Bütün xəbərlər
“Ailə dağıtmamışam, subay oğlana ərə getmişəm” – Sevda
Tarix: 12-01-2018 00:20 | Bölmə: Mədəniyyət

   “Ailə dağıtmamışam, subay oğlana ərə getmişəm” -  Sevda

 “Subay insanla ailə qurmuşam, heç kimin ailəsini dağıtmamışam”. 
Axşam.az-ın məlumatına görə, bu sözləri “Show time” verilişinə qonaq olan müğənni Sevda Sanəliyeva deyib. 

O, barəsində deyilən “Ailə dağıdıb” iddialarına münasibət bildirib: 
“Qarşı tərəfə cavab verməmişəm, verməyəcəm də. İnsanlıq halıdır, hər kəsin başına gələ bilər. Mənim də ilk ailəm dağılıb. Heç kəs boşanmaq üçün ailə qurmur. Ailə quranda xəyalların, arzun böyük olur. Amma mən ailə dağıtmamışam. Dağıda da bilmərəm. Çünki mən də atasız böyümüşəm. Heç bir övladı atasız görmək istəmirəm. Nə hansısa övladları gözü yaşlı qoyaram, nə də kiminsə evini yıxaram. İlk ailəmdən ayrılmışamsa, gedib onun boğazından yapışmalıyam ki, niyə məndən ayrılmısan? Evlilik 2 insanın qarşılıqlı verdiyi qərardı. Mən bu işin axırına çıxmışdım. Qarşı tərəf nə etmək istəyirsə, edə bilər. Öz ailəmlə, uşaqlarımla xoşbəxtəm. Allah heç kəsə mənim o vaxt çəkdiklərimi yaşatmasın. Çünki mən ailə dağıdan insan deyiləm”. 

Qeyd edək ki, S.Sanəliyeva 2 dəfə evli olub. Onun ikinci dəfə ərə getdiyi Cəmil adlı şəxs də ailəli olub və övladları var. Cəmilin birinci həyat yoldaşı mətbuata açıqlama verərək iddia etmişdi ki, Sevda onun ailəsini dağıdıb.
                          ]



Baxış sayı: 1 152


Bölməyə aid digər xəbərlər