Bütün xəbərlər
PUA-nın qəzaya uğramasından sonra yanan neft məhsulları olan çən söndürülüb
Tarix: 05-02-2025 10:24 | Bölmə: Karusel

Yanğınsöndürənlər Kubanın Novominskaya kəndində neft məhsulları olan çəndəki yanğını söndürüblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın pilotsuz uçuş aparatının dağıntılarının düşməsindən sonra baş verib.
Mövcud məlumata əsasən, yanğın saat 08:11-də tam söndürülüb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Hadisə fevralın 5-nə keçən gecə baş verib. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin hücumunun dəf edilməsi nəticəsində vilayətin Kanevski rayonunda pilotsuz təyyarələrdən birinin qalıqları neft məhsullarının qalıqları olan tankın üzərinə düşüb. Başlayan yanğına ikinci mürəkkəblik dərəcəsi verildi.
Yanğının söndürülməsinə 55 nəfər və 19 ədəd xüsusi texnika cəlb olunub.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər