Bütün xəbərlər
BƏƏ-də Beynəlxalq Boks Assosiasiyasının Konqresi keçiriləcək
Tarix: 05-12-2023 12:21 | Bölmə: Karusel
Beynəlxalq Boks Assosiasiyası (ABB) Birləşmiş Ərəb Əmirliklərində növbəti konqres və dünya boks forumunu keçirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABB-nin Konqresində 170-dən çox milli boks federasiyasının nümayəndələri iştirak edəcək və forumun əsas mövzusu “İdmançıların fiziki, əqli və maddi sağlamlığının qorunması” olacaq.
Əsas beynəlxalq boks təşkilatına rusiyalı Umar Kremlev rəhbərlik edir və ABB öz qərarlarında ardıcıl olaraq “siyasətdən kənar idman” prinsipini həyata keçirir. Belə ki, federasiyanın himayəsi altında keçirilən turnirlərdə ruslar öz milli rənglərində, bayraq və himnlə çıxış edirlər.
BƏƏ-də keçiriləcək forum çərçivəsində səkkizinci “IBA Night of Champions” da baş tutacaq və bu turnir çərçivəsində beynəlxalq boks assosiasiyasının ilk peşəkar titulu uğrunda döyüş baş tutacaq.
Tarixi qarşılaşmanı Tokio Olimpiya çempionu rusiyalı Albert Batırqaziyev və Kuba millisini təmsil edən üçqat olimpiya mükafatçısı Lazaro Alvares keçirəcək.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər