Bütün xəbərlər
Ermənistanın baş naziri Paşinyanın olduğu helikopter təcili olaraq Vanadzordakı stadiona enib
Tarix: 25-05-2024 12:06 | Bölmə: Karusel

Ermənistanın baş naziri Nikol Paşinyanın olduğu helikopter İrəvandan 132 kilometr şimalda məcburi eniş edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin Telegram kanalları məlumat yayıb.
İlkin məlumata görə, siyasətçi respublikanın paytaxtından 152 kilometr aralıda yerləşən Təşir şəhərinə gedirmiş. Digər məlumatlara görə, Paşinyan Ermənistan-Azərbaycan sərhədinin əvvəllər delimitasiya olunduğu Bağanis kəndinə uçurdu.
Baş nazir özü bildirib ki, helikopter pis hava şəraiti ilə əlaqədar məcburi eniş edib.
“Hər şey qaydasındadır, indi biz hər kəsə xoş günlər arzulayıram”, - deyə, Paşinyan hara getdiyini qeyd etmədən yazıb.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər