16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
Vüqar Rəhimzadə: Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
Tarix: 24-02-2021 21:37 | Bölmə: Gündəm

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, hazırkı postmüharibə dövründə bu işlərin miqyasının daha da genişləndirilməsinə böyük zərurət duyulur: “Əlbəttə, bizim tariximiz böyük sərvətimizdir. Tarixi faktlar da sübut edir ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Buna əmin olmaq üçün təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Bu, artıq təkzibolunmaz faktdır ki, həmin xəritələrdə indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Lakin təəssüflər olsun ki, uzun müddət, xüsusilə müstəqilliyimizin ilk illərində bədnam qonşularımızın havadarlarının hərtərəfli himayəsi sayəsində indiki Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimlərin erməniləşdirilməsinin qarşısını almaq mümkün olmayıb.”
Baş redaktor bu mühüm məqamı xüsusi vurğulayıb ki, yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir: “Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmağa, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başladı. Tarixi faktlar sübut edir ki, Azərbaycanın İrəvan xanlığının və Qərbi Azərbaycanın digər ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə zaman-zaman erməni xalqının olmayan tarixinin şişirdilməsinə yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılıb. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Ötən əsrin əvvəllərində ermənilərin Bakıdan başlanan vəhşilikləri qısa zaman kəsiyində Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmağa, özlərinin əsassız torpaq iddialarını azərbaycanlıları bütün dünyaya “vəhşi xalq” kimi tanıtmaq niyyətini güdən çirkin təbliğatları ilə pərdələməyə cəhd göstərmişlər. Tarixi düşmənlərimiz keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. 1988-ci ildə ermənilərin respublikamıza qarşı torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın müddətdə uzanmasının səbəbi də məhz dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar olmuşdur.”
Vüqar Rəhimzadə qeyd edib ki, bədnam qonşularımızın işğaldan azad edilmiş torpaqlarımızda dini və tarixi abidələrimizi yerlə-yeksan etmələrində də əsas məqsəd onların Azərbaycana məxsusluğunu gizlətmək idi: “Azərbaycanın işğal olunmuş ərazilərində yaşı minilliklərlə ölçülən bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, müqəddəs ocaqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlər talan edilib. Ermənistan işğal olunmuş ərazilərdə məqsədli şəkildə Azərbaycan izini itirməyə çalışaraq bir çox tarixi toponimlərimizi erməniləşdirməyə çalışıblar. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza səfəri zamanı şəhər və kəndlərimizin adlarının erməniləşdirilərək yazıldığı lövhələrin ayaq altına atılıb əzilməsi bir daha ermənilərə və onlara dəstək verənlərə ciddi mesaj, həmçinin dərs oldu. Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi-dini abidələrə qarşı törətdikləri saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş sənədlərin, konvensiyaların tələblərini ayaq altına atmaq deməkdir. Özünü sivil dünya adlandıran beynəlxalq aləm unutmamalıdır ki, Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsi məhv etməsi yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır.”
Baş redaktor qeyd edib ki, özünün xarici siyasətində daim beynəlxalq hüquqa önəm verən Azərbaycan dövləti işğalçı Ermənistanın törətdiyi bu kimi cinayət əməllərinə görə cəzalandırılacağına əmindir. Bu əminliyə əsas verən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, dünyanın xarici siyasətində etdiyi dəyişikliklərdir. Dünya bir daha bu reallığı qəbul etmək məcburiyyətində qaldı ki, beynəlxalq hüquq zamana və məkana, maraqlara görə tətbiq oluna bilməz.
Baxış sayı: 579
Bölməyə aid digər xəbərlər
Tarix: 24-02-2021 21:37 | Bölmə: Gündəm

Vüqar Rəhimzadə: Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
“Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu vacib məsələ dayanır ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Azərbaycanın çox zəngin tarixi vardır. Biz öz zəngin tariximizi, həqiqətlərimizi dünya miqyasında daha dolğun təqdim etməliyik. Məqsəd ilk növbədə, Azərbaycan həqiqətlərinə şübhə ilə yanaşanlara xalqımızın nə qədər zəngin tarixə malik olduğunu göstərməkdir. Möhtərəm Prezidentimiz daim alimlərimizin, mütəxəssislərimizin qarşısında bu vacib tələbi qoyur ki, tarixi həqiqətlərimiz cəmiyyətə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmalıdır.”Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, hazırkı postmüharibə dövründə bu işlərin miqyasının daha da genişləndirilməsinə böyük zərurət duyulur: “Əlbəttə, bizim tariximiz böyük sərvətimizdir. Tarixi faktlar da sübut edir ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Buna əmin olmaq üçün təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Bu, artıq təkzibolunmaz faktdır ki, həmin xəritələrdə indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Lakin təəssüflər olsun ki, uzun müddət, xüsusilə müstəqilliyimizin ilk illərində bədnam qonşularımızın havadarlarının hərtərəfli himayəsi sayəsində indiki Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimlərin erməniləşdirilməsinin qarşısını almaq mümkün olmayıb.”
Baş redaktor bu mühüm məqamı xüsusi vurğulayıb ki, yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir: “Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmağa, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başladı. Tarixi faktlar sübut edir ki, Azərbaycanın İrəvan xanlığının və Qərbi Azərbaycanın digər ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə zaman-zaman erməni xalqının olmayan tarixinin şişirdilməsinə yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılıb. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Ötən əsrin əvvəllərində ermənilərin Bakıdan başlanan vəhşilikləri qısa zaman kəsiyində Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmağa, özlərinin əsassız torpaq iddialarını azərbaycanlıları bütün dünyaya “vəhşi xalq” kimi tanıtmaq niyyətini güdən çirkin təbliğatları ilə pərdələməyə cəhd göstərmişlər. Tarixi düşmənlərimiz keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. 1988-ci ildə ermənilərin respublikamıza qarşı torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın müddətdə uzanmasının səbəbi də məhz dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar olmuşdur.”
Vüqar Rəhimzadə qeyd edib ki, bədnam qonşularımızın işğaldan azad edilmiş torpaqlarımızda dini və tarixi abidələrimizi yerlə-yeksan etmələrində də əsas məqsəd onların Azərbaycana məxsusluğunu gizlətmək idi: “Azərbaycanın işğal olunmuş ərazilərində yaşı minilliklərlə ölçülən bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, müqəddəs ocaqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlər talan edilib. Ermənistan işğal olunmuş ərazilərdə məqsədli şəkildə Azərbaycan izini itirməyə çalışaraq bir çox tarixi toponimlərimizi erməniləşdirməyə çalışıblar. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza səfəri zamanı şəhər və kəndlərimizin adlarının erməniləşdirilərək yazıldığı lövhələrin ayaq altına atılıb əzilməsi bir daha ermənilərə və onlara dəstək verənlərə ciddi mesaj, həmçinin dərs oldu. Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi-dini abidələrə qarşı törətdikləri saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş sənədlərin, konvensiyaların tələblərini ayaq altına atmaq deməkdir. Özünü sivil dünya adlandıran beynəlxalq aləm unutmamalıdır ki, Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsi məhv etməsi yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır.”
Baş redaktor qeyd edib ki, özünün xarici siyasətində daim beynəlxalq hüquqa önəm verən Azərbaycan dövləti işğalçı Ermənistanın törətdiyi bu kimi cinayət əməllərinə görə cəzalandırılacağına əmindir. Bu əminliyə əsas verən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, dünyanın xarici siyasətində etdiyi dəyişikliklərdir. Dünya bir daha bu reallığı qəbul etmək məcburiyyətində qaldı ki, beynəlxalq hüquq zamana və məkana, maraqlara görə tətbiq oluna bilməz.
Baxış sayı: 579
Bölməyə aid digər xəbərlər
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva













