22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Spartak” “Santos”un bombardiri ilə maraqlanır
Tarix: 01-01-2024 16:44 | Bölmə: Karusel

Braziliya "Santos"un ən yaxşı hücumçusu Markos Leonardonu sata bilər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə bir neçə klub maraqlanır, o cümlədən Moskvanın "Spartak"ı.
Məşhur “Santos” hazırda çətin günlər yaşayır və tarixdə ilk dəfə öz ölkəsinin çempionatının yüksək divizionundan aşağı liqaya düşüb. Buna görə də bir sıra futbolçular komandanı tərk etmək niyyətindədir. Çox güman ki, hücumçu Leonardo da gedəcək.
"Palmeyras" bombardirin xidmətlərində maraqlıdır, lakin Santos Braziliyada potensial rəqiblərini gücləndirmək niyyətində deyil və oyunçunun xarici kluba keçid ehtimalı üçün beynəlxalq bazarı qiymətləndirir.
Futbolçunun transfer məbləği 15-18 milyon avro ola bilər, lakin buna baxmayaraq, Avropada Leonardoya iddialılar var. UOL Esporte qeyd etdiyi kimi, onlardan biri Rusiya "Spartak"ı ola bilər.

"Spartak"ın 20 yaşlı forvardla maraqlanması artıq sentyabrda xəbər yayılmışdı. 2023-cü ildə Leonardo A Seriyasında 13 qolla "Santos"un ən yaxşı bombardiri oldu.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər