Bütün xəbərlər
Putin Volodindən Rəisinin ölümü ilə bağlı İran hakimiyyətinə başsağlığı verməsini xahiş edib
Tarix: 21-05-2024 23:30 | Bölmə: Karusel

Vladimir Putin Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodindən prezident İbrahim Rəisinin vəfatı ilə əlaqədar İran rəhbərliyinə səmimi başsağlığı verməsini xahiş edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya lideri ümid etdiyini bildirib ki, Moskva ilə Tehran arasında münasibətlər də eyni şəkildə inkişaf edəcək. Rusiya bunun üçün hər şeyi edəcək.
Putin xüsusilə qeyd edib ki, Rəisi etibarlı tərəfdaş olub və onun ölümü böyük itkidir.
Volodinin mayın 22-də İrana gedəcəyi dəqiqləşib. İslam Respublikası prezidentinin dəfn mərasimi mayın 23-nə təyin edilib.
Xatırladaq ki, Rəisi mayın 19-da dünyasını dəyişib. Prezidentin mindiyi helikopter İran-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.


Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər