Bütün xəbərlər
Lavrov Nijni Novqorodda çinli həmkarı ilə danışıqlar aparır
Tarix: 10-06-2024 12:05 | Bölmə: Karusel

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Vanq Yi bazar ertəsi səhər Nijni Novqorodda BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində görüşə başlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çinli həmkarı ilə görüşün əvvəlində Lavrovun qeyd etdiyinə görə, dünyada Rusiya və Çində həmfikirlərin dairəsi, “BRİKS və ŞƏT ilə əməkdaşlıq etmək istəyənlərin dairəsi” durmadan artır.
Vanq Yi Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığın onların fundamental maraqlarına cavab verdiyini, “heç bir xarici ölkəyə qarşı yönəlmədiyini və kənar müdaxiləyə məruz qalmadığını” bildirib. Çinli nazirin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını qorumaq üçün çoxtərəfli strukturlarda koordinasiyanı gücləndirmək vacibdir.
Xarici işlər nazirlərinin görüşü BRİKS üzvlüyünün keçən il genişləndirilməsindən sonra ilk dəfə Nijni Novqorodda keçirilir. Lavrovun sədrliyi ilə keçirilən iclasda assosiasiyaya üzv dövlətlərin nümayəndələri ilə yanaşı, BRİKS-ə dost ölkələrin nümayəndələri də iştirak edir.
May ayında Lavrov və Vanq Yi arasında əvvəlki görüşdə Çin Xarici İşlər Nazirliyinin rəhbəri Pekin və Moskvanın qarşılıqlı dəstəyi artırmalı və əməkdaşlığı gücləndirməli olduğunu bildirmişdi.
BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər