13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Emil Rəhmanov dünyasını dəyişdi
Tarix: 19-09-2023 13:16 | Bölmə: Mədəniyyət

                      emil-rehmanov-dunyasini-deyisdi



Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov vəfat edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib.
E. Rəhmanov bu gün səhər saatlarında 44 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Xatırladaq ki, E. Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb. İlk evliliyindən bir övladı var. İkinci həyat yoldaşı isə müğənni Sabrina olub.
R. Rəhmanın digər oğlu isə 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.
Bununla bağlı ilk məlumatı manset.az saytı yayıb.
***
Yenicag.az-a danışan Əməkdar artist Rəhman Rəhman oğlunun qəfildən həyatını itirdiyini bildirib:
“Düzəlmişdi oğlum, yaxşı idi. Amma ürəyində tromb oldu, qəfildən halı pisləşdi. Gecə saat 2-də gətirdik xəstəxanaya. Reanimasiyaya yerləşdirdilər. Böyrəklər işləmədi, həkimlər onu xilas edə bilmədi. Getdi oğlum… Balam son sözünü də deyə bilmədi”.


                 
                


Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya