12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
Tarix: 20-08-2018 21:23 | Bölmə: Mədəniyyət

                   

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.
Axşam.az bildirir ki, əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.
Aktrisa bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:
"Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm".



Baxış sayı: 845


Bölməyə aid digər xəbərlər