Bütün xəbərlər
Poqbanın vəkilləri onun diskvalifikasiya müddətinə etiraz etmək niyyətindədirlər
Tarix: 08-12-2023 20:01 | Bölmə: Karusel

Fransanın "Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqbanın vəkilləri futbolçunun diskvalifikasiya müddəti ilə bağlı İtaliya İdman Prokurorluğunun tələbinə etiraz etmək niyyətindədir...
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl Poqbadan antidopinq qaydalarını pozduğuna görə 4 il peşəkar futboldan uzaqlaşdırılması istənilib. Lakin futbolçunun vəkilləri belə bir cəzanın çox sərt olduğunu düşünürlər.
“La Gazzetta dello Sport”un məlumatına görə, müdafiə tərəfi indi prokurorluqla danışıqlar aparmaq niyyətindədir.Nəşrin məlumatına görə, ulduz futbolçunun nümayəndələri cəzanı 4 ildən 2 ilə endirmək istəyirlər.
Poqbanın ətrafı başa düşür ki, 4 illik qadağa saxlanılarsa, bu, 30 yaşlı futbolçunun karyerasının sonu demək olacaq.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər