Bütün xəbərlər
Ukraynadan qaçqın qəbul edən regionlar 1,25 milyard rubl alacaq
Tarix: 20-06-2024 22:54 | Bölmə: Karusel

Ukraynadan olan qaçqınları qəbul edən Rusiya regionları, eləcə də evlərini tərk etmək məcburiyyətində qalan ruslar 1,25 milyard rubl məbləğində büdcə vəsaiti alacaqlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, baş nazir Mixail Mişustinin müvafiq sərəncamı hüquqi informasiya portalında dərc olunub.
Söhbət qaçqınların mənzil və yemək xərclərinin ödənilməsindən gedir.
Bundan əvvəl məlum olub ki, Rusiya Federasiyası Nazirlər Kabineti Qəzza zolağından olan qaçqınların yerləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə 57 milyon rubl ayırıb.
Məcburi köçkünlərin hər birinin yaşayış yerinin gündə 913 rubl, yemək haqqının isə 415 rubl olduğu bildirilir.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər