Bütün xəbərlər
Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı
Tarix: 27-08-2024 13:12 | Bölmə: Karusel

                       gomruk-komitesinin-sedr-muavini-isden-cixarildi



Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb. 
“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.
Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.
Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.


Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər