20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Cəbrayılda mühasirəyə düşəndə qayıtsaydıq, düşmən gəlib oturacaqdı” - XTQ komandiri
Tarix: 01-10-2021 17:30 | Bölmə: Manşet
Onlar üçün daşıdığı formanın şərəfi və hərbi hissənin döyüş bayrağı həyatları qədər qiymətlidir. Silahdaşlarına da məsləklərinə olduğu kimi sona qədər sadiqdirlər. Çoxunun adını belə bilmirik. Yəqin ki, torpaqlarımızın bütövlüyünü təmin etməkdə iştirak edən bu qəhrəmanların əksəriyyətini heç vaxt tanımayacağıq da. Söhbət Xüsusi Təyinatlı Qüvvələrin mənsublarından gedir.
“Qafqazinfo”nun bugünkü həmsöhbəti onlardan biri - 14 yaşından hərb sahəsində olan XTQ-nin qrup komandiri, Vətən müharibəsi qazisi, kapitan, müharibədən sonra 7 medalla təltif edilmiş Vasif Dilavərzadədir.
Hazırda xidmətdən tərxis olunmuş və Medianın İnkişafı Agentliyində mütəxəssis kimi çalışan Dilavərzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. Müharibədən əvvəl də XTQ-də bir çox əməliyyatlarda iştirak edib. İlk geniş əməliyyatı isə 2016-cı ildə Talış kəndi istiqamətində Milli Qəhrəman Murad Mirzəyevin başçılığı altında həyata keçirilib. XTQ zabiti o vaxtdan daim hazırlığını davam etdirdiyini deyir: “Əks-hücum əməliyyatımız Murovdağ istiqamətində başladı, bir neçə düşmən postunu ələ keçirdik.
Növbəti hədəfimiz Kəlbəcər istiqaməti idi, lakin komandanlıq istiqaməti dəyişdi və Füzuli, daha sonra Cəbrayıl istiqamətində döyüşdük. Oktyabrın 4-də Cəbrayılın rayon mərkəzini azad etdik. Lakin düşmən də dayanmırdı, bir neçə dəfə əks-hücuma keçmək istədi və oktyabrın 8-də böyük qüvvə ilə - 200-dən çox şəxsi heyət, 10-a yaxın tankla hücuma keçdi. Bizim təqribən 30-a yaxın şəxsi heyətimiz var idi və rəhbərliyi Milli Qəhrəman polkovnik Şükür Həmidov edirdi. Şəxsi heyətimizdən də şəhid olanlar oldu, çox ağır döyüşlər keçdi. 4 saata yaxın döyüşdə düşməni məhv elədik, 5 düşmən tankını salamat ələ keçirdik.
2-3 dəfə mühasirədə qalmışdıq. Bu, elə bir vəziyyətdir ki, biz getmişik öz torpağımızı işğaldan azad edək, düşmən bizi mühasirəyə alıb. Mənə orada suallar verirdilər ki, komandir, nə edək, gerimi çəkilək, manevrmi edək? Bir söz dedim - biz torpağı azad etmişik, biz buradan çıxsaq, düşmən gəlib oturacaq.
Sona qədər mühasirədə qaldıq, sonradan komandanlıqla fəaliyyətlər dəqiqləşdirildi, ona uyğun hərəkət etdik. Mümkün deyil ki, mühasirədəyik, çəkilək, müəyyən yerdən çıxaq gedək. Mən niyə aldığım torpağı təzədən verim ki?”
V. Dilavərzadə bildirir ki, hətta erməni bölmə komandirlərinin öz aralarında qeydə alınan danışığı da XTQ mənsublarından necə qorxduqlarını aydın göstərir. Çarəsizcəsinə nə vaxt “Yaşma”nın gəlib onları məhv edəcəklərini gözləyirdilər.
.jpg)
XTQ kapitanının azad etdiyi torpaqlara sonradan gedib-getmədiyi ilə maraqlanırıq. O, həmin torpaqlara gedib şəhid olan yoldaşlarının ölüm anını bir daha xatırlamaq istəmədiyini deyir: “Mənim neçə illik ailə dostlarım var idi, hamısı şəhid oldu. Vətən Müharibəsi Qəhrəmanı Arif Bədəlov elə yanımda şəhid oldu. 7 il bir yerdə oxuduğum Kamil Şirinov, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibov - hamısı neçə illik dostlarımız idi. Bu, bizə çox ağır təsir edir. Bəlkə də həmin vaxt elə də dərk eləmirdim, yaralanandan sonra fikirləşirdim ki, artıq dostlarım yoxdur. Onda çox çətin idi... O torpaqlara sonradan getməmişəm. Düzü, heç döyüşdüyüm yerlərə getmək də istəmirəm, o xatirələrə qayıtmaq istəmirəm. Əslində, özümə görə yox, bəlkə də gedib yaralandığım yerə baxmaq istəyərəm - qanım qalıbmı o torpaqlarda, yoxsa qalmayıb?! Amma istəmirəm yoldaşlarımın şəhid olduğu yerləri bir də görüm. Bəlkə də Şuşaya getmək istəyərəm, amma döyüşdüyüm o torpaqlara yox”.
V. Dilavərzadə Cəbrayılda mərmi zərbəsi nəticəsində yaralanıb. İki damarını qəlpə aparan döyüşçü həkimlərimizin sayəsində həyatda qaldığını deyir. Gecə-gündüz səfərbər olan tibb işçiləri ayağını bütünlüklə kəsilməkdən xilas ediblər. Ancaq ayağı pəncə hissəsindən amputasiya edilib.
.jpg)
Həmsöhbətimiz deyir ki, yaralanıb döyüş meydanından çıxanda huşu özündə olub. Onu ermənilərdən qənimət alınmış maşınla təxliyyə ediblər. Keçmiş təmas xəttinə qədər gəldikləri xeyli yol onda sevinc hissi oyadıb. O zaman anlayıb ki, artıq torpaqlarımızın böyük hissəsi düşməndən azad olunub. XTQ zabiti tez-tez şəhid yoldaşlarını yuxuda gördüyünü bildirir: “Döyüşdə kütləvi mərmi yağırdı. Hospitalda yatdığım müddətdə yuxuda ancaq mərmi görürdüm. Gözümü yumurdum, pəncərə bərk vurulurdu, elə bilirdim mərmi səsidir. Yuxuda görürdüm ki, hospitala mərmi atırlar. Bir müddətdən sonra keçdi. İndi daha döyüş epizodlarını görmürəm, ancaq şəhid yoldaşlarımı görürəm. Bu qələbə bizə yuxu kimi gəlir. Arada deyirəm ki, kaş yuxudan ayılardım, görərdim ki, bütün yoldaşlarım yanımdadır, mən xidmətdəyəm. Müharibədə bütün gedişatı görmüşəm, kim necə yaralanıb bilirəm. Müharibə başlasın və mən onları qoymayım, deyim sən burada durma, sən oradan get və sair. Kaş hamısını saxlaya bilərdim...
.jpg)
Müharibədə öz canımı heç bir qram da fikirləşmirdim, fikirləşirdim ki, şəxsi heyətimə heç nə olmasın, heç kimi itirməyim. Qarşıdan qələbəmizin ildönümü gəlir, bunların hamısını biz şəhidlərimizə borcluyuq. Qoy onların ruhu şad olsun ki, biz onların sayəsində bu gün torpaqlarımıza qayıda bildik. İnsan həyata bir dəfə gəlir, onlar gözlərini qırpmadan canlarını vətənə fəda elədilər. İndi biz torpaqlarımıza qayıtmışıq, yəqin ki, onlar bizə cənnətdən baxıb sevinirlər”.
V. Dilavərzadə müharibədə göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medallarına da layiq görülüb. O, həmçinin “10 illik qüsursuz xidmətə görə” və “Silahlı Qüvvələrin 100 illiyi” medalları ilə təltif edilib.
Yaralanması onu illərdir xidmət etdiyi hərb sənətindən ayırsa da, hazırkı işindən də məmnundur. Əvvəlcə bu iş ona yad görünsə də, artıq yeni işinə öyrəşib: “Evdə müalicə alırdım, işimdən zəng edib yüngül iş olsa işləyə bilərəmmi deyə soruşdular. Razılığımı bildirdim. CV yazıb göndərdim və bir müddətdən sonra MEDİA Agentliyindən zəng etdilər. Agentliyin sədri Əhməd müəllimlə görüşdüm, o məni Sənədlərlə iş şöbəsinə işə dəvət etdi. Düzü bildirdim ki, hərbçiyəm, jurnalistika ilə əlaqəm olmayıb. Dedi narahat olmayım, burada işi öyrədəcəklər. Möhlət verildi, 2 aya yaxın müalicəmi davam etdirdim və hazırda mütəxəssis vəzifəsində çalışıram.
Ayağımda problem var, düzgün yeriyə bilmirəm, digər işlərdə çətin ki, çalışa bilərdim. Burada iş məni qane edir, əməkhaqqım normaldır. Könül istərdi ki, qayıdım əvvəlki kimi xidmətə, amma belə alındı...”

Baxış sayı: 600
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.