Bütün xəbərlər
Azərbaycanlı alim vəfat etdi
Tarix: 12-07-2022 02:28 | Bölmə: Karusel

                     Azərbaycanlı alim vəfat etdi



Azərbaycan elminə ağır itki üz verib.
“Qafqazinfo” xəbər verir ki, iqtisadçı alim, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Fərhad oğlu Musayev bu gün 75 yaşında vəfat edib.
İqtisadçı alim ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə medalı”, 2018-ci il tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu”na və “Görkəmli lider mükafatı”na layiq görülüb.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər