Bütün xəbərlər
Ət emalı zavodunda güclü yanğın baş verib
Tarix: 25-04-2025 21:58 | Bölmə: Karusel

Moskva vilayətində Ramensky Delikates ət emalı zavodunda 1,3 kvadratmetr sahə yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğının qarşısı alınıb.
"Yanğın xəbəri Ramenski şəhər rayonu, Krasnoarmeyskaya küçəsindən daxil olub. Gələn yanğınsöndürmə briqadaları müəyyən ediblər ki, 1300 kvadratmetr sahədə ticarət avadanlıqları anbarı yanıb", - məlumatda deyilir.
Ölənlər barədə məlumat yoxdur. Yanğının söndürülməsinə 30-a yaxın canlı qüvvə və 7 texnika cəlb olunub.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər