Bütün xəbərlər
Yeni rəis kimdir?
Tarix: 10-07-2023 14:38 | Bölmə: Gündəm

                   yeni-reis-kimdir



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.
O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.
Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.
Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər