Bütün xəbərlər
Smirnov: "Kursk vilayətində İHA hücumu təhlükəsi elan edilib"
Tarix: 28-11-2024 10:04 | Bölmə: Karusel

Kursk vilayətinin ərazisində pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Kursk bölgəsi: İHA hücumu təhlükəsi”, - rəsmi şəxsi Telegram kanalında yazıb.
O, rayon sakinlərini ayıq-sayıq olmağa çağırıb. Smirnov həmçinin vurğulayıb ki, hava hücumundan müdafiə qüvvələri və vasitələri mümkün hücumu dəf etmək üçün hazır vəziyyətə gətirilib.
Bundan əvvəl Oryol vilayətinin rəhbəri Andrey Klıçkov da bölgədə raket təhlükəsinin olduğunu açıqlamışdı. O, vətəndaşları bərk divarlı pəncərəsiz otaqlara sığınmağa çağırıb.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər