Bütün xəbərlər
Artemovsk yaxınlığında altı gürcü könüllü öldürülüb
Tarix: 05-12-2022 01:31 | Bölmə: Karusel


Ukraynanın Gürcüstandakı səfirliyi sosial şəbəkələrdəki rəsmi səhifəsində son üç gündə Artemivsk vilayətində 6 gürcü döyüşçünün öldürüldüyü barədə məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,ötən cümə günü səfirliyin səhifəsində Cambulat Xoperiyanın ölümü ilə bağlı məlumat yayılıb. Bazar günü isə Kiyev rejimi uğrunda canlarından keçmiş daha beş gürcü döyüşçüsü ona əlavə edilib. Gürcüstan prezidenti Salome Zurabişvili onların yaxınlarına başsağlığı verib.
Bundan əvvəl Ukrayna tərəfində döyüşən gürcü muzdlularından biri Romeo Parulava gürcü telekanallarından birinə müsahibəsində Artemovsk yaxınlığında bir qrup həmyerlisinin mühasirəyə alındığını bildirmişdi.
Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 33 gürcü könüllü həlak olub, bu barədə Gürcüstanın "Mtavari" telekanalı xəbər verib.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər