Bütün xəbərlər
Ukrayna məhkəməsi rusiyalı politoloq Çistilini 2 ay müddətinə həbs edib
Tarix: 08-10-2024 19:49 | Bölmə: Karusel

Ukrayna mətbuatı xəbər verir ki, Ukrayna məhkəməsi rusiyalı politoloq Dmitri Çistilini girov müqabilində azadlığa buraxmaq hüququ olmadan iki ay müddətinə həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın Rusiyanın Kişinyovdakı diplomatik missiyasına istinadən məlumatına görə, Çistilin əvvəlcə Moldova xüsusi xidmət orqanları tərəfindən saxlanılıb, lakin Moldova hakimiyyəti beynəlxalq hüququn tələbinə uyğun olaraq, bu barədə rus diplomatlarını xəbərdar etməyib.
Politoloqun sonradan təhvil verildiyi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Telegram kanalı bildirir ki, saxlanılma onun Buxarestdən üçüncü ölkələr vasitəsilə Moskvaya qayıtmağa çalışdığı vaxt baş verib. Çistilin dövlətə xəyanətdə ittiham edilib və müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.
Məlumdur ki, politoloq həm Rusiya, həm də Ukrayna vətəndaşlığına malikdir.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər