Bütün xəbərlər
Milli mətbuatın 145 illiyi münasibətilə poçt markası hazırlandı
Tarix: 22-07-2020 14:20 | Bölmə: Mədəniyyət

                   Milli mətbuatın 145 illiyi münasibətilə poçt markası hazırlandı


Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixində “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyası tərəfindən Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərmarka” MMC milli mətbuatımızın 145 illiyi münasibətilə bu gündən etibarən poçt markası dövriyyəyə buraxır.
Markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. “Zəmi” üzərində böyük mааrifçi, nаşir Həsən bəy Zərdаbiyə məxsus sitatdan bir hissə yerləşdirilib.


Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya