Bütün xəbərlər
Hidayət çempion!
Tarix: 30-07-2024 00:53 | Bölmə: Gündəm

hidayet-cempion



Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib. 
H.Heydərov rəqibini məğlub edərək 1/4 finala adlayıb. 
***
Hidayət Heydərovun 1/4 finaldakı rəqibi müəyyənləşib.
İdmançımız bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşacaq. 
***
Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb.
O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. O, bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq.
***
Hidayət Heydərov yarımfinalda Kosova təmsilçisi Akil Qyakova ilə qarşılaşıb. Rəqibə qalib gələn Heydərov finala vəsiqə qazanıb.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finalda fransalı Joan-Benjamin Qabaya ipponla qalib gələrək Olimpiya çempionu olur.

             


Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər
30-07-2024, 00:53 Hidayət çempion!