Bütün xəbərlər
Türkiyə və Ukrayna strateji əməkdaşlığı davam etdirəcəklər
Tarix: 10-04-2021 22:47 | Bölmə: Karusel

                     Türkiyə və Ukrayna strateji əməkdaşlığı davam etdirəcəklər



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini qiymətləndirib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan qeyd edib ki, tərəflər strateji əməkdaşlığın davam etdirilməsi mövzusu üzrə razılığa gəliblər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə Qara dənizdə təhlükəsiz və sakit vəziyyətin təmin olunmasını hədəfləyib.
Türkiyə lideri müdafiə sənayesinin rəsmi Ankara ilə Kiyev arasındakı qarşılıqlı əlaqənin vacib elementi olduğunu vurğulayıb. Bununla yanaşı, əməkdaşlığın heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini əlavə edib.


Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər