Bütün xəbərlər
Məhkəmə sədrinə töhmət verildi
Tarix: 24-09-2020 18:14 | Bölmə: Karusel

                    Məhkəmə sədrinə töhmət verildi

Bu gün Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb.
Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. 
Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.


Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər