23:56 / 14-08-2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
17:48 / 14-08-2026
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
17:38 / 14-08-2026
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
17:34 / 14-08-2026
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
17:28 / 14-08-2026
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
17:18 / 14-08-2026
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
19:26 / 13-08-2026
Ukraynalı futbolçu Zabarnıy Safonovu PSJ-nin komanda fotosundan çıxardı
19:21 / 13-08-2026
Nyu-York şəhərində Zelenskinin mükafatlandırılmasına qarşı imzalar toplanır
19:17 / 13-08-2026
Turistin ölümü ilə bağlı qayığın sahibi və sürücüsü saxlanılıb
19:15 / 13-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın hərbi əlaqələri bərpa etmək təklifini almayıb
19:12 / 13-08-2026
XİN: Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı Türkiyədən heç bir təklif almayıb
19:08 / 13-08-2026
Yaponiya hərbi neytrallıqdan uzaqlaşır
19:05 / 13-08-2026
Mikroavtobus sürücüsü saxlanılıb
19:03 / 13-08-2026
Keçmiş Ali Rada üzvü Ukraynanın Polşadakı hərbi parada niyə dəvət olunmadığını izah etdi
19:01 / 13-08-2026
Ukrayna Litvada sursat fabriki tikməyi planlaşdırır
18:57 / 13-08-2026
Limanında partlayış baş verib, nəticədə bir nəfər ölüb
18:55 / 13-08-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb
18:51 / 13-08-2026
Ukrayna Silahlı Qüvvələrinin 55 yaşdan yuxarı ən azı 15 əsgəri Çerniqov yaxınlığında ölüb
18:49 / 13-08-2026
Polşada ukraynalı yeniyetmələr aksentlərinə görə döyülüblər
18:43 / 13-08-2026
Qərb Rusiyanın Xəzər dənizi vasitəsilə İrana təchizat etdiyini bildirib
18:40 / 13-08-2026
Filippot Zelenskinin təxribatlarının ifşa olunduğunu elan etdi
17:21 / 13-08-2026
Gürcüstanın Rusiya ilə sərhədi çay suyunun səviyyəsinin qalxması səbəbindən bağlanıb
17:18 / 13-08-2026
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
17:15 / 13-08-2026
Səfirlik Putinin Kuril adalarına səfəri ilə bağlı Tokionun etirazını əsassız adlandırıb
17:11 / 13-08-2026
MKİ Avropanı mümkün Rusiya hücumları ilə bağlı xəbərdar etdi
23:31 / 12-08-2026
Magistral yolda qaya sürüşməsi baş verib
23:28 / 12-08-2026
Atəşfəşanlıq nəticəsində qaçan Alman çoban itini tapmaq üçün müşahidə kameralarından istifadə ediblər
17:21 / 12-08-2026
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
17:17 / 12-08-2026
Rusiya Yaponiya üçün düşmən deyil, tərəfdaş olaraq qalır
17:02 / 12-08-2026
Cinayət tərkibinin olmaması səbəbindən bəraət tələb edir
17:00 / 12-08-2026
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
16:57 / 12-08-2026
Tramp Türkiyədən təyyarə dəyişdirməli olduğunun səbəbini izah etdi
10:45 / 12-08-2026
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
10:42 / 12-08-2026
Bir neçə nəfər fast food restoranında zəhərlənib
10:40 / 12-08-2026
Media Burnhamın Britaniya Baş naziri kimi ilk uğursuzluğunu xəbər verir
10:32 / 12-08-2026
Tramp təhdid olunduğunu iddia etdi
Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpozium öz işinə başlayıb
Tarix: 06-10-2023 21:40 | Bölmə: Mədəniyyət

Türkiyədə Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Sunan Kalijaga Yogyakarta Dövlət İslam Universiteti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpoziumunaçılış mərasimi baş tutub.
Bu barədə Sabaha-inamla.az-a İlahiyyat İnstitutundan bildiriblər.
Bildirilib ki, açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Kırıkkale bələdiyyə sədrinin müavini Halil Danacı, Kırıkkale Universitetinin rektoru, prof.,dr. Ersan Aslan və prorektoru prof., dr. Mehmet Başalan, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dos. Aqil Şirinov və prorektoru, dos. Mirniyaz Mürsəlov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru, i.f.d. Mehman İsmayılov və onun müavini Hatəm Gülməmmədov, Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı,prof.,dr. Mövlud Erten, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin prezidenti,prof.,dr. Zekeriya Akman və digərləri iştirak ediblər.
Açılış mərasimində Türkiyə və Azərbaycan şəhidlərinin xatirələri bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin tələbəsi Məhəmməd Əmin Coşkunun Qurani-Kərim tilavəti ilətədbir davam edib.
Simpoziumda açılış nitqi ilə çıxış edəntədbirin Təşkilat Komitəsinin sədri, prof., dr. Şahin Əhmədoğlu bildirib ki, “Fərqli dinlərə, dillərə, irqlərə, rənglərə və etnik quruluşa sahib insanlar dünyada birgəyaşayırlar. Müxtəlif coğrafiyalarda yaşayan insanlar, əsasən,cəmiyyətin onlara aşıladığı həyatı bilir və mənimsəyirlər.İslam dininin məqsədi ağıldan istifadə edən, qanuna və hüquqlara əməl edən, ədalətli, gözəltərbiyəli, fikir azadlığına və yaşamaq hüququna hörmət göstərən, mərhəmətli, bağışlayan insan yetişdirməkdir”. Ş.Əhmədoğlu daha sonra vurğulayıb ki, İslam sivilizasiyasının bir parçası olan Türkiyə müsəlman ölkələri arasında strateji mövqeyinə görə mühüm missiyaya malikdir. Məruzəçibelə bir tədbirin Türkiyə ilə dərin tarixi və mədəni əlaqələrə malik olan qardaş Azərbaycanla birlikdə keçirilməsiniməqsədəuyğun hesab etdiyini vurğulayıb.Bildirib ki, simpoziumda 14 ölkədən və Türkiyənin müxtəlif universitetlərindən 100-dən artıq alim məruzə ilə çıxış edəcəkdir.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, prof. Mövlud Erten bildirib ki, texnologiyanın inkişafı ilə dünya kiçilmişdir: “Dövlətlər və qitələr arasındakı sərhədlər indi yalnız fizikidir. Ona görə də “birgəyaşayış” dediyimiz ifadə fiziki ölçülərini çoxdan aşmış, onun paradiqması da dəyişmişdir. Məhz bu kontekstdə Rəbbimizin “Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”, – mesajı üzərində daha dərindən düşünməliyik.
Mövlud Erten daha sonra vurğulayıb ki, təcrübə ilə sübut olunur ki, cəmiyyətlər öz gələcəklərini düşünüb bu anlayışla hərəkət etsələr, möhtəşəm və tarixi cəmiyyətlər yarana bilər.İslam sivilizasiyası tarixdə birgəyaşamağın qaydasını, qanununu və modelini ən gözəl şəkildə ortaya qoymuş nümunədir. Birlikdəyaşamanın ilk nümunələrini Quranda, Həzrət Peyğəmbərin dövründə müşahidə edirik. Müsəlmanlar bu nümunələrə əsaslanaraq, tarixdə misli görünməmiş gözəl əməllər və birlikdəyaşama nümunələrini ortaya qoymuşlar.
Tədbirdə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Qarabağ müharibəsində Azərbaycana verdikləri dəstəyə görə,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına minnətdarlığını bildirib, hər iki ölkə şəhidlərinə Allahdan rəhmət diləyib.
Azərbaycanda müxtəlif dinlərin, fərqli etnik qrupların yüzillərboyu sülh şəraitində, çətin anlarda bir-birlərinə dəstək verərək yaşadıqlarını müasir və tarixi nümunələrlə izah edən Səyyad Salahlı Azərbaycanda multikultural həyatın 23 müxtəlif ölkədə akademik şəkildə öyrənildiyini və mühazirələrdə izah edildiyini vurğulayıb.
Sədr müavini daha sonra bildirib ki, İslam ölkələrində tarixboyu müxtəlif din və inanclardan olan insanlar sülh şəraitində yaşayıblar. İslam dünyasında fərqlidüşüncəli insanların bir yerdə yaşamalarına, fikirayrılıqlarına hörmətlə yanaşılmasına böyük əhəmiyyət verilir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dos. Aqil Şirinov tədbir təşkilatçılarına təşəkkürünü bildirib və əlavə edib: “Bildiyiniz kimi, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Hazırda Qarabağın hər yerində Azərbaycan bayraqları dalğalanır. Millətimiz bu qələbədə hər zaman bizimlə olan cənab Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Dövlətinə və xalqına minnətdardır. Çanaqqaladan Qarabağadək Türkiyəmizin və Azərbaycanımızın bütün şəhidlərini rəhmətlə yad edirəm”, – deyə o, qeyd edib.
A.Şirinov daha sonra vurğulayıb ki, Qurani-Kərimin bir yerində birgəyaşamanın nəzəri prinsiplərinə rast gəlirik. İslam mədəniyyətinə nəzər saldıqda,beytül-hikmənin Abbasilər dövründə qurulduğunu görürük.
Beytül-hikmənin əsas vəzifələrindən biri də İslam sivilizasiyalarından başqa, elmi və fəlsəfi kitabları, xüsusən də qədim yunan mədəniyyətinə aid kitabları ərəb dilinə tərcümə etmək idi. Bundan əlavə,Əndəlüs nümunəsi ən parlaq amillərdən biridir. Əndəlüs müsəlmanlarla yanaşı, yəhudi və xristianların da İslam mədəniyyətinə töhfə verdiyi bir məkandır. Bu gün İslam dünyasında məzhəblərin toqquşmasını müşahidə edirik. Buna əsas səbəb, məzhəb kimliyini dini kimlikdən üstün tutmaqdır. Məzhəblərin olması çox təbiidir, amma dini kimlikdən üstün tutmaq yanlışlıqdır. Bunlar birgəyaşayış ənənəmiz qarşısında duran ən mühüm problemlərdən biridir. Yaxşı nümunələrimizi də qeyd etməliyik: Türkiyə və Azərbaycan buna ən gözəl misaldır: “Türkiyədə müxtəlif dini və etnik kimliklər bir yerdə yaşayır və onlar Osmanlı dövründən birlikdə ömür sürür və aralarında heç bir problem yoxdur. Eyni zamanda, Azərbaycanda tarixin bütün dövrlərində xalqların birgəyaşayışında problem olmamışdır”.
Birgəyaşama təcrübəsinin İslam sivilizasiyasının mühüm prinsiplərindən biri olduğunu bildirən MDTF-nin icraçı direktoru,i.f.d. Mehman İsmayılov simpoziumun təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Vurğulayıb ki, İndoneziyadan Balkanlara, Afrikadan Rusiyayadək müxtəlif İslam coğrafiyalarını gəzdiyimiz zaman birgəyaşayışınnümunələrinə rast gəlirik.
M.İsmayılov daha sonra vurğulayıb ki, İslam dünyasının zəngin irsinin təbliğinə böyük ehtiyac var. Biz bu dəyərli irsimizi təbliğ etməyə çalışmalıyıq. Araşdırmalarıma əsaslanaraq deyə bilərəm ki, İslamda birgəyaşayış Allah sevgisi və insani dəyərlər üzərində qurulduğu halda, kapitalist Qərb dünyasında birgəyaşayış şəxsi mənafeyə əsaslanır.
Kırıkkale Universitetinin rektoru,prof., dr. Ersan Aslan bildirib ki, ali təhsil müəssisəsi “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda Beynəlxalq Simpoziumunikincisinə ev sahibliyi edir. Qeyd edib ki, əslində,İslam sivilizasiyasını izah etmək üçün hələ çox yolumuz var: “Biz bu uzun yolun ikinci pilləsindəyik, burada birlikdə nələr etdiyimizi və nə etməli olduğumuzu sual edirik. Bu səbəbdən, bir çox ölkələrdən olan qardaş və bacılarımızı burada, Universitetimizdə və şəhərimizdə görməkdən və qonaq etməkdən xoşbəxtik”.
Rektor bildirib ki, birgəyaşayış, əslində, bizim üçün o qədər də çətin deyildir. Tariximizdə bunun bir çox nümunəsini görə bilərik.
Prof., dr. Ersan Aslan daha sonra vurğulayıb ki, ən parlaq nümunələrdən biri 839-cu ildə qurulan beytül-hikmədir. Rektor bu simpoziumun gənclərə İslam sivilizasiyasında birgəyaşayış ənənəsi haqqında bir çox bilgilərin çatdırılması üçün önəmli platforma rolunu oynayacağına ümid etdiyini bildirib.
Çıxışlardan sonra proqram Ankara Universiteti İlahiyyat fakültəsininmüəllimi, prof. Sönməz Kutlunun “Birgəyaşayışınkonseptual çərçivəsi” mövzusunda panellə davam edib.
Qeyd edək ki, simpoziumun ilk iki günündə cəmiyyət, təhsil və İslamın əsas mövzuları çərçivəsində eyni vaxtda 103 məruzəbaş tutacaq.
Simpoziumun keçirilməsində məqsəd – İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək; müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq və onları təşviq etmək; müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq və gələcək nəsillərə ötürmək; həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır. “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq Simpozium 20-21 sentyabr 2022-ci il tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Sabaha-inamla.az

Baxış sayı: 474
Bölməyə aid digər xəbərlər

6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib