Bütün xəbərlər
Şəhid general Polad Həşimov haqda film çəkiləcək
Tarix: 26-07-2020 14:18 | Bölmə: Mədəniyyət

                   Şəhid general Polad Həşimov haqdafilm çəkiləcək


Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş, Qarabağ həqiqətlərindən bəhs edilən “Komandir” bədii filmi çəkiləcək.
Unikal.org-un məlumatına görə, bu barədə AzTV-də bildirilib. Filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımov, redaktoru Əməkdar incəsənət xadimi Aydın Kazımzadədir. Ekran işinin ssenarisi real hadisələrə əsaslanır. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş olunacaq.
Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-də ermənilən Tovuz rayonu istiqamətində təxribatı nəticəsində şəhid olub.


Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya