17:56 / 21-01-2021
Yoluxanların sayı azaldı
23:39 / 20-01-2021
Tramp Baydenə məktub yazıb
23:36 / 20-01-2021
Bayden and içdi - Fotolar
Orxan Səfərov Avropa çempionu oldu
Tarix: 19-11-2020 23:59 | Bölmə: Karusel

                   Orxan Səfərov Avropa çempionu oldu


Çexiyanın paytaxtı Praqada cüdo Avropa çempionatı start götürüb.
"Qafqazinfo"nun məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.
Təmsilçilərimizdən yalnız Orxan Səfərovun çıxışı uğurlu alınıb. Bütün görüşlərdə qələbə qazanan cüdoçumuz ilk dəfə Avropa çempionu tituluna yiyələnib.
Nicat Şıxəlizadə 1 qarşılaşmada qalib gəlibsə, qadın cüdoçularımız ilk görüşdə mübarizəni dayandırıb.
Qeyd edək ki, Orxan Səfərov 1/16 finalda Manuel Lombardo (İtaliya), 1/8 finalda Matej Polyak (Slovakiya) üzərində qələbə qazanıb. Yarımfinala vəsiqə uğrunda qarşılaşmada cüdoçumuz almaniyalı Sebastyan Seydli məğlub edib. Finalın bir addımlığında serbiyalı Strahinya Bunçiçə qalib gələn idmançımız həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, finalda İsrail cüdoçusu Tal Flikeri yenərək Praqada qızıl medal əldə edib. Bu, Orxanın Avropa çempionatlarında 4-cü medalı olub. 2015 və 2016-cı illərdə finalda uduzaraq gümüşlə kifayətlənən cüdoçumuz 2017-ci ildə 3-cü yeri tutub.
Nicat Şıxəlizadənin çıxışı uğursuz alınıb. 1/16 finalda moldovalı Vadim Buneskuya qalib gələn təmsilçimiz fransalı Killian Le Bluxa uduzaraq 1/4 finalın astanasında dayanıb.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
13-01-2021, 18:12 Yoluxanların sayı azaldı