Bazar ertəsi, 14 aprel 2025, 21:12:20  
Son xəbərlər:
19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
Bütün xəbərlər
Promete: Anar çıxıb deməli idi ki, porno sahəsinə keçib
Tarix: 05-11-2018 12:25 | Bölmə: Mədəniyyət
                 
Sosial şəbəkələrdə xeyli məşhurlaşan “Popumuz var” verilişinin budəfəki qonağı reper Promete olub.
Oxu.Az xəbər verir ki, o, aparıcılığını Murad Arifin etdiyi verilişdə reper Anar Nağılbazın ölümündə cəmiyyəti günahlandırıb:
“Anar Nağılbaz öldükdən sonra bizim cəmiyyətdən əlimi üzdüm. Nağılbazın o videoda nə edib-etmədiyi önəmli deyil. Bunun heç kəsə aidiyyəti yoxdur. Bunu siz etmirdiniz. Nağılbaz çıxıb deməli idi ki, “Əcəb etmişəm. Bu, mənim öz işimdir”. Hətta bu videoları davam da edə bilərdi. “Artıq porno sahəsinə keçmişəm”. Ancaq demədi. Səhvi də bu oldu.
O insanı camaat öldürdü. İmkan verməməli idi ki, insanlar şəxsi həyatına burnunu soxsun. Gərək, özünə bəraət qazanmağa çalışmazdı, etiraf edərdi və mühakimə edənləri də sərt sözlə susdurardı. Nəticədə, Nağılbaz kimi beyini itirdik”.
Sözügedən fraqmenti təqdim edirik:



Baxış sayı: 1 042


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto
25-02-2025, 19:36 Xalq artisti vəfat edib