14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Soçidə rayon məhkəməsinin binasında yanğın olub
Tarix: 10-07-2024 15:17 | Bölmə: Karusel

Bu gün Soçinin Lazarevski rayonunda məhkəmə binasında yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Soçi Yanğınsöndürmə və Xilasetmə Qarnizonunun əməkdaşları göndərilib və yanğının binanın dam örtüyünü əhatə etdiyini müəyyən ediblər.
Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, onlar gələnə qədər 40 nəfər binanı tərk edib.
Saat 13:30 radələrində yanğının təxminən 700 kvadratmetr sahədə lokallaşdırıldığı məlum olub.
“Açıq yanma aradan qaldırılıb”, - deyə, rayon Xilasetmə İdarəsinin mətbuat xidmətindən bildirilib və çardağın döşəməsi yanıb.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. TASS xəbər verir ki, yanğının söndürülməsinə 60-dan çox canlı qüvvə və 18 texnika cəlb olunub.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər