Bütün xəbərlər
Laçında iki hərbi qulluqçumuz həlak oldu - Rəsmi+Foto
Tarix: 17-06-2021 02:05 | Bölmə: Karusel

                   Laçında iki hərbi qulluqçumuz həlak oldu



İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.
Həlak olan baş leytenant Nəsibov Elməddin Süleyman oğlu

                        


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər