Bütün xəbərlər
Aİ-dən Ukraynaya əlavə 1 milyard avro yardım
Tarix: 12-07-2022 23:21 | Bölmə: Karusel

                    Aİ-dən Ukraynaya əlavə 1 milyard avro yardım



Avropa İttifaqı Ukraynaya əlavə 1 milyard avro yardımı təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen tviter hesabından açıqlama verib.
O, açıqlamada Şuranın bu gün təsdiqlədiyi yardımın bu ay Ukraynaya çatacağını bildirib.
Beləliklə, müharibə başlayandan bəri Aİ-nin Ukraynaya yardımı 2,2 milyard avroya çatacaq.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər