Bütün xəbərlər
Putin İranın prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb
Tarix: 13-06-2024 22:57 | Bölmə: Karusel

İran tərəfinin təşəbbüsü ilə Vladimir Putin İranın prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, siyasətçilər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında maraqlı olduqlarını bildiriblər. Söhbət zamanı nəqliyyat və enerji sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsi də müzakirə olunub.
Bundan əlavə, Putin və Möhber beynəlxalq arenada, o cümlədən Rusiyanın BRİKS assosiasiyasında sədrliyi ilə bağlı qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
İran lideri Rusiya prezidentinə ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib, həmçinin onu iyunun 12-də rusların qeyd etdiyi Rusiya Günü münasibətilə təbrik edib.
Bundan əvvəl Möhbərin İranda keçiriləcək prezident seçkilərində iştirak etməmək qərarına gəldiyi məlum olub. Mayın 19-da respublika prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər