Bütün xəbərlər
FT: ABŞ və Ukrayna danışıqlarla bağlı birgə bəyanat verəcək
Tarix: 11-03-2025 21:35 | Bölmə: Karusel

ABŞ və Ukrayna Səudiyyə Ərəbistanında keçirilən danışıqların məzmununu əks etdirən birgə bəyanat yaymağa hazırlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu barədə "Financial Times" qəzeti yazır.
Məqalədə qeyd olunur ki, tərəflər danışıqların nəticələrini yekunlaşdıracaq və mövzuların müzakirəsini ikinci günə təxirə salmağı planlaşdırmırlar.
Ciddədə Kiyev və Vaşinqton nümayəndələri arasında danışıqlar baş tutub. Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals və Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Ukraynanı isə xarici işlər naziri Andrey Sıbiqa, Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerov təmsil edib. ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce deyib ki, Tramp administrasiyası görüşdən sonra özünü çox nikbin hiss edir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
9-03-2025, 18:26 İnzibati bina yanır