20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
Bu səbəblərdən koronavirusa hamının tanışı yoluxdu...
Tarix: 04-06-2020 13:55 | Bölmə: Manşet
Azərbaycanda son günlər koronavirusa yoluxma sayının gözlənilməz həddə artması həm ölkə rəhbərliyini, həm də ictimai xadimləri narahat edir. Fevralın 28-də ilk yoluxma qeydə alınan gün Azərbaycanda cəmi 1 nəfər virusa yoluxmuşdu, dünən isə bu rəqəm 325-ə çatdı.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, mart ayının əvvəllərində virusun insanlar arasında yayılma sürəti artsa da, xüsusi karantin dövründə azalma müşahidə edilmişdi. Koronavirusa yoluxmadan sonra onun simptomlarla özünü göstərməsi 6-10 gün çəkə bilir. Buna görə də qeydə alınan yoluxma sayı həmin günün yox, təxminən bir həftə əvvəlki davranışların nəticəsi olur.
Mart ayı ərzində bir sıra məhdudlaşdırıcı qərarlar verilsə də, ilk sərt rejim martın 31-dən tətbiq edilməyə başladı. Həmin gündən küçəyə sərbəst çıxmaq qadağan olundu, vətəndaşlar yalnız gün ərzində bir dəfə 2 saat müddətinə SMS icazə sistemi vasitəsilə evdən çıxa bildilər. Dövlət qurumlarının əksəriyyətində işçilər məzuniyyətə göndərildi, məcburi fəaliyyət göstərən qurumlar işə çıxarılan əməkdaş sayına limit tətbiq etdilər. Evdən işləmək imkanı olan fəaliyyət sahələri evdən işləməyə davam etdilər. Metro fəaliyyətini dayandırdı və kafe-restoranlar, ticarət mərkəzləri bağlandı. Bu sərt qərarlarla insanlar evdə oturub sosial məsafəni qorudular. Martın 30-da 64, aprelin 4-də 78, aprelin 7-də 76 nəfərin yoluxmasından sonra aprelin 8-i və 9-da 104 nəfərin yoluxması ilk rekord göstəricisi oldu. Bu sayların artması martın son günlərində əhalinin kütləvi şəkildə karantin qaydalarını pozmasının nəticəsi idi. Artıq aprelin 1-dən tətbiq edilən qaydalar aprelin 10-dan etibarən özünü göstərməyə başladı. Gündəlik qeydə alınmış yoluxma sayı 40-60 rəqəmlərinin arasına düşdü. Hətta aprelin 16-dan mayın 4-dək yoluxma sayı 25-40 arasında dəyişirdi. Aprelin 19-u və 25-də gün ərzində 25 yoluxma qeydə alınmışdı, aprelin 26-da isə 28 nəfərdə virus tapılmışdı.
Lakin bu müddət ərzində sahibkarlıq obyektlərinin fəaliyyətini dayandırması dövlətə gündəlik 120-150 milyon manat ziyan vururdu. Bununla yanaşı, dövlət büdcəsindən 3,5 milyard manat əhalinin karantin dövründə sosial rifahının yüksəldilməsi üçün vəsait ayrıldı. Bu maliyyə ilə işsiz qalan 600 min insana hər ay 190 manat olmaqla iki ay ödəniş edildi. Sahibkarlara güzəştlər olundu və yardım üçün onlara da əlavə ödənişlər verildi. Əhalinin istehlak etdiyi elektrikin 7 qəpiklə hesablanan limiti artırıldı. Məzuniyyətə göndərilən işçilərin əmək haqqları ödənildi. Bundan başqa da, bir sıra əlavə tədbirlər həyata keçirildi. Lakin xüsusi karantin rejimin daimi olması real olmadığı üçün mərhələli şəkildə yumşaldılmaya başlanıldı. Çünki bu vəziyyətdə davam etmək dövlət büdcəsinin qısa zamanda boşalmasına, iqtisadiyyatın çökməsinə və insanlar kütləvi şəkildə yoxsullaşmasına gətirib çıxara bilərdi. Dövlət iqtisadiyyatın bərpası, insanların normal həyata dönməsi, öz işlərinə qayıtması üçün bəzi addımlar atmağa başladı.

Aprelin 27-də ilk karantindən yumşalma qərarı verildi
Bununla da dərzi, kitab satışı, geyim və digər mağazalar fəaliyyətə başladı. İnsanlara evdən çıxmaq üçün icazə limiti 3 saata qaldırıldı. Artıq bununla da əhalinin bir qismi yenidən şəhərə çıxmağa başladı. Və nəticə də özünü çox gözlətmədi.
Mayın 5-dən etibarən gündəlik qeydə alınmış yoluxma sayı 80-ə yaxınlaşdı. Yumşaldılma qərarları ilə yanaşı insanlara zərurət olmadan evdən çıxmamaq, maskadan istifadə etmək, sosial məsafəni qorumaq tövsiyə olunsa da, sonradan qeydə alınan yoluxma sayları vətəndaşların bu tövsiyələrə əməl etmədiyini deməyə əsas verir. Mayın 9-da növbəti rekord qeydə alındı, 143 nəfər koronavirusa yoluxmuşdu. Növbəti günlərdə də bu artım davam etdi.
Karantin zamanı yoluxma sayı ilə bərabər qaydaların pozulması sayı da artırdı. İcazə almadan və zərurət olmadan evdən çıxmağa qarşı polislər tərəfindən aparılan reyd zamanı ölkə üzrə 2 mindən çox sürücü cərimə olunurdu. Piyadalarda da təxminən gündəlik bu qədər insan qaydaları pozurdu. Daxili işlər orqanları fəaliyyəti qadağan olunsa da, yeyib-içmək təşkil edən onlarla kafeni aşkarladı. Dəfnə getmək adı yalandan icazə alıb evdən çıxan yüzlərlə şəxs məsuliyyətə cəlb olundu. Rayonlar arası polis postlarında qanuna tabe olmayıb postlardan qaçan, polis əməkdaşlarına xəsarət yetirənlər də oldu.
Məhz bu səbəblərə görə şirkətlərdə də kütləvi yoluxmalar qeydə alınırdı. Yasamalda virusun yayıldığı ilk günlərdə bir nəfər Dağlı məhəlləsində onlarla şəxsi yoluxdurmuşdu. Gəncədə, Yevlaxda, Lənkəranda yoluxma ocaqları elə bir nəfərin çoxlu insanı yoluxdurması nəticəsində baş vermişdi. Bakıda da iş kütləvi yoluxmalar həm qohumlar arasında, həm də iş yerlərində qeydə alınıb. "Baku Steel Company", "Bakı Tikiş Evi"ndə və türmədə 50 nəfər ətrafında yoluxmalar olmuşdu. Bunların hər birində cəmi bir nəfər kütləvi yoluxmaya səbəb olub.
Bütün bunlara baxmayaraq, eyni zamanda, ictimai həyatın bərpa olunmasına sosial tələblər də artırdı. Bu baxımdan mayın 4-dən bərbərxana və gözəllik salonları açıldı, bəzi rayonlarda SMS icazə sistemi ləğv olundu, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran istisna olmaqla yanaşı, digər rayonlar arasında gediş-gəliş bərpa olundu.
Mayın 9-dan metronun fəaliyyətinə də icazə verildi.
Bu yumşalmadan sonra da insanların ictimai həyata qayıtması və bu zaman qaydalara əməl etməməsi nəticəsində ötən ayın 12-dən 18-dək gündəlik qeydə alınmış yoluxma sayı 120-160 arasında dəyişdi. Bu dövrədək apteklərdə maska qıtlığı olsa da, mayın 12-dən Sumqayıtda tibbi ləvazimatlar istehsal edən müəssisə fəaliyyətə başladı. Bununla da gündəlik 300 min maska istehsal olunmasına start verildi.
.jpg)
Mayın 18-dən ilk geniş yumşalma tətbiq olundu
Bakı və digər 4 şəhər də daxil olmaqla ölkədə SMS icazə sistemi ləğv olundu, parklar, kafe və restoranlar açıldı. Həmin gündən insanlar artıq küçəyə çıxmaqda sərbəst idilər. İctimai nəqliyyatda – marşrut, metro və taksilərdə, eyni zamanlarda qapalı məkanlarda maskadan istifadə məcburi olsa da, bu qaydalara insanların əməl etməməsi mütəmadi olaraq medianın gündəminə çıxırdı. Bu səbəbdən bir neçə dəfə bu qərarın icrasına nəzarət edən polis əməkdaşları ilə vətəndaşlar arasında narazılıqlar da yaşanırdı. İnsanlara 10 nəfərdən artıq sayda toplaşmaq qadağan olunsa da, bəzi kütləvi tədbirlər də qeydə alınırdı. Bu prosesdə statistikada da qrafik yuxarı doğru qalxmaqda davam edirdi, mayın 25-i və 26-da yoluxma sayı 150 ətrafında dəyişdi. Bu günlərdə metroda maska taxmasını tələb edən polisə müqavimət göstərən 5 nəfərə cinayət işi başlanılıb, “Tarqovı”da uşaq gününə görə şənlik keçirərək rəqs edən 50 nəfər də məsuliyyətə cəlb olundu.
“Qafqazinfo”nun iyunun 1-də şəhərin mərkəzində qeydə aldığı videoreportajda insanların kütləvi toplaşması, uşaqların parklarda attraksionlardan istifadəsi diqqətdən yayınmadı. Artıq mayın 27-dən bəri hər gün yeni rekord qeydə alınmağa başladı. Belə ki, mayın 27-də 165, mayın 28-də 191, mayın 29-da 230, mayın 30-da 257, mayın 31-də 248 nəfərin virusa yoluxduğu aşkarlandı.
Mayın ortalarında Operativ Qərargahın iyunun 1-dən Bakı və digər 4 şəhərdən rayonlara gediş-gəlişi bərpa etməyi, iyunun 15-dən beynəlxalq uçuşları açması planlaşdırdığını elan etmişdi. Lakin eyni zamanda, qeyd olunmuşdu ki, bu tədbirlər insanların qaydalara əməl etməsi nəticəsində yoluxma sayının azalması sayəsində mümkün ola bilər. Mayın sonunda 8 günlük qeyri-iş günlərində küçəyə çıxmaq qadağasının tətbiq edilməsi gündəmə gəlsə də, hökümətin qəbul etdiyi alqoritmə uyğun olmadığı üçün bu addım atılmadı. Alqoritm belədir ki, əgər bir gün ərzində virusa yoluxanların sayı sağalanların sayından 200 nəfərdən artıq olarsa, sərtləşdirmə qərarları verilə bilər.
Mayın 31-dən etibarən təkrar yumşalma qərarları elan oldu. Kafe və restoranlar saat 22-dək işləməyə, ticarət mərkəzləri fəaliyyətə başladı.
Lakin əvvəlki həftədə insanların kütləvi toplaşması, maskalardan istifadə etməməsi sayından durmadan artmasına səbəb oldu. İyunun 2-də 273 nəfər, iyunun 3-də 325 nəfərdə virus aşkar olundu. Sonuncu statistika ilə artıq qəbul edilən alqoritm aşıldı. İyunun 3-də koronavirusa yoluxmuş 101 nəfər sağaldı. Bununla da yoluxanlarla sağalanlar arasında fərq 224 nəfər oldu.
Bu arada qeyd edək ki, iyunun əvvəlində “Wizzair” və “Türk Hava Yolları”n Bakıdan uçuşlar üçün biletləri satışa çıxarmışdı. Dünən saat 17-də Operativ Qərargahın uçuşlarla bağlı brifinqi nəzərdə tutulmuş, qonaqlar də təyin olunmuşdu. Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov, "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev əhaliyə uçuşlar haqda açıqlamalar verəcəkdi. Lakin artıq qərarları rəsmilər deyil, statistika verir, yəni, vətəndaşlar. Hökumət rəsmiləri, mütəxəssislər əhalinin karantin qaydalarına necə əməl etməsini, bunun nəticəsində ortaya çıxan yoluxma sayını analiz edərək qərarlar verir. Vətəndaşların davranışları bu qərarların verilməsinə birbaşa təsir edir. Bu gün bir insanın evdən çıxarkən maska taxması, sosial məsafəni qoruması və dezinfeksiya qaydalarına riayət etməsi, yəni əllərini mütəmadi sabunla yuması hökumətin qərarlarına təsir edə bilir. Bu sadə 3 qaydaya əməl olunsa, statistikada qrafik aşağı doğru enər, koronavirusa yoluxanların sayı azalar, yaxınlarımız vəfat etməz, xəstəxanalarda yaşlı insanlar nəfəs almaqda çətinlik çəkməz, həkimlərimiz də gündəlik işləri ilə məşğul olar, digər xəstə insanlara qayğı daha da artar.
Və dünənki statistikanın rekord göstəricisi uçuşlarla bağlı tədbirin ləğv olunmasına, həftə sonları üçün evdən çıxmaq qadağasının tətbiq olunmasına səbəb oldu. Göründüyü kimi Operativ Qərargah karantindən mərhələli çıxma planını yoluxma sayının artmasına görə dəyişməli olur. Əgər ciddi şəkildə qaydalara əməl olunsa, hökumət yenidən daha yumşaq qərarlar verə bilər və insanlar daha sərbəst, daha sağlam yaşamağa davam edər. Artıq hər şey bir vətəndaşın davranışından asılıdır və hələ də koronavirusa inanmayan vətəndaşlarımız var, onlar tez-tez sosial şəbəkələrdə xəstə tanışı axtarırlar. Təəssüf ki, son günlər yoluxanların sayının artması ilə koronaviruslu tanışlarımızın da sayı artıb.
Baxış sayı: 533
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.