Bütün xəbərlər
Elmira Süleymanova ilə bağlı sərəncam
Tarix: 16-07-2020 16:48 | Bölmə: Karusel

                Elmira Süleymanova ilə bağlı sərəncam


Azərbaycan Prezidenti İlham Əliyev Elmira Teymur qızı Süleymanovaya Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Qeyd edək ki, E. Süleymanova 2002-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.


Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər