onların İstanbulda görüşünün mümkünlüyünü müzakirə etməyi planlaşdırır
17:15 / 25-07-2025
Məmmədov folqaçıların dünya çempionatının 1/16 finalında mübarizəni fəlakət adlandırıb
17:11 / 25-07-2025
Litva sakinləri rus dilində sərbəst ünsiyyət hüququnu xatırladıblar
17:02 / 25-07-2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
12:28 / 25-07-2025
Rusları öldürməyə çağıran Krım sakini beynəlxalq axtarışa verilib
12:25 / 25-07-2025
"Ekspress": Tramp Ukraynaya qarşı ultimatum olsa da, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək
12:22 / 25-07-2025
İstehkam saxtakarlığına görə həbs edilib
10:46 / 25-07-2025
Qaqarin abidəsi Mədəni İrs Saytlarının Reyestrinə daxil edilib
Əli Həsənov: "Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir" - MÜSAHİBƏ
Tarix: 22-10-2019 15:08 | Bölmə: Müsahibə
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun APA-ya müsahibəsi
- Milli Şuranın 19 oktyabr aksiyası zamanı və aksiyadan baş verənləri necə qiymətləndirirsiniz?
- Aksiyanın təşkilatçıları çox qeyri-konstruktiv, qanunların və hüquq-mühafizə orqanlarının tələblərini qulaqardına vuraraq, təkidlə şəhərin insanların sıx olduğu meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd etdilər. Bir sözlə, qanun keşikçilərinə meydan oxumağa qalxdılar. Bakı Şəhər İcra Hakimiyyəti onların onların mitinq keçirmək istəyini nəzərə alaraq, müvafiq yer ayırmışdı. Əvvəlki dövrlərdə də həmin yerdə Azərbaycanın bəzi siyasi partiyaları aksiya keçirmişdilər. Bu meydanda mitinq keçirmək, çıxış etmək üçün hər cür şərait var. Amma təəssüflər olsun ki, özlərini Milli Şura adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), bu qurumların rəhbərləri qeyri-konstruktiv yol seçərək, hakimiyyətlə bilərəkdən qarşıdurmaya getdilər. Həmin gün Bakı şəhərində, xüsusən də 28 May metrostansiyası ətrafında 200 minə qədər insanın ritmik həyatı pozuldu. Nəqliyyatdan, o cümlədən, metrodan istifadə etmək imkanları məhdudlaşdırıldı, meydanın ətrafındakı bütün ticarət obyektlərinin, kommersiya müəssisələrinin, institutların, məktəblərin ahəngdar fəaliyyəti pozuldu. Həm əhaliyə hərəkət üçün kifayət qədər problemlər yaratdılar, həm də bütövlükdə Azərbaycan cəmiyyətində qarşıdurma ovqatı yaratmaq üçün hüquq-mühafizə orqanları ilə bilərəkdən qarşıdurmaya getdilər. Hər bir sivil dövlət öz inkişafını, vətəndaşlarının təhlükəsizliyini, dövlətin və şəhərlərin asayişini hər şeydən üstün tutur. Lazım gəldikdə isə qanun keşikçiləri istənilən metodlardan istifadə edərək, asayişi qoruyurlar, bərpa edirlər, yaxud da asayişi pozmaq istəyənlərə qarşı hüquqi və fiziki tədbirlər görürlər. Bu, bütün dünya ölkələrində belədir. Müvafiq olaraq Azərbaycanda da eyni proses həyata keçirildi.
- Beynəlxalq təşkilatların bəziləri artıq bu aksiya cəhdinə reaksiya verib. Onların reaksiyasını necə qarşıladınız?
- Biz dövlətimizi beynəlxalq təşkilatlar üçün deyil, Azərbaycan vətəndaşları üçün qurmuşuq. Azərbaycan hakimiyyətinin əsas vəzifəsi ona səs verən, hakimiyyəti formalaşdıran, hakimiyyətin rəhbərini, parlamentini seçən və öz iradəsini ortaya qoyaraq onlardan özünün təhlükəsizliyi, firavan həyatı və digər məsələlərdə sabitliyi tələb edən Azərbaycan xalqı qarşısında hesabat verməkdir, onun maraqlarını ifadə etməkdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, xarici tərəfdaşlarımızla, o cümlədən region dövlətləri ilə əlaqələr- bunların hamısı Azərbaycan dövlətinin və xalqının maraqlarını ifadə etmək anlamında bizim üçün əhəmiyyətlidir. Ona görə hansısa beynəlxalq təşkilatın bu məsələlərə bildirdiyi münasibət Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınır, onların çağırışları, tövsiyələri öyrənilir, müvafiq olaraq dəyərləndirilir, ən məqbulları qəbul olunaraq bizim fəaliyyətimizdə nəzərə alınır. Amma biz bütün ölkələrdə olandan artığını etməmişik. Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib. Azərbaycan polisinin hərəkəti küçə və meydanlara çıxıb aranı qatmaq istəyən, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə zəmin yaradan, onların ritmik həyatını, nəqliyyatın hərəkətini, şəhərin asayişini pozan insanların hərəkətlərinə tam adekvat idi. Polisin gördüyü tədbirlər yalnız bunların qarşısını almağa yönəlmişdi. Polis onları təqib etmirdi ki... Polis razılaşdırlmamış ərazidə mitinq keçirilməsi cəhdinin qarşısını alırdı, həmin meydana insanları buraxmırdı , ora girməyə təkidlə cəhd edən, polislə qarşıdurma yaratmaq istəyən insanları asayişə dəvət edirdi, tabe olmayanları isə müvafiq olaraq nəqliyyat vasitələri ilə bölmələrə apararaq, lazımi hüquqi tədbirlər həyata keçirirdi. Yəni burada qeyri-adekvat heç nə yoxdur.
- Ən çox müzakirə olunan məsələlərdən biri də polisin aksiya zamanı davranışı ilə bağlıdır. Sosial şəbəkələrdə polis əməkdaşlarının aksiya iştirakçılarına, aksiya iştirakçısı olmayan şəxslərə qarşı davranışı ilə bağlı birmənalı fikir yoxdur. Bununla bağlı fikrinizi bilmək istərdik...
- Məncə, polisin davranışı tam adekvat, kifayət qədər qətiyyətli idi, qanunlar çərçivəsində tənzimlənirdi və təmin olunurdu. Ona görə də polisi burada günahlandırmaq doğru deyil. Əlbəttə, polis orqanlarının əməkdaşlarının da hansınınsa hərəkətində kiminsə xoşuna gəlməyən hallar ola bilər. Amma polislə toqquşmaq, qarşıdurmaya getmək istəmirsənsə, o zaman polisin qanuni tələblərinə əməl etmək lazımdır. Polisin qanuni tələblərinə əməl etməyən insanlara qarşı, xüsusən də asayişin təmin olunması mənasında istənilən hüquqi çərçivədə addımlar gözləmək olar. Polisin həyata keçirdiyi tədbirlər oradakı insanların nümayiş etdirdiyi hərəkətə adekvat olur. Bilirsiniz, sosial şəbəkələrdə fərqli insanlar münasibət bildirirlər. Onların sırasında, əlbəttə, sağlam, adekvat, ölkənin vətəndaşlarının rəyini ifadə edən, ziyalı, təhsilli insanlar var. O cümlədən aksiyanı həyata keçirən insanların ətrafında cəmlənən, onlar üçün fon yaradanlar da var. Dünyada nə qədər insan varsa, bir o qədər də fikir, mülahizə var. Amma nümayiş olunan kadrlar da onu göstərir ki, Azərbaycan polisi kifayət qədər korrekt, adekvat davranıb və qanunların tələb etdiyi formada asayişin pozulmasının qarşısını alıb. Mən düşünürəm ki, burada iki mənalı şərhə ehtiyac yoxdur. Azərbaycan polisi lazım olanı edib.
- Əli Kərimli sərbəst buraxıldıqdan sonra müəyyən işgəncələrə məruz qalması ilə bağlı açıqlama verdi. Bundan əlavə, aksiyada saxlanılan Tofiq Yaqublu, Rüfət Səfərov və digərlərinin də təzyiqə məruz qalması ilə bağlı iddialar var. Bu iddialara münasibətiniz necədir? Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılırmı?
- Hesab edirəm ki, hüquq-mühafizə orqanları onların bu bəyanatlarına reaksiya verəcək, araşdırma aparır və aparacaq, müvafiq məlumatlar yayacaq. Mən şahidi olmamışam ki, onlar aparıldığı, saxlanıldığı yerdə hansısa təqibə və təzyiqə məruz qalıblar. Onların bu hərəkətlərinin qarşısını almaq üçün polisin gördüyü tədbirlər hamının gözünün qarşısında olub. Əvvəlcə onları qayda-qanuna dəvət ediblər, sözsüz ki, tabe olmayanda, israrlı şəkildə meydana daxil olmaq istiqamətində hərəkətlər nümayiş etdirəndə polis onları izolyasiya etməli, müvafiq bölmələrə apararaq hərəkətlərinə hüquqi qiymət verməlidir. Əminəm ki, onlar təcrid edilərkən polisin hərəkətində qeyri-adekvat və ya qeyri-qanuni xüsusi bir hal baş verməyib.
- Müxalifətin bundan sonra Bakının mərkəzində mitinq keçirmək tələblərinə münasibət necə olacaq? Bu məsələ ətrafında müzakirələr olubmu?
- Biz hakimiyyət olaraq heç bir müxalifət partiyasına, hərəkata, təşkilata, quruma qanunları pozaraq fəaliyyət göstərməyə, hansısa razılaşdırılmamış aksiyalar keçirməyə imkan verməyəcəyik. Onların qanunlar çərçivəsində mövcud olan haqlarını da pozmayacağıq. Yəni, biz hakimiyyət olaraq bütün müraciətlərə adekvat münasibət bəsləyəcəyik, qanuni tələblər yerinə yetiriləcək, insanların mitinq, yürüş keçirmək , öz tərəfdarları ilə bir araya gəlib fikir mübadiləsi aparması üçün hakimiyyət onlara müvafiq yerlərdə şərait yaradacaq. Amma onların hakimiyyət, qanun üzərində öz ambisiyalarını reallaşdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir. Bu hakimiyyəti kimsə öz iradəsindən daşındırmağa, çəkindirməyə qalxmasın. Çünki buna nail olmaq qeyri-mümkündür.
- 19 oktyabr aksiyasından sonra sosial şəbəkələr üzərindən iğtişaşlara, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsinə çağırışlar olunub. Hüquq-mühafizə orqanları bu çağırışları araşdırırmı, bu çağırışları edənlərə qarşı hansısa tədbirlər görülürmü?
- Bu, birinci hal deyil. Uzun müddətdir ki, radikal müxalifətin bir qrup anti-milli ünsürləri xarici ölkələrdə özlərinə isti yuva taparaq, xarici xidmət orqanlarının bəlli təhriki ilə anti-Azərbaycan fəaliyyəti həyata keçirirlər, terrora, dövlət rəsmilərinə qarşı terror cəhdlərinin həyata keçirilməsinə, qanuni hakimiyyəti devirməyə çağırışlar edirlər. Bunların hamısı, əlbəttə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qeydə alınır. Onlar Azərbaycan hüquq məkanına daxil olduqca, eyni zamanda, Azərbaycan hüquq-mühafizə orqanları onları ölkəmizə gətirib hərəkətlərinə hüquqi qiymət vermək vermək imkanına malik olduqca, bu insanların əməlləri qanuna müvafiq şəkildə tövsif olunacaq, onlara qarşı tədbirlər görüləcək. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları belə çağırışları diqqətdən kənarda qoya bilməz. Zaman-zaman bu əməllərindən əl çəkən insanlara adekvat münasibət olub, əl çəkməyənlər isə qanun qarşısında cavab veriblər. Əminəm ki, bundan sonra da onlar qanundan qaça bilməyəcəklər.
- Baş verən son hadisələr iqtidar-müxalifət dialoqunun aktuallığını yenidən gündəmə gətirib. Hökumət tərəfindən belə bir dialoq təşəbbüsü gözlənilirmi?
- Biz həmişə dialoqa açıq olmuşuq. Ümummilli lider Heydər Əliyevin zamanında dəfələrlə fərqli düşərgələri təmsil edən müxalifət partiyalarını – sağçılar, solçular, radikallar, qeyri-radikalları bir araya toplamışıq. Onlarla seçki, daxili siyasət, islahat, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ məsələlərini müzakirə etmişik. Ayrı-ayrı zamanlarda onların rasional təklifləri bizim tərəfimizdən ümumiləşdirilərək, tətbiq və istifadə olunub. Amma son zamanlar bir qrup müxalifət, onların sırasında 19 oktyabr aksiyasını həyata keçirmək istəyən təşkilatlar həmişə dağıdıcı, radikal mövqe nümayiş etdiriblər. Belə qüvvələrlə, partiyalarla bizim dəfələrlə əməkdaşlıq, dialoq, dəyirmi masalar keçirib nəyisə müzakirə etmək cəhdlərimiz həmişə mənfi nəticələnib. Onlar bu dialoqu tərk ediblər, qeyri-konstruktiv münasibət sərgiləyərək özlərinin radikal xəttini, siyasətini davam etdiriblər. Belə insanlarla biz dialoqun hansısa formada bərpasını çətin görürük. Amma Azərbaycan hakimiyyəti digər siyasi, ictimai təşkilatlarla dialoqa həmişə açıqdır. Biz həmin o radikal qüvvələrin ətrafında cəmləşmiş Azərbaycan vətəndaşlarına da çağırış edirik ki, əgər sizin bu hakimiyyətlə, iqtidarla probleminiz varsa, gəlin bu problemləri müzakirə edək, problemlərin kökünü araşdıraq. Biz hakimiyyət olaraq hər bir Azərbaycan vətəndaşını dinləməyə borcluyuq və hazırıq. Ona görə də gözləyirik ki, sağlam Azərbaycan müxalifətinin özü də bu dağıdıcı qüvvələrə münasibət bildirsin, onların pozucu fəaliyyətini ifşa etsin. Gözləntimiz odur ki, yeni nəsil, xüsusilə də yaxşı təhsilli gənclər belə müxalifətə indiyə qədər sərgilədiyi kimi, bundan sonra da adekvat münasibət sərgiləyəcək. Bu insanların partiya rəhbərliyindən uzaqlaşdırılması, yeni, daha konstruktiv, uzaqgörən, dövlətin, millətin qayğısını çəkməyə hazır olan insanların partiya rəhbərliyinə gətirilməsinə çalışacaqlar.
- Prezident İlham Əliyev son müşavirəsində məmurlar arasında çəkişmələrin media müstəvisinə daşınmasından danışıb, islahatlara mane olmaq istəyən məmurlara xəbərdarlıq edib. Sizcə, dövlət başçısı kimləri nəzərdə tutur?
- Burada konkret ad sadalamaq mümkün deyil. Digər tərəfdən də cənab Prezident bilir ki, hansı məmurlar Prezidentin yürütdüyü islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir. Əlbəttə, bunları cənab Prezident bilir, zamanı çatdıqca da bu insanlar öz cəzasını alacaqlar. Prezidentin irəli sürdüyü islahatlar kursu bir ildən artıqdır ki, sözün həqiqi mənasında, ölkədə öz nəticələrini göstərməkdədir. Sosial, sahibkarlıq, aqrar və iqtisadi islahatlar, vergi siyasəti, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin xətti ilə həyata keçirilən siyasətin müasir dünyanın standartlarına uyğunlaşdırılması, aztəminatlı ailələrə yardım sisteminin təkmilləşdirilməsi və s. sahələrdə çox ciddi işlər həyata keçirilib. İslahatlar nəticəsində büdcəyə daxilolmalar artıb. Əlbəttə, burada maddi marağına toxunulan şirkətlər, şirkət rəhbərləri də var. Bizim məmurların da bir qisminin yaxınları, ətrafında olan insanlar kommersiya ilə məşğuldur, bəzən kommersiya strukturlarında vergi sisteminə müqavimət hərəkətləri də müşahidə olunur. Bu barədə mediada da mütəmadi məlumatlar yayılır. Cənab Prezident bu çağırışları edir ki, şirkət rəhbərləri, məmurlar və onların ətrafındakı insanlar dövlətin islahatlar kursuna sabotaj etməsinlər. Dövlətin siyasi iradəsi ortadadır. Heç kim buna mane ola bilməz. Əgər belələri aşkarlanarsa, onlar cəzalandırılacaqlar. Bəzən mübarizə aparmaq üçün mətbuatdan da istifadə edirlər. Ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda başqa-başqa insanlar, o cümlədən, islahatları həyata keçirən qurumlar haqqında müəyyən materiallar yayırlar. Belə hallara qarşı Azərbaycan Prezidenti və iqtidarı ciddi iradə meydana qoyub. Bu iradənin də nəticəsi olaraq bu tipli neqativ hallar tezliklə aradan qaldırılacaq.
Baxış sayı: 778
Bölməyə aid digər xəbərlər

28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil