20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Medvedev: "Texnoloji müstəqilliyə nail olmaq üçün enerjili iş lazımdır"
Tarix: 16-05-2023 23:38 | Bölmə: Manşet

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev xarici avadanlığın yerli analoqları ilə əvəzlənməsi və ölkənin texnoloji müstəqilliyinə nail olmaq üçün güclü işə çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Prezident yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin iclasında deyib.
Onun sözlərinə görə, artıq əldə edilmiş nəticələrə baxmayaraq, Rusiya bu sahədə hələ də qeyri-dost ölkələrdən, ölkəmizə “texnoloji blokada” elan edənlərdən böyük dərəcədə asılıdır.
Medvedev qeyd edib ki, Rusiyada xarici texnologiyalara çıxış ya bağlıdır, ya da çox mürəkkəbdir.
TASS yazır ki, iclasda o, texnoloji müstəqilliyin təmin edilməsi üçün zəruri tədbirlərin müzakirəsini təklif edib.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər