Bütün xəbərlər
Pop müğənnisi təyyarə qəzasında həlak olub
Tarix: 11-01-2026 09:43 | Bölmə: Mədəniyyət

Kolumbiyalı müğənni Yeison Jimenez və onun qrupunun üzvləri şəxsi təyyarədə qəzaya uğrayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın "El Tiempo" qəzeti məlumat yayıb.
Məqalədə bildirilir ki, "Məşhur Yeison Jimenez, onun üç yoldaşı, pilot və kiçik şəxsi təyyarənin ikinci pilotu bu günortadan sonra Paipada baş verən təyyarə qəzasında həlak olublar".
Qeyd olunur ki, qəza havaya qalxdıqdan qısa müddət sonra baş verib.
Yeson Jimenez "El Mejor" və "Aventurero" hitləri sayəsində populyarlıq qazanıb. O, 70-dən çox mahnısını özü yazıb.
Britaniyalı müğənni Kris Rea 2025-ci ilin dekabrında vəfat edib. O, 74 yaşında idi.



Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi
29-12-2025, 19:13 QIZIL ALMA